İştahanı azaldan məhsullar

İştahanı azaldan məhsullarƏgər artıq çəkidən təbii yolla xilas olmaq istəyirsinizsə, o halda siz iştahanı azaldan məhsullar qəbul etməlisiniz. Bu ərzaq məhsulları və içkilərin qəbulundan sonra iştaha azalır, toxluq hissi isə uzun müddət davam edir.
Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, bu məhsullar aclıq hissinin qarşısını almaq və doyumlu, kalorili qidaya meyli azaltmaq hesabına bizim iştahamıza nəzarət edir. Həmin məhsulların ikinci xüsusiyyəti insanda uzun müddət ərzində toxluq hissini yaratmasıdır. İştahanı təbii yolla azaldan qidalar əksər hallarda müxtəlif ərzaq və bitki mənşəli məhsullarda olur. Müəyyən meyvə, tərəvəz və bitkilər bəzi qida əlavələrinin gördüyü işə bənzər təsirə malikdir. Yalnız onlar məhz heç bir kənar təsir olmadan bunu yerinə yetirə bilir. Həmin məhsulları diqqətinizə çatdırırıq.
Yaşıl çay. Sakitləşdirici təsiri ilə yanaşı, yaşıl çay iştahanın qarşısının alınmasında və artıq çəkidən yaxa qurtarmaqda çox faydalıdır. Onun tərkibi kofein və katexin antioksidantları ilə zəngindir. Kofein piylərin əriməsini stimullaşdırır və iştahanı azaldır, katexinlər isə metabolizmi sürətləndirir və orqanizmdə piyin miqdarını aşağı salır.
Avokado. Bu, iştaha azaldan möhtəşəm təbii məhsuldur. Avokado toxluq hissi yaradan liflərlə zəngindir. Bu meyvənin tərkibində bizim beynimizə doyma barədə siqnal göndərən sağlam yağlar mövcuddur.
Alma. Bu, liflərlə zəngin olan daha bir meyvədir. Alma toxluq hissini gücləndirir, qanda şəkərin miqdarını nizamlayır, bizim qeyri-sağlam qəlyanaltılara olan meylimiz nəticəsində yaranan enerji fərqini aradan qaldırır. Bundan başqa, almanı çeynəmək üçün bizə daha çox vaxt lazımdır. Deməli beynin doyma haqqında siqnalı almağa vaxtı çatır.
Su. Sıfır kaloriyə malik olan su aclığın qarşısını almağın öhdəsindən əla gəlir. Tədqiqatlar göstərir ki, əsas qida qəbulu arasında cəmi iki stəkan su içməklə ümumi əldə olunan kalorinin 90-dək azalmasına nail olmaq mümkündür.
Tünd şokolad. Tərkibində azı 70 faiz kakao paxlası olan az porsiyada tünd şokolad iştahanın qarşısını almaqla sözün əsl mənasında möcüzə törədir. Şokoladın acıtəhər dadı orqanizmə aclıq dərəcəsini azaltmaqda yardım edir. Şokoladın tərkibindəki stearin turşusu həzm prosesini ləngidir və toxluq hissinin müddətini uzadır.
Darçın. Bu ədviyyat qanda şəkərin miqdarını tənzimləyir. Bunu dəfələrlə elmi məqalələr sübut edib. Deməli, darçın iştahaya nəzarət edilməsi, qlükoza miqdarının disbalansı zamanı yaranan aclığın qarşısını almaq üçün uyğun ədviyyatdır.
Milli.Az /news.milli.az

Sağlamlıq       Tarix: 24 dekabr 2019
f Paylaş

Oxşar xəbərlər

"Ebola virusu sürətlə yayılır" - ÜST

Ebola virusunun Bundibuqyo ştamının yayılması müşahidələrin ilk ayı ərzində yayılma sürətinə görə Afrikada ən böyük epidemiya olub. KONKRET.azoxuaz-a istinadən xəbər verir ki, bunu Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) Fövqəlad

Yaponiyada 2028-ci ildən insanlara donuz böyrəyi köçürüləcək

Yapon startapı PorMedTec 2028-ci ildə genetik modifikasiya edilmiş donuz böyrəklərinin insanlara transplantasiyası üzrə ilk klinik sınaqlara başlamağı, 2029-cu ildə isə bu texnologiyanın şərti təsdiqi üçün müraciət etməy

Texnologiyanın görünməyən təhlükəsi: Bədənimiz niyə daha tez qocalır?

Texnologiyanın bizə bəxş etdiyi ən böyük lüks oturduğumuz yerdən hər şeyə çatmaq imkanıdır. Artıq uzun məsafələri qət etmədən, sadəcə bir tətbiq vasitəsilə istədiyimizə sahib oluruq. Bir kliklə gələn bu komfort həyatımız

Müalicəsi olmayan və gizli yayılan mərəz – Hantavirus COVID-i geridə qoyacaqmı?

"MV Hondius" kruiz gəmisi ətrafında vəziyyət gərgin olaraq qalır: səkkiz nəfər xəstələnib, beş nəfərin And virusuna (təhlükəli hantavirus növü) yoluxduğu laboratoriyada təsdiqlənib. Yoluxanlardan üçü gəmidən kənard

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Dünyada Hantavirus təhlükəsi böyüyür: Virusla bağlı elə dəhşətli iddialar yayıldı ki

Dörd il əvvəl edilən və 2026-cı ildə hantavirusla bağlı mümkün yayılmanı "proqnozlaşdıran" paylaşım sosial şəbəkələrdə yenidən geniş müzakirə olunur. Narahatedici xəbərlərin fonunda internetdə siçanlar və digə

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Yayda ən çox 3-4 dəfə kabab yeyə bilərsiniz - SƏBƏB

Əti açıq odda qızartmaqla kabab şəklində yemək orqanizmə zərərlidir. Ona görə də kababı yayda ən çox üç dəfə – ayda bir dəfə yesəniz, sağlamlığınıza zərər verməz. KONKRET. -a istinadən xəbər verir ki, bu fikri Perm Mill

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir


azerbaycan xeberleri son xeberler yeni xeberler bu gunun xeberleri krminal bu gun ensonxeberler sonxeberler