"İranlılar xalqa atəş açmaqdan imtina edir, atəşi ərəblər açır" – Dəhşətli FAKTLAR AÇIQLANDI

Ayətullahlar rejiminin törətdiyi qətllərə və ağır zorakılığa baxmayaraq, İranda etiraz aksiyaları səngimir, əksinə, getdikcə daha kütləvi və barışmaz xarakter alır.
NOCOMMENT.az xəbər verir ki, etiraz hərəkatının üçüncü həftəsində ölkənin bütün vilayətlərini əhatə edən 185 şəhərdə azı 574 etiraz nöqtəsi qeydə alınıb. İranlı politoloq, tədqiqatçı və ictimai xadim Mohsen Banaye haqqin.az-a açıqlamasında bildirib ki, "miqyasına, coğrafiyasına və davamlılığına görə bu hərəkat artıq İran İslam Respublikasının tarixində ən böyük anti-hökumət çıxışına çevrilib".
Onun sözlərinə görə, İran hakimiyyəti kütləvi etirazları yatırmaq üçün getdikcə daha çox xarici şiə silahlı qruplaşmalarını prosesə cəlb edir. Xüsusilə İraqın "Həşd əş-Şaabi" silahlı birləşməsinə bağlı, ərəb dilli dəstələrin istifadə olunduğu bildirilir. Banayenin iddiasına görə, Kermanşahda yüzlərlə insanın öldürülməsində məhz bu qruplaşmaların iştirakı olub.
Müxtəlif, o cümlədən qapalı mənbələrdən daxil olan məlumatlara əsasən, yanvarın 13-ü axşam saatlarında Tehran, Arak, Məşhəd, Qum və digər şəhərlərdə etiraz aksiyaları keçirilib. Öz təhlükəsizlik qüvvələrində ciddi çatışmazlıqla üzləşən hakimiyyət iğtişaşları yatırmaq üçün xarici silahlı dəstələrə daha fəal şəkildə müraciət edir.
Banayenin sözlərinə görə, Rəştdə silahsız etirazçıların güllələnməsində Livanın "Hizbullah" təşkilatına bağlı döyüşçülər də iştirak edib. Bildirilir ki, Livandan bu təşkilata məxsus 800-dən çox silahlı şəxs İrana göndərilib.
Bu hadisələr fonunda İslam İnqilabı Keşikçiləri Korpusu (SEPAH) hərbçilərə ünvanlanmış sərt bəyanat yayıb. Bəyanatda hər cür itaətsizlik və dezertirliyin "qəti məhkəmə tədbirləri" ilə cəzalandırılacağı bildirilib. Lakin sənəd qısa müddət sonra silinib.
Politoloq hesab edir ki, bu bəyanat və onun sonradan silinməsi Rza Pəhləvinin addımlarına birbaşa reaksiya idi. Belə ki, Rza Pəhləvi daha əvvəl xalqına qarşı zorakılıqda iştirak etmək istəməyən hərbçilər üçün xüsusi platforma yaradıldığını elan edib. Bu platforma rejimdən ayrılmaq və müxalifətə qoşulmaq istəyən ordunun, təhlükəsizlik qüvvələrinin və polisin əməkdaşları üçün qorunan birbaşa əlaqə kanalıdır.
Banayenin iddiasına görə, rejimin reaksiyası problemin miqyasını açıq şəkildə göstərir. Pəhləvinin çağırışından sonra on minlərlə hərbçi öz hissələrini tərk edib. Anonim söhbətlərdə nizami ordunun zabitləri təxminən 50 min dezertirin olduğunu bildirirlər. Dezertirlik təkcə nizami orduda deyil, SEPAH və polis strukturlarında da müşahidə olunur. Məhz bu səbəbdən, politoloqun fikrincə, hakimiyyət "Həşd əş-Şaabi", "Kətaib Hizbullah" və "Hərəkat ən-Nucəba" kimi proiran qruplaşmaları ölkəyə cəlb edib.
Hakimiyyətin interneti tamamilə kəsməsinə baxmayaraq, etiraz hərəkatı daxilində kommunikasiya tam iflic olmayıb. Starlink peyk interneti informasiya blokadasını qismən yarmağa davam edir. Buna cavab olaraq, güc strukturları Tehranın qərb rayonlarında, İsfahanda, Sənəndəcdə, Banədə, Məhabbadda, eləcə də Kürdüstan vilayətinin şəhərlərində və ümumilikdə İranın qərbində peyk antenlərini aşkar etmək üçün pilotsuz uçuş aparatlarından istifadə edir. Banayenin sözlərinə görə, peyk antenləri əhalidən seçimsiz şəkildə müsadirə olunur.
Eyni zamanda, ölkənin azərbaycanlıların yaşadığı vilayətlərində etirazların coğrafiyası sürətlə genişlənir. Bu bölgələrdə aksiyaların başlanması Rza Pəhləvinin bütün İran xalqını küçələrə çıxmağa çağırışı ilə eyni vaxta təsadüf edib. Təbriz, Urmiya, Ərdəbil, Marağa, Əbhər, Zəncan, Miandab, Xalxal, Xoy, Culfa, Bazərqan, eləcə də İran Kürdüstanının Kermanşah, Hərsin, Səhnə, Qorvə və digər şəhərlərində ümumiran şüarları səsləndirilir: "Diktatora ölüm!", "Bu son döyüşdür – şah qayıdacaq!", "Yaşasın şah!". Təbrizdə isə etirazçı gənclər "Türklər və farslar – çiyin-çiyinə ölkəni azad edək" şüarını səsləndirirlər.
Mohsen Banayenin fikrincə, İran İslam Respublikasının tarixində ilk dəfə olaraq ölkənin bütün xalqları vahid ideya və vahid lider – Rza Pəhləvi ətrafında birləşib və bu, həqiqətən də unikal bir məqamdır.
Politoloq hesab edir ki, mövcud şəraitdə istənilən xarici müdaxilə ayətullahlar rejiminin yüz faiz süqutuna gətirib çıxaracaq. Onun sözlərinə görə, mollokratiya hakimiyyəti hər bir halda məhkumdur, çünki ölkənin həyatının bütün sahələrində özünü tam şəkildə diskreditasiya edib.
"Yeganə sual ayətullahların İrandan qaçmağa məcbur qalmazdan əvvəl daha nə qədər qan tökəcəyidir", – deyə Banaye bildirib.
Natiq Səlim,
KONKRET.az

Siyasi       Tarix: 15 yanvar 2026
f Paylaş

Xidmetler [newsid: 0-123300]

Oxşar xəbərlər

Avropanın 6 ölkəsində Ermənistanı sorğulayan aksiyalar təşkil edilib

Azərbaycanın "Gilavar Foto Klubu" İctimai Birliyinin "Minasız dünya" beynəlxalq kampaniyasının 2026-cı il oktyabrın 15-də növbəti dayanacağı Avstriyanın Salzburq şəhəri olub. xəbər verir ki, sərgi Avstriyadak

Kruassan yemək istəyirsizsə, Ukraynanı dəstəkləyin

Səhər kruassanınızı qorumaq üçün Ukraynaya dəstək olun. xəbər verir ki, bunu Latviyanın Baş naziri Andris Kulberqs deyib. "Əgər Avropada rahatlıq istəyiriksə, yəni səhərlər təhlükələr barədə düşünmədən kruassan yeyi

AİB-in direktoru Naxçıvanın TRIPP layihəsi çərçivəsində nəqliyyat imkanlarını müzakirə edib

Oktyabrın 13-də Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsi Ceyhun Cəlilov Asiya İnkişaf Bankının Mərkəzi və Qərbi Asiya Regional Departamentinin Azərbaycan üzrə ölkə direktor

ABŞ-la münasibətlərin düzəlməsi üçün 10 il vaxt lazımdır

Çin və ABŞ-ın bir-biri ilə normal münasibətlər qurması və strateji sabitliyə əsaslanan konstruktiv münasibətlərə keçməsi üçün təxminən on il və ya daha çox vaxt tələb oluna bilər. xəbər verir ki, bunu Çinin Vaşinqtondak

"Azərbaycanın daxili işlərinə qarışmaq kimin nə həddinədir?!"– Binəli Yıldırım danışdı

Türkiyə Prezidentinin Ali Məsləhətləşmə Şurasının (Cumhurbaşkanlığı Yüksek İstişare Kurulu) üzvü, Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyənin sabiq Baş naziri və keçmiş TBMM sədri Binəli Yıldırı

Prezident İlham Əliyev Vyetnamın Vitse-prezidenti ilə görüşüb - (Foto)

Oktyabrın 14-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Vyetnam Sosialist Respublikasının Vitse-prezidenti xanım Vo Thi An Suan ilə görüşüblər. AZƏRTAC-a istinadən bildirir ki

Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist üzr istədi

Azərbaycanın beynəlxalq axtarışa verdiyi türkiyəli jurnalist Celal Çiftçi ölkədə narazılıq və incikliyə səbəb olan açıqlamalarına görə Azərbaycan dövlətindən və xalqından üzr istəyib. xəbər verir ki, "Şanlıurfa Olay"

Şavkat Mirziyoyev SOCAR və BP rəsmiləri ilə energetika layihələrini müzakirə edib

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövşən Nəcəfi və BP şirkətinin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Covanni Kristofolini qəbu

Bank Respublika böyüməyə davam edir: üçüncü rübün maliyyə nəticələri

 Azərbaycanın aparıcı banklarından biri olan Bank Respublika 2026-cı ilin üçüncü rübü üzrə maliyyə nəticələrini açıqlayıb. İlin ilk doqquz ayında əsas maliyyə göstəricilərində artım qeydə alınıb, Bankın kapital mövqeyi möhkəmləni


azerbaycan xeberleri yeni xeberler son xeberler dunya xeberleri xəbər siyaseti xeberler bugun son xeber.az