İsti havada adi su əvəzinə DUZLU SU için
Yay aylarında havanın temperaturu 30 dərəcədən yuxarı olanda orqanizm tər və nəfəs vasitəsilə çoxlu miqdarda qiymətli mikroelementlər itirir. Belə günlərdə itirilən mikroelementləri bərpa etmək üçün duzlu su içmək məsləhət görülür.
KONKRET.azxəbər verir ki, "Rospotrebnadzor" (Rusiyanın İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahına Nəzarət üzrə Federal Xidməti) mütəxəssisləri belə tövsiyə ilə çıxış ediblər.
Mütəxəssislərin sözlərinə görə, isti havada və orta fiziki yük zamanı hər saat yarım litr, yəni təxminən hər 20 dəqiqədən bir fincanla su içmək lazımdır. Bu, mineral qələvi su, süd məhsulları (az yağlı süd, süd zərdabı), şirələr, vitaminli içkilər və oksigen-zülal kokteylləri ola bilər. İçkilərin tövsiyə olunan temperaturu isə +10-15 dərəcədir.
Həkimlər isti havalarda susuzluğu həmçinin soyuducudan çıxan qazlı su ilə yatırtmağı da məsləhət görürlər. Bildirilir ki, qazlı suyun köpükləri hesabına doyma hissi daha tez yaranır.
Lakin hipertoniyadan əziyyət çəkənlər duzlu mineral suyu ehtiyatla içməlidirlər, çünki duz orqanizmdə suyu saxlayır və ödemlərə səbəb ola bilər.
Susuzluğu yaxşı aradan qaldıran içkilərdən biri də turş məkkəgülü (karkade) çayıdır.
Diyetoloqlar, həmçinin suya limon, portağal, xiyar dilimləri, nanə və ya kəklikotu yarpaqları əlavə etməklə sərinləşdirici içkilər hazırlamağı məsləhət görürlər.//Oxu.az
Ustalar.az ustalar sayti [newsid: 0-123300]

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı
Orta Dəhlizdən yaşıl enerjiyə: Bakı ilə Mərkəzi Asiya arasında yeni əməkdaşlıq mərhələsi
Xəzərlə bağlı komissiya: ilk iclas Azərbaycanda keçiriləcək
Gəncədə iki avtomobil toqquşub, xəsarət alanlar var