İranın Ermənistan sevdası - Rəsmi Bakı hansı addımları atacaq?

İranın Ermənistan sevdası - Rəsmi Bakı hansı addımları atacaq?Xəbər verdiyimiz kimi, İran Ermənistandan keçərək Azərbaycanın əsas hissəsi ilə Naxçıvanı birləşdirəcək marşruta qarşı çıxıb. Bununla bağlı Rusiyanın Tehrandakı səfiri ilə İran Xarici İşlər Nazirliyinin Avrasiya Baş İdarəsinin rəisi və nazir köməkçisi Müctəba Dəmirçilu arasında görüş keçirilib.
İran rəsmisi ölkəsinin bölgədə sülh və sabitliyin bərqərar olmasını, region ölkələri arasında əməkdaşlığın inkişaf etdirilməsini dəstəklədiyini, regionun geosiyasi və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin dəyişdirilməsinə qarşı olduğunu vurğulayıb.
İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığını dilə gətirməsi ilk deyil. Qonşu ölkə sözügedən məsələni özlərinin qırmızı xətti adlandırıb. Qonşu ölkə rəsmisinin bir daha oxşar bəyanat səsləndirməsindən sonra Azərbaycan hansı addımı ata bilər?
Mövzu ilə bağlı KONKRET.az-ın suallarını cavablandıran Bakı Politoloqlar Klubunun sədri Zaur Məmmədov İranın ölkəmizə qarşı yürütdüyü siyasətdən danışıb:
İranın Ermənistan sevdası - Rəsmi Bakı hansı addımları atacaq?"İranın Zəngəzur dəhlizi ilə bağlı narahatlığı hər birimizə məlumdur. Azərbaycan bu məsələ ilə bağlı mövqeyini açıq-aydın bəyan edib. Ölkəmiz İrana qarşı məkirli siyasət yürütməyib. Cənub qonşularımız isə bunu anlamaq istəmir. Ərazilərimizdə İrana qarşı hərbi baza yaratmağa çalışırdılar. Biz isə bunu qəbul etmədik. Rəsmi Tehran bunu yaxşı anlayır. Neytrallığımızı qorumuşuq. Təəssüf ki, buna qiymət verilmir. Əvəzində İran Ermənistanın silahlandırılmasına qarşı susqunluq nümayiş etdirdi. Təxribatları görməzdən gəldi. Cənubi Qafqaz Azərbaycanın aid olduğu regiondur. İranın bura müdaxilə etmək haqqı yoxdur. Əgər yanımızda olacaqlarsa, bölgədəki reallıqlardan pay alacaqlar. Əksi olacaqsa, burada itirən qonşularımız olacaq".
Ekspert bildirib ki, Azərbaycan təhlükəsizliyi üçün istənilən addımı atacaq:
"Düşünürəm ki, Ermənistanın təxribatları davam edəcəksə, Azərbaycan sülh müqaviləsi üçün tələblərinin sayını artıracaq. Fikrimcə, Ermənistanın cənub-qərbi silahsızlaşdırılmalıdır. Həmçinin bufer zona da şərtdir. İran üçün bəzi məsələlər qırmızı xətt ola bilər, amma dediyim kimi, bura Azərbaycan coğrafiyasıdır və kimsə müdaxilə edə bilməz. Rusiya müharibə və digər bir neçə məsələdə yanımızda oldu, biz də onlara adekvat siyasət apardıq. Bundan sonra da belə olacaq".
Məlik Məlikov,
KONKRET.az

Siyasi       Tarix: 03 sentyabr 2024
f Paylaş

Oxşar xəbərlər

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Kiyev Yakuboviçi "qara siyahı"ya saldı

Rusiyalı məşhur teleaparıcı Leonid Yakuboviç Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin məlumat bazasına əlavə edilib. xəbər verir ki, bu barədə TASS məlumat yayıb. Məlumata görə, buna səbəb Yakuboviçin Rusiyanı

BÖYÜKLƏR ÜÇÜN NAĞIL: Amerika öz imperiyası olmadan niyə yaşaya bilməz?

Amerikalı populist-izolyasionistlərin seçkiqabağı çıxışlarını dinləmək bəzən absurd komediyaya baxmağa bənzəyir. MAGA şüarlı qırmızı papaq taxmış siyasətçi tribunaya çıxaraq son dərəcə sadə, lakin cəlbedici bir fikir irəl

Prezident İlham Əliyev Panama Prezidentini təbrik etdi

Prezident İlham Əliyev Panama Respublikasının Prezidenti Xose Raul Mulino Kinteroya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, sənədin mətni Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

Bu ölkə İranla sərhədə ordu yeritdi

İraq ordusu mümkün nəticələrin aradan qaldırılması üçün İran və Küveytlə sərhədləri boyunca tam təhlükəsizlik tədbirləri görüb. xəbər verir ki, bu haqda "Əl-Mayadin" məlumat yayıb. "İraq silahlı qüvvələri sərhə

Vəzifəli şəxs rüşvətə görə həbs edildi

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin vəzifəli şəxslərinin qanunsuz əməlləri ilə bağlı həmin nazirlikdən daxil olmuş məlumat əsasında Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində araşdırma aparılara

İstanbulda azərbaycanlı uşaqlara Zəfər günü sürprizi - FOTOLAR

8 Noyabr – Qarabağ Zəfərinin ildönümü həftəsində İstanbulda yaşayan azərbaycanlı uşaqlar üçün mühüm sosial layihə həyata keçirilib. xəbər verir ki, Türkiyədə bu miqyasda və formatda ilk dəfə təşkil olunan layihə çərçivəsind

Müxalifət Netanyahuya qarşı birləşir – Mühüm görüş

İsraildə müxalifət blokuna daxil olan partiyaların liderləri – Qadi Ayzenkot, Naftali Bennett, Yair Lapid, Aviqdor Liberman və Yair Qolan Knessetə seçkilərdən sonra ilk dəfə görüş keçirəcəklər. KONKRET.azxəbər verir ki, b

Yeni Ombudsman bu tarixdə seçiləcək - AÇIQLANDI

Xəbər verdiyimiz kimi, Milli Məclisdə yeni Ombudsman seçiləcək. Milli Məclisdə Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) vəzifəsinə namizədlik məsələsi müzakirəyə çıxarılıb. Bu vəzifəyə Prezident İlham Əliye


son xeberler azerbaycan xeberleri yeni xeberler axsam az xeberler qarabag cəbhədən video novruz bayramı