İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTO

İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOİsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTO
Stokholm da Oslo kimi muzeylərlə zəngin şəhərdir. Burada da mədəniyyət ocaqları ölkənin həm tarixinə, həm də bu gününə işıq tutur. Stokholmdakı muzeylərin bir müsbət tərəfi də əksəriyyətinin bir-birinə yaxın ərazidə yerləşməsidir. Bir qismi Qədim şəhər daxilində, qalanları isə, əsasən, açıq səma altında muzey və zoopark kimi xidmət göstərən "Skansen" ətrafında, daha dəqiq desəm, "Djurgarden" adasında inşa edilib. Mən muzey ziyarətimə ilk olaraq Qədim şəhərdə yerləşən Nobel Mükafatı muzeyindən başladım.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOBurada giriş hissədə Nobel mükafatlarını təsis etdirən isveçli kimyaçı və mühəndis Alfred Nobel haqqında məlumatlar ziyarətçilərə təqdim olunur. Onun həyatı və nüfuzlu mükafatı yaratmaq niyyətinin arxasında duran səbəblər diqqətə çatdırılır. Ancaq ümumilikdə, məkan Nobel mükafatını və onun laureatlarını nümayiş etdirməyə, qaliblərin fizika, kimya, tibb, ədəbiyyat, sülh quruculuğu və iqtisadiyyat kimi müxtəlif sahələrdə nailiyyətlərini və bəşəriyyətə verdiyi töhfələri göstərməyə həsr olunub.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOMuzey müntəzəm olaraq Nobel mükafatları ilə bağlı mövzulara və ya mühüm qlobal problemlərə yönəlmiş xüsusi sərgilərə ev sahibliyi edir. Buradakı sərgilərdə Mariya Küri, Nelson Mandela və Uinston Çörçill kimi görkəmli Nobel mükafatçılarına xüsusi diqqət ayrılır. Onu da bildirim ki, muzey mahiyyətinə uyğun olaraq olduqca innovativdir. Məkanda laureatlar və onların nailiyyətləri haqqında məlumatları ziyarətçilərə daha maraqlı etmək üçün interaktiv elementlər təqdim olunur. Sensorlar vasitəsilə Nobel mükafatı laureatı haqqında geniş məlumat ala bilirsiniz. Ziyarətçilər, həmçinin, buranın hədiyyə mağazasından məkan və Nobel mükafatçıları ilə bağlı suvenirlər, kitablar və digər məhsullar əldə edə bilirlər. Hesab edirəm ki, bu görkəmli şəxslərlə tanış olduqdan sonra İsveçin ən böyük incəsənət muzeyi olan Stokholm Milli Muzeyinə baş çəkmək şəhərin mədəniyyətə verdiyi ödəmi görmək üçün faydalı olar.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOQeyd edim ki, Stokholmda Milli Muzey ilk dəfə 1792-ci ildə Kral III Qustav tərəfindən Kral muzeyi kimi təsis edilib. Alman memar Fridrix Avqustun layihələndirdiyi hazırkı muzey binası isə Milli Muzey adı ilə 1866-cı ildə açılıb. Paytaxtın mərkəzindəki Blasieholmen yarımadasında yerləşən bu muzeydə İsveçin və beynəlxalq incəsənətin XVI-XX əsrlər arası kolleksiyası nümayiş olunur. Görüntüsü Stokholm meriyasına bənzəyən tikili tünd rəngləri ilə şəhərə canlılıq qatmasa da, binanın interyeri kifayət qədər ürəkaçandır. Binanın birinci mərtəbəsinin mərkəzi hissəsində muzey restoranı və suvenir mağazası yerləşir ki, restoran burada 1996-cı ildə açılıb. Həmin hissəyə çatmadan dəhlizin sağ tərəfində tədbir zalı, sol tərəfində isə büst və heykəllərin nümayiş olunduğu otaqla rastlaşırsınız.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOBinanın ikinci mərtəbəsində isə artıq rəsm əsərləri və digər sənət nümunələri qarşınıza çıxır. Ümumiyyətlə, Milli Muzeydə rəsmlər, heykəllər, dekorativ sənət əşyaları daxil olmaqla 700 mindən çox sənət əsəri sərgilənir. Məkan 5 200-dən çox əsərlə dünyanın ən böyük portret miniatür kolleksiyasına malikdir. Kolleksiyalar İntibahdan romantizm və müasir incəsənətə qədər geniş sənət cərəyanları və üslublarını əhatə edir. Muzeydə ziyarətçilərin İsveç incəsənətini başa düşməsini asanlaşdırmaq üçün həm uşaqlar, həm də böyüklər üçün bələdçili turlar və ya audiobələdçi təklif edilir. Milli Muzeyin ən diqqətəlayiq xüsusiyyəti isə bəzi kolleksiyalarla bağlı ziyarətçilərə pulsuz giriş təklif etməsidir. Bu, İsveç mədəniyyətini daha geniş auditoriyaya əlçatan etmək üçün olduqca maraqlı bir təşəbbüsdür. Üstəlik, muzeyin ictimaiyyətə və elm adamlarına açıq olan incəsənət kitabxanası da mövcuddur.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOMilli Muzeydən sonra isə, əvvəldə də qeyd etdiyim kimi, Saksenə üz tuta bilərsiniz. Bu yer İsveçin mədəni irsini və ənənəvi həyat tərzini nümayiş etdirmək və qorumaq məqsədi ilə 1891-ci ildə "Djurgarden" adasının mərkəzində yaradılıb. Ümumiyyətlə, "Djurgarden" adasında Skandinav, ABBA və Vikinq muzeyləri kimi o qədər maraqlı və əhəmiyyətli muzeylər var ki, buranı muzeylər adası da adlandırmaq olar. Ancaq təbii olaraq, onların hamısını bir gündə gəzmək müəyyən dərəcədə yorucu ola bilər. Elə buna görə də seyrə çıxmağa sizi yormayacağını düşündüyünüz bir məkandan başlamalısınız. Mənim üçün həmin məkan, şübhəsiz ki, Vikinq muzeyi oldu. Kopenhagen və Osloda belə bir muzeyə getmə fürsətim olmadığı üçün İsveç səyahətimlə bağlı hazırladığım siyahıda ilk sırada vikinqləri duya biləcəyim bir məkanı görmək dayanırdı. Nəhayət, Vikinq muzeyində bu arzumu reallaşdırmaq imkanım oldu.
Kənardan çox kiçik görünən bu muzey elə bir mistik interyerə malikdir ki, həyəcandan haradan başlayacağımı bilmədim. Elə pilləkənləri yenicə qalxmışdım ki, burada məni vikinq gəmisi qarşıladı. O saat gözlərimdə "Vikinqlər" serialının əsas qəhrəmanlarından olan və Raqnarın ən yaxşı gəmi hazırlayanı hesab edilən "Floki" canlandı. Yeri gəlmişkən, bildirim ki, "Floki" təkcə bir film qəhrəmanı deyil. Ümumiyyətlə, vikinqlərin tarixində o, önəmli yerə sahib olub. Belə ki, IX əsrdə yaşamış Floki Vilqerdarson İslandiyaya üzən ilk norveçlidir və böyük vikinqlərdən hesab olunur.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTO"Floki" ilə göz təmasımı kəsdikdən sonra məni Skandinav mifologiyası və ədəbiyyatında da adı keçən vikinq kralı Raqnar Lodbrokun taxtı qarşıladı. Düzü, niyə bu taxtın başqa vikinq krallarının yox, məhz Raqnarın olduğunu düşündüyümü bilmirəm, bəlkə də, ən çox onun təbiətini bəyəndiyimə görə… Lakin bildirməliyəm ki, mən məkandakı əşyaların hər birində sevdiyim vikinq qəhrəmanlarını canlandırsam da, burada nümayiş olunan parçaların böyük bir hissəsi vikinqlər dövrünə aid deyil. Sadəcə, ziyarətçilərdə VIII-XI əsrlər arasında Skandinaviya bölgəsində dənizçiliklə məşğul olan və bugünkü skandinav xalqlarının əcdadı hesab edilən vikinqlərin tarixi, mədəniyyəti və gündəlik həyatı haqqında təsəvvür yaratmaq üçün yerləşdiriliblər. Ancaq bununla belə, vikinqlərin maddi mədəniyyətinə nəzər salmaq üçün burada bəzi həqiqi vikinq tapıntıları da nümayiş olunur. Bütün bunlar hesabına ziyarətçilər vikinq sənətkarlığı, silahları, ticarəti və sosial strukturları haqqında məlumat əldə edə bilərlər. Hətta muzeydə onların tanrıları barədə də məlumat ötürülür. Kiçik bir hissədə isə vikinqlər haqqında çəkilmiş filmlər, seriallar, TV şouları göstərilir.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOMuzeyin ən diqqətçəkən və mənə görə, maraqlı hissəsi isə alt qatda təklif olunan "Ragnfrids Saga" adlı interaktiv gəzintidir. Burada ziyarətçilər 15-20 dəqiqəlik vikinq dünyasına səyahətə çıxırlar. Uydurma personaj "Raqfrid" hesabına vikinq tarixi və mifologiyası ilə tanış olurlar. Gəzintidə "Raqfrid"in qarşılaşdığı sərgüzəştlər və çətinliklər sizə vikinq həyatını tanımaq imkanı verir. Sahildə yerləşən bu möhtəşəm muzeyin ikinci mərtəbəsində suvenir mağazası və restoran da var ki, həmin restoran sizə möhtəşəm bir mənzərə təqdim edir. Burada istirahət edə, sonra isə istəyəcəyiniz təqdirdə İsveçin məşhur ABBA pop qrupuna həsr olunmuş ABBA muzeyinə və ya əzəmətli binası ilə göz qamaşdıran İsveçin mədəni tarixi və etnoqrafiyasına həsr olunmuş "Nordic" muzeyinə baş çəkə bilərsiniz.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOXIX əsrin sonlarında təsis edilən və skandinav xalqının adət-ənənələri, həyat tərzi haqqında geniş məlumat ötürən "Nordic" muzeyinin yanında gözəl bir park yerləşir ki, mənim kimi burada dayanıb, sadəcə, ətrafdakı gözəlliklərə tamaşa etməyi seçməyiniz də mümkündür.
İsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOİsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOİsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOİsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOİsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOİsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTOİsveçdə vikinq mədəniyyət nümunələri: Raqnar Lodbrokun taxtından REPORTAJ + FOTO"Report" İnformasiya Agentliyi

Maraqlı     Baxılıb: 331   Tarix: 22 iyul 2023
f Paylaş

Oxşar xəbərlər

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu

May ayının təqvimində yeni əlamətdar gün peyda oldu. BMT Baş Assambleyası 25 may tarixinin Ümumdünya Futbol Günü elan olunması barədə qətnamə qəbul edib. Bu barədə beynəlxalq təşkilatın Mətbuat Xidməti məlumat yayıb. Qey

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO

Nebahat Çehredən pərəstişkarlarını qorxudan xəbər - FOTO. Türkiyənin məşhur aktrisası Nebahat Çehredən pərəstişkarlarını kədərləndirən xəbər gəlib. Belə ki, aktrisa təcili xəstəxanaya yerləşdirilib. Məlumata görə, N.Çehreni

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?

"ChatGPT-5"in yeni imkanları həyatımızı necə dəyişəcək?. Aprelin sonunda "OpenAI" qabaqcıl süni intellekt prosessoru "Nvidia DGX H200"ü əldə edib. Bu, dünyanın ən güclü süni intellekt çipidi

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO

"WhatsApp" daha bir yeniliklə gəlir - FOTO. "WhatsApp" daha bir yeniliklə istifadəçiləri sevindirir. Belə ki, mesencerin "iOS" əməliyyat sisteminə malik cihazlar üçün versiyasında stikerlər yaratma

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbərlər valyuta mezenesi son xəbərlər bugün 2025 bugünki xəbərlər