İspan qəzeti: "Azərbaycan hər an Ermənistanın hərbi təxribatı və terroru ilə üzləşə bilər

İspan qəzeti: "Azərbaycan hər an Ermənistanın hərbi təxribatı və terroru ilə üzləşə bilərİspan qəzeti: "Azərbaycan hər an Ermənistanın hərbi təxribatı və terroru ilə üzləşə bilər"
Azərbaycan-İspaniya Mədəniyyət və Ticarət Assosiasiyasının (ACAE) prezidenti Fərid Mustafayev İspaniyanın "LA ÚLTIMA" qəzetinə müsahibəsində ermənilərin Dağlıq Qarabağı işğal etməsini sərt şəkildə pisləyib. 
Bu barədə Diasporla İş üzrə Dövlət Komitəsi məlumat verib.
Azərbaycan torpaqlarının 20 faizinin uzun illərdir Ermənistanın işğalı altında saxlanıldığına diqqəti cəlb edən ACAE prezidenti qeyd edib ki, bu təcavüzkar ölkə beynəlxalq təşkilatların torpaqlarımızın dərhal və qeyd-şərtsiz azad olunmasına dair qərar və qətnamələrinə məhəl qoymur: "Əksinə, işğal olunmuş və sərhədyanı bölgələrdən Azərbaycanı atəşə tuturlar və bu da nəinki hərbçilərin, hətta mülki insanların həlak olmasına səbəb olur".
Buna misal olaraq Ermənistanın iyul təxribatlarını xatırladan F.Mustafayev qeyd edib ki, sülhsevər Azərbaycan hər an bu işğalçı ölkənin hərbi təxribatları və terroru ilə üzləşə bilər.
O, qeyd edib ki, Avropa Birliyi və bu qurumun üzvü olan İspaniya hər bir ölkənin öz suverenliyini və ərazi bütövlüyünü qorumaq prinsipinə hörmətlə yanaşır: "Bütün demokratik və inkişaf etmiş ölkələr bunu gözəl bilirlər və bu prinsipi dəstəkləyirlər".
ACEA sədri deyib ki, pandemiya dövründə Azərbaycan koronavirusa qalib gəlmək üçün bütün zəruri addımları atıb: "Yeni modul tipli xəstəxanaların quraşdırılması, yeni tənəffüs aparatlarının alınması və sair tədbirlər Prezident İlham Əliyevin birbaşa nəzarəti altında həyata keçirilir. Hazırda Azərbaycanda virusa yoluxanların sayı xeyli azalıb".
O, qeyd edib ki, çox qədim tarixə, ənənələrə, güclü iqtisadiyyata, turizm sahəsində böyük imkanlara malik olan Azərbaycan xarici sərmayənin qoyulması üçün münbit ölkədir və bir çox böyük şirkətlər uzun illərdir burada fəaliyyət göstərir.
"Mən əminəm ki, ispanlar və ya avropalılar üçün Azərbaycan tarixi-memarlıq abidələri, əsrarəngiz təbiəti və mətbəxi ilə maraqlı ölkədir. ACAE olaraq biz Azərbaycanda turizmin inkişafı üçün ardıcıl tədbirlər görməkdəyik", - deyə F.Mustafayev bildirib. /oxu.az

Maraqlı       Tarix: 19 avqust 2020
f Paylaş

Oxşar xəbərlər

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO

ABŞ-də 40 ton çəkisi, 18 metr uzunluğu olan məxluqun kəlləsi tapıldı - FOTO. ABŞ-nin Şimali Karolina ştatının sahillərində iki sıra əyri, dişəbənzər kənarları olan qorxunc, nəhəng kəllə sümüyünün bir hissəsi aşkar edilib

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA

"İdeal" valideyn olmaq üçün nə etməli? - ARAŞDIRMA. "İdeal" valideyn olmaq istəyi emosional tükənməyə və uşağın davranışı üzərində nəzarətin daha da itirilməsinə səbəb olur. Bu barədə "MedicalXpress"

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO

Rusiyada Leninin abidəsində zaman kapsulu tapıldı - FOTO. Rusiyanın Saxalin vilayətinin Xolmoqor şəhər dairəsində, Leninin abidəsinin təmiri və bərpası işləri zamanı 1970-ci ildə gələcək nəsillərə mesaj kimi qoyulmuş zama

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ

Zaqulbada yerləşən sümük-vərəm xəstəlikləri sanatoriyasından FOTOREPORTAJ. 1911-ci ildə Zaqulbada işləyən ailələrin uşaqları üçün sümük-vərəm xəstəlikləri sanatoriyası açılıb. Belə ki, buranı həmin dövrdə yaşayan professo

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb

Yer kürəsini istiləşmədən qoruyacaq material hazırlanıb. Tədqiqatçılar karbon qazı və digər istixana qazlarını udan yeni növ məsaməli material hazırlayıblar. Bu barədə "Science Alert" nəşrində dərc olunan məqaləd

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi

İspaniyada ilk dəfə: Onlarla insanda siçovul xəstəliyi aşkar edildi. İspaniyada dünyada ilk dəfə olaraq insanlarda onlarla siçovul hepatiti E-yə yoluxma halı müəyyən edilib. Bu barədə "El Pais" qəzetində yazı dər


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber xeberler azerbaycan cəbhədən xəbər xeber.az