İstanbulda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyəti müzakirə edilib - FOTO

İstanbulda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyəti müzakirə edilib - FOTOİstanbulda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyəti müzakirə edilib - FOTO
Türkiyənin İstanbul şəhərində Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun (TBNM) inkişafına dair İşçi Qrupunun iclası işinə başlayıb.
"Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" (ASCO) QSC-dən verilən məlumata əsasən, əvvəlcə iştirakçılara sentyabrın 27-dən Ermənistan Silahlı Qüvvələrinin Azərbaycana qarşı hücumları, dinc sakinlərin həlak olmasına səbəb olan təxribatları barədə geniş məlumat verib.
Diqqətə çatdırılıb ki, hazırda Azərbaycan regionda çox sayda mühüm layihələr həyata keçirir və bu layihələrdə Azərbaycanın qonşu dövlətləri, strateji müttəfiqləri yaxından iştirak edir, Ermənistan isə layihələrdən kənarda qalır. Bununla əlaqədar, təxribat və terror işləri çərçivəsində Ermənistan Azərbaycanda mühüm infrastruktur obyektlərini də atəşə məruz qoyur.
"Ölkəmizin Mingəçevirdə yerləşən ən böyük su elektrik stansiyasına və Bakı-Tbilisi-Ceyhan neft kəmərinə hədəflənən raketlər, onlardan bir neçə metr kənara düşüb və xoşbəxtlikdən partlamayıb. Bu tipli terror mahiyyətli təxribatlar Azərbaycanın iştirakçısı olduğu bir sıra beynəlxalq layihələrə, o cümlədən Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutuna təhlükə yaradır, eləcə də bu layihələrin iştirakçısı olan tərəfdaş dövlətlər və şirkətlər üçün də risk və təhlükəyə səbəb olur. Buna görə də Ermənistanın mülki əhali və strateji infrastruktura qarşı terroru dayandırmağa, beynəlxalq hüququn tələblərini, o cümlədən BMT-nin Təhlükəsizlik Şurasının qətnamələrini icra etməyə çağırılması mühümdür", - deyə məlumat verilib.
İclasda "Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutu" (TBNM) Beynəlxalq Assosiasiyası Hüquqi Şəxslər Birliyinin 2020-ci ilin 9 ayı üzrə fəaliyyətinin yekunları, sözügedən müddətdə TBNM üzrə daşınma planının nəticələri, Şərq-Qərb istiqamətində konteyner qatarlarının keçmə müddəti və əks istiqamətdə tək və qrup daşımalarının təhlili, Xəzər dənizinin limanları arasında (Aktau, Bakı - Ələt) fider gəmilərin iştirakı ilə birbaşa beynəlxalq dəmir yolu və su nəqliyyatında konteyner hərəkətinin təşkili haqqında 25 iyun 2019-cu il tarixli Sazişə dəyişikliklər barədə müzakirələr aparılıb.
Həmçinin, TBNM boyunca bəzi məhsulların daşınması üçün tarif şərtlərinin təsdiqi ətrafında fikir mübadiləsi aparılıb. Müzakirələrdə Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun potensialından səmərəli istifadə edilməsinin, bu marşruta yük axınının cəlbinin zəruriliyi vurğulanıb. Toplantıda dəhlizin rəqabət qabiliyyətinin daha da artırılması, yarana biləcək çətinliklərin aradan qaldırılması məsələləri də diqqət mərkəzində olub.
Qeyd edək ki, iki günlük toplantıya Azərbaycan, Türkiyə, Gürcüstan, Qazaxıstan, Ukrayna və Polşanın əlaqədar qurumları qatılıb.
İstanbulda Transxəzər Beynəlxalq Nəqliyyat Marşrutunun rəqabət qabiliyyəti müzakirə edilib - FOTO

Sosial       Tarix: 22 oktyabr 2020
f Paylaş

Oxşar xəbərlər

Bakının bu ərazisində işıq olmayacaq

Sentyabrın 7-də Yasamalın bir sıra ərazilərində işıq olmayacaq. xəbər verir ki, bu barədə "Azərişıq" ASC məlumat yayıb. Qeyd olunur ki, Yasamal Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) xidməti ərazisind

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Aysel keçmiş həyat yoldaşına dəstək oldu - FOTO

Xəbər verdiyimiz kimi, Xalq artisti Murad Adıgözəlzadə xərçəng xəstəliyindən əziyyət çəkir. xəbər verir ki, bununla bağlı Prezidentin köməkçisi Anar Ələkbərov instaqram səhifəsində paylaşım edib. M.Adıgözəlzadənin keçmi

Bu yolda sürət həddi müvəqqəti endirildi - Sürücülərin diqqətinə

Hazırda Bakıda müşahidə edilən yağışlı hava şəraiti ilə əlaqədar olaraq Zığ dairəsi-Hava Limanı yolunda bütün zolaqlar üzrə sürət həddi 20 km/saat endirilib. xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyinin Nəqliyyat

Bu şəxslər 10 min manatadək cərimə olunacaqlar

Ağacların üzərinə qanunsuz yerləşdirilən 267 reklam qurğusu sökülüb. xəbər verir ki, bu barədə Dövlət Reklam Agentliyi (ADRA) məlumat yayıb. Bildirilib ki, 2026-cı ilin yanvar-avqust aylarında Bakı və regionlarda aparıla

Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı

Küçədə yaşayan heyvanların sahibsiz olması onların hüquqsuz olduğu anlamına gəlmir. Heyvana ağrı və əzab vermək, onu döymək və ya döyüşdürmək qanunvericiliklə inzibati məsuliyyət yaradan əməllər sırasındadır. Azərbaycan Respublikasını

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Qış gəlməmiş evinizdə bunları yoxlayın – Kommunal xərciniz arta bilər

Payız artıq özünü göstərir. Son iki gündə Bakıda havanın kəskin soyuması, yağış və güclü külək sakinlərə isti günlərin geridə qaldığını xatırladıb. Qarşıdakı həftələrdə havaların daha da soyuması ilə evlərdə kombilərin iş


azerbaycan xeberleri son xeberler yeni xeberler xəbər.az bugun xeberler bu gune olan xeberler xeberler bu gun