"İşğal və təcavüz faktı olmasaydı, Azərbaycan yaşıl transformasiya fəaliyyətində daha böyük nailiyyətlər qazana bilərdi
İşğal və təcavüz faktı - Ermənistanın ölkəmizə qarşı 30 il ərzində törətdiyi əməllər olmasaydı, Azərbaycan bu gün yaşıl transformasiya fəaliyyətində və tədbirlərində daha böyük nailiyyətlərə imza atmış olardı.
azxeber.com xəbər verir ki, bu fikri Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev COP29 çərçivəsində noyabrın 16-da Azərbaycan Televiziyasına açıqlamasında deyib.
Ermənistanın işğalçılıq siyasətinin Azərbaycanın yaşıl transformasiya siyasətinə maneələr yaratdığını, ölkəmizin resurs və hədəflərinin başqa istiqamətə doğru yönəldiyini vurğulayan Prezidentin köməkçisi qeyd edib:
"Torpaqlarımız işğaldan azad olunandan sonra Prezident İlham Əliyevin tapşırığı ilə Qarabağ və Şərqi Zəngəzur zonası sıfır atıq zonaları kimi bərpa edildi. Bununla da Azərbaycan özünün yaşıl transformasiya və bərpaolunan enerji resurslarının yaradılması siyasətinə daha böyük resurslar ayırmaq imkanı əldə etdi.
Bu, həmişə bizim gündəliyimizdə prioritet olub. Lakin işğal və təcavüz faktı aradan qaldırandan sonra Azərbaycan daha böyük imkanlarını bu seqmentə səfərbər etmək imkanı əldə etmiş oldu".
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı
9 ay hamilə olduğunu bilmədi, 5-ci uşağı dünyaya gətirdi