İranın sərhədimizdə "partlayış" anonsu – Xəzərdə intensiv aktivləşmə
İranın Hərbi Dəniz Qüvvələri ölkənin şimalında, Xəzər dənizində hərbi təlimlərə başlayır. Sərhədimizdə keçiriləcək təlimlərlə əlaqədar olaraq Astara şəhərinin bəzi yerlərində partlayış səslərinin eşidiləcəyi bildirilib.
KONKRET.azxəbər verir ki,İranın sözügedən ərazidə təlim keçməsi nəyə hesablanıb?
Mövzu ilə bağlı danışan hərbi ekspert Ədalət Verdiyev deyib ki, İsraillə gərginlik fonunda İranın təlimlərə başlaması diqqət çəkir:
"İran son zamanlar Xəzər dənizində kifayət qədər intensiv təlimlər keçir. Xəzər dənizini "dostluq və təhlükəsizlik dənizi" adlandıran İran digər ərazilərin su akvatoriyalarında təlim keçməyə risk etmir. Üstünlüyü daha çox Xəzər dənizinə verir. Son illərdə rəsmi Tehran Xəzər donanmasını gücləndirir. Halbuki İran üçün ehtimal olunan təhdid istiqaməti qətiyyən Xəzər dənizi ilə bağlı deyil".
Hərbi ekspertin sözlərinə görə, belə təlimlər keçirilən zaman qonşu ölkələri həmin təlimlərin məqsədi, hədəfləri və miqyası barədə məlumatlandırmaq lazımdır:
"Belə məlumatlandırmalar əvvəlcədən həyata keçirilib. Əks halda Azərbaycan mütləq bu barədə etiraz notasını İrana təqdim edərdi. Yaxşı olardı ki, Tehran bu təlimləri sərhədimiz yaxınlığında deyil, ona təhdid törədəcək qüvvələrə yaxın ərazidə keçirsin"./Globalinfo.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İki gündür axtarılan 12 yaşlı qız tapıldı
Ombudsman Səbinə Əliyeva Fəxri xiyabanı ziyarət edib
Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM
Cəmi 3 il evli qala bildilər
Azercell-in "Oflayn Qadınlar" layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycana qarşı çağırışlar səsləndirən 14 İran vətəndaşı 'arzuolunmaz şəxs' elan edildi - Siyahı
Ermənistanın Baş naziri: İrəvan və Bakı arasında sülh Cənubi Qafqaz üçün yeni imkanlar yaradır
Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
Bank kartından istifadə edənlərə XƏBƏRDARLIQ
İham Əliyev İliyana Yotovanı təbrik etdi
Bank of Baku-nun növbəti maliyyə savadlılığı tədbiri Şirvanda baş tutub
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Xırdalanda 12 yaşlı qız itkin düşüb
2027-ci ildə minlərlə ailənin həyatını dəyişəcək qərar