İspaniyaya gələn turistlərin sayında kəskin azalma
İspaniyaya gələn turistlərin sayında kəskin azalma
Koronavirus pandemiyası nəticəsində İspaniyaya gələn xarici turist sayı bu il yarım əsrdə ən aşağı səviyyəyə düşə bilər.
Bu barədə "El Pais" qəzeti məlumat yayıb.
Qeyd edilir ki, 2020-ci ilin sonuna qədər İspaniyanı (bir il əvvəl 83 milyon turist) 20 milyondan az turistin ziyarət edəcəyi gözlənilir.
Bu il əcnəbilərin ümumi xərcləri 20 milyard avronu keçməyəcək, 2019-cu ildə isə bu rəqəm 92 milyard avroya çatıb.
Bildirilir ki, 1969-cu ildə İspaniyanı demək olar ki, 21,7 milyon, 1968-ci ildə - 19,2 milyon turist ziyarət edib. Ötən il turizm sektoru ölkənin ÜDM-nin 12 %-ni təmsil edirdisə, 2020-ci ildə bu, 4%-dən bir az çox olacaq.
Dekabr ayının əvvəlində Krallığın Milli Statistika İnstitutu bu ilin yanvar-oktyabr aylarında İspaniyaya gələn əcnəbilərin sayının 17,9 milyon olduğunu (keçən ilin eyni dövrünə nisbətən 76,1 % az) açıqlayıb. Bu ilin ilk on ayında İspaniyada turizm xərcləri 2019-cu illə müqayisədə 77,3% azalaraq 18,5 milyard avro təşkil edib. /oxu.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var