İstanbul görüşü ilə bağlı YENİ MƏQAMLAR: "Putin və Tramp çalışır ki..."
"Rusiya ilə ABŞ diplomatlarının son günlər bir araya gəlməsi və bəzi məsələləri müzakirə etməsi dünyanın diqqət mərkəzindədir. Səudiyyə Ərəbistanında baş tutan görüşün ardınca İstanbuldakı görüş əsasən Ukrayna münaqişəsi ilə bağlıdır".
Bunu KONKRET.az-a açıqlamasında politoloq Məhəmməd Əsədullazadə bildirib. Onun fikirincə, İstanbul danışıqlarını Ər-Riyad görüşünün davamı kimi qiymətləndirmək olar:
"Böyük ehtimalla ikitərəfli siyasi əlaqələrin inkişaf etdirilməsi və ən başlıcası Ukrayna məsələsi müzakirə olunacaq. Düzdür, tərəflər deyirlər ki, gündəlikdə Ukrayna münaqişəsinin müzakirəsi dayanmır. Amma nə qədər deyilsə də, böyük ehtimalla tərəflər arasında mühüm texniki detallar da müzakirə mövzusu olacaq. Atəşkəsin əldə olunmasından tutmuş, Rusiyanın hansı məsələdə güzəştə gedə bilməsinə qədər detallar götür-qoy ediləcək. ABŞ-ın müəyyən təklifləri var. Bu istiqamətdə Zelenskinin getməsiylə bağlı ortaq mövqeləri mövcuddur. Artıq Zelenskinin legitimliyi də danışıqlar masasında müzakirə mövzusu deyil. İstanbulda atəşkəs, sülh müqaviləsi, Rusiyanın hansı ərazilərdən geri çəkilməsi müzakirə mövzusu olacaq. Özlüyündə götürəndə, Rusiya ilə ABŞ arasında davam edən dialoqun Ukraynayla bağlı müəyyən müsbət təsirləri olacaq. Təbii ki, bütün bunlar Ukraynanın Avropa vasitəsi ilə ABŞ-a qarşı təzyiqlərindən irəli gəlir. Amma ümumi götürdükdə ABŞ çalışır ki, Rusiyanı Çindən ayırsın. Ümumi danışıqlar gedir və düşünürəm ki, belə görüşlər Putin və Tramp arasında danışılara bir növ hazırlıq xarakteri kimi də dəyərləndirilə bilər. Amma ümumi götürdükdə İstanbul görüşündə konkret nəticəyə gəlmək mümkün deyil.
Vəli Həsənoğlu,
KONKRET.az
Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı