İşğal faktının ləğv edilməsi Azərbaycanın dünya birliyindəki mövqelərini gücləndirib - ŞƏRH

İşğal faktının ləğv edilməsi Azərbaycanın dünya birliyindəki mövqelərini gücləndirib - ŞƏRH1988-ci ildən başlayaraq xalqımızın apardığı milli azadlıq mübarizəsi nəticəsində dövlət müstəqilliyimizin əldə olunması Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiya prosesinin önünü açdı.
Amma sovet imperiyasının son illərində erməni faşizminin baş qaldırması müstəqilliyimizin dünya birliyinə inteqrasiyasının ağrılı-acılı keçməsinə səbəb oldu.
Ölkəmizin 1992-ci il martın 2-də Birləşmiş Millətlər Təşkilatının (BMT) üzvlüyünə qəbul olunması bu mötəbər qurumun dəfələrlə Azərbaycan Respublikasının ərazi bütövlüyünü, suverenliyini təsdiqləməsi ilə nəticələndi. 1993-cü ildə BMT-nin Təhlükəsizlik Şurasının Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsinə dair 822, 853, 874, 884 nömrəli qətnamələri qəbul etməsi isə Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalını bir daha təsbit etdi və dövlətimizə beynəlxalq müstəvidə öz ərazilərini erməni faşistlərindən təmizləmək haqqını tanıdı.
İşğal faktının ləğv edilməsi Azərbaycanın dünya birliyindəki mövqelərini gücləndirib - ŞƏRHAdı ölkəmizin müstəqillik tarixinə müasir Azərbaycan dövlətinin qurucusu kimi yazılmış Heydər Əliyev kimi görkəmli siyasətçinin və dövlət xadiminin hakimiyyətə gəlməsi erməni faşistlərinin və havadarlarının Azərbaycanı beynəlxalq müstəvidə təkləmək siyasətinin qarşısını aldı.
Öncə Rusiyanın, İranın Azərbaycanı parçalamaq və ölkəmizdə vətəndaş müharibəsi törətmək niyyətinin qarşısı alındı, sonra isə müstəqilliyimizin möhkəmləndirilməsi və dönməz xarakter alması istiqamətində misilsiz addımlar atıldı. ABŞ, Böyük Britaniya, İsrail, Rusiya, İtaliya və digər dövlətlərlə mühüm strateji tərəfdaşlıq əlaqələrinin, Türkiyə başda olmaqla bütün türk dövlətləri ilə birliyin, islam dövlətləri ilə əməkdaşlığın gücləndirilməsinin əsası qoyuldu. Gürcüstanın tranzit ölkəyə çevrilməsi istiqamətində həyata keçirilən siyasət Ermənistanın bütün regional layihələrdən təcrid olunmasına gətirib çıxardı.
Müstəqil Azərbaycan dövlətinin BMT, Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı (ATƏT), Avropa İttifaqı (Aİ), İslam Əməkdaşlıq Təşkilatı, Qoşulmayanlar Hərəkatı, Qara Dəniz İqtisadi  Əməkdaşlıq Təşkilatı kimi nüfuzlu beynəlxalq təşkilatlarla sıx əməkdaşlıq etməsi ölkəmizə öz milli maraqlarından və mənafelərindən məharətlə istifadə etmək haqqını verdi.
İşğal faktının ləğv edilməsi Azərbaycanın dünya birliyindəki mövqelərini gücləndirib - ŞƏRHPrezident İlham Əliyevin 20 illik hakimiyyəti dövründə Azərbaycan, sözün əsl mənasında, Cənubi Qafqaz regionunun lider dövlətinə çevrildi. Azərbaycanın "Eurovision-2012" mahnı müsabiqəsinə, I Avropa Oyunlarına, IV İslam Həmrəyliyi Oyunlarına və Avropa Kubokunun final mərhələsi oyununa, Formula-1 Qran Prisinə, Qlobal Humanitar Forumuna, YUNESKO-nun, BMT-nin förümlarına və yüzlərlə digər mötəbər tədbirlərə ev sahibliyi etməsi bu siyasi, iqtisadi və mədəni yüksəlişin mühüm göstəricisidir. Qarabağın tam azad edilməsindən sonra beynəlxalq tədbirlərin Şuşada, Zəngilanda keçirilməsi həm də erməni vandalizminin izlərinin dünya ictimaiyyətinə nümayiş etdirilməsində böyük rol oynayır.
Müsəlman inanclı dünyəvi dövlət siyasəti yürüdülməsi, beynəlxalq və regional müstəvidə ədalətin və haqqın müdafiə olunması müxtəlif inanclı dövlətlərin və xalqların ölkəmizə rəğbətini qazandırıb. Azərbaycana beynəlxalq hüquqa uyğun şəkildə öz ərazi bütövlüyünü və suverenliyini tam bərpa edərkən məhz həmin dövlətlər öz mənəvi dəstəklərini bizdən əsirgəmədilər.  Təsadüfi deyil ki, Fransanın BMT Təhlükəsizlik Şurasında qətnamələrin dəyişdirilməsi, Laçın dəhlizinin açılması və 2023-cü il 19–20 sentyabr antiterror tədbirləri ilə bağlı ölkəmizə qarşı bütün cəhdləri fiaskoya uğradı.
Qarabağın düşməndən azad edilməsi Azərbaycanın çiyinlərindən elə ağır yükü götürüb ki, indi dövlətimiz neokolonializmə, separatizmə məruz qalan ölkələrə həyan durur, onların haqq səsinin dünyada eşidilməsini dəstəkləyir. Azərbaycanın ərazi bütövlüyünün və suverenliyin qorunması ilə bağlı dürüst, ardıcıl və qətiyyətli mövqeyə sahib olması erməni havadarlarının da susdurulmasına gətirib çıxarır. Müasir texnologiyalar dövründə önlar ölkəmizə "soyqırımı", "etnik təmizləmə" kimi çirkin damğaları vura bilmirlər. Doğrudur, Azərbaycanın ərazi bütövlüyünün tam bərpasını həzm edə bilməyən bəzi beynəlxalq qurumlarda ölkəmizə qarşı qərəzli addımların atılması ilə üzləşirik.
Amma indi ABŞ, Böyük Britaniya kimi dövlətlərin, BMT, NATO kimi təşkilatların Ermənistanı Azərbaycanla sülh müqaviləsinin imzalamağa israrla çağırması sübut edir ki, anti-Azərbaycan qüvvələrinin bütün çirkin niyyətləri iflasa uğramaqdadır.
BMT-nin İqlim Dəyişikliyi Konfransı və ya COP29-un 2024-cü ilin noyabrında Azərbaycanda keçirilməsi qərarı da göstərir ki, ölkəmizin imicinə zərbə vurmaq istəyənlərin bütün cəhdləri boşa çıxıb. Azərbaycan adlı sanballı və nüfuzlu ölkəmiz region və dünya birliyi dövlətləri arasında inamla irəliləyir.
Xatirə SADİQ,
KONKRET.az
İşğal faktının ləğv edilməsi Azərbaycanın dünya birliyindəki mövqelərini gücləndirib - ŞƏRHP.S. Yazı Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "Azərbaycan Respublikasının inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi" mövzusuna uyğun olaraq dərc edilir.

Siyasi       Tarix: 22 mart 2024
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Fransada 1,6 milyonluq etiraz: Makron hakimiyyətini nə gözləyir?

Fransada bahalaşmaya qarşı keçirilən kütləvi etiraz aksiyalarında 600 mindən çox insan iştirak edib. "Associated Press"in məlumatına görə, Fransa Daxili İşlər Nazirliyi nümayişçilərin sayını 600 min nəfər, həmkarla

Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumunun iştirakçıları Prezident İlham Əliyevə müraciət ünvanlayıb

Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının (QHT) Əməkdaşlıq Forumunun iştirakçıları Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevə müraciət ünvanlayıb. xəbər verir ki, mətndə deyilir:. "Möhtərəm cənab Prezident, Müzəffə

Ərdoğandan Azərbaycana səfəri barədə - Açıqlama

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 8 Noyabr – Zəfər Günü münasibətilə Azərbaycana nəzərdə tutulan səfəri barədə açıqlama verib. xəbər verir ki, Türkiyə lideri bu barədə yerli mediaya açıqlaması zamanı danışıb. "Fövqəlad

ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei

ABŞ-ın aralıq seçkilərinin nəticələri Vaşinqtonun İrana qarşı düşmənçiliyini dəyişdirməyəcək. axaraz-a istinadən xəbər verir ki, bu barədə İranın ali rəhbəri Müctəba Xameneinin adından yayılan açıqlamada bildirilib. "Partiy

Bu ölkə Rusiyadan güzəşt alır, Ukraynaya isə silah ötürür

"Blumberq" agentliyinin məlumatına görə, Rusiyanın Ukraynaya qarşı başladığı müharibə Moskvanın ənənəvi tərəfdaşlarından biri olan Hindistan üçün böyük qazanc mənbəyinə çevrilib. Yeni Dehli bir tərəfdən Rusiyada

XİN: 8 Noyabr xalqın milli birliyinin, sarsılmaz iradəsinin, əzminin və Vətənə bağlılığının rəmzidir

8 Noyabr – Zəfər Günü Azərbaycan xalqının çoxəsrlik dövlətçilik tarixinin ən şanlı səhifələrindən birini təşkil edir. Bu əlamətdar gün 2020-ci ildə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin, xalqımızın mill

Ermənistan bu ölkədən külli miqdarda raket alır

Hindistan "Pinaka" raket artilleriyası proqramını genişmiqyaslı şəkildə genişləndirməyə doğru irəliləyir. Hazırda təxminən 400 raketin tədarük prosesi həyata keçirilir. -a istinadən xəbər verir ki, bu barədə "İndia

ABŞ tarixində ilk müsəlman senator seçildi – Abdul Əl-Səyyid Mayk Rocersi məğlub etdi

ABŞ tarixində ilk dəfə müsəlman siyasətçi Senata seçilib. KONKRET.azxəbər verir ki, demokrat namizəd, 42 yaşlı Abdul Əl-Səyyid Miçiqan ştatından senator seçkilərində respublikaçı Mayk Rocersi məğlub edərək tarixə düşüb. Misi

Azərbaycan xalqı bir yumruq kimi birləşmişdi – Prezident

Azərbaycan xalqı 44 günlük Vətən müharibəsi zamanı bir yumruq kimi birləşmişdi. xəbər verir ki, bunu Prezident İlham Əliyev noyabrın 6-da Zəngilan rayonunun Cahangirbəyli və Cəbrayıl rayonunun Soltanlı kəndlərinə köçən sakinlərl


azerbaycan xeberleri yeni xeberler son xeberler hava haqqinda ensonxeberler xəbər xəbərlər.com