"İranda vəziyyət qarışacaq, Azərbaycan Ermənistana hücum edəcək"
"Azərbaycan İranın qarışıq vəziyyətindən istifadə edib Ermənistana hücum edə bilər. Çünki Zəngəzur dəhlizinin açılmasında bütün güclər maraqlıdır. Bu yaxınlarda Ərdoğan münasibətlərin tənzimlənməsi üçün ilkin şərt kimi Zəngəzur dəhlizinin həyata keçirilməsini xüsusilə qeyd etdi".
KONKRET.az xəbər verir ki, bu sözləri "HayaVote" təşəbbüsünün üzvü Menua Soqomonyan bildirib.
Onun sözlərinə görə, Gorus-Qafan dövlətlərarası yolunun 21 kilometrlik hissəsi və Şurnuxunun bir hissəsi Azərbaycana təhvil verilir. Lakin bu məsələlər nədənsə gizli saxlanılır: "Bu, bütün hakimiyyətin Paşinyan tərəfindən qəsb edildiyinin sübutudur. O, özünü kral və mütləq monarx kimi aparır. Çünki dövlət başçısı Xarici İşlər Nazirliyinin xəbəri olmayan işi görə bilməz.
O zaman baş verənlər ondan ibarət idi ki, XİN səviyyəsində uzun illər planlaşdırılanlar ardıcıl surətdə həyata keçirildi, müəyyən nailiyyətlər əldə olundu, Vyanada, Cenevrədə, Sankt-Peterburqda sərhədlərə nəzarət mexanizmlərinin tətbiqi ilə bağlı razılaşmalar var idi. Bəs biz nə gördük: Paşinyan dövlət məsələlərini liftdə müzakirə edir, şifahi razılaşma edir".
Natiq Səlim,
KONKRET.az

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar