İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr danışdı - VİDEO

İtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr danışdı - VİDEOİtaliyada həkim işləyən azərbaycanlı koronavirusla bağlı görün nələr danışdı - VİDEO
Dünyanı cənginə alan koronavirus pandemiyasından ən çox əziyyət çəkən ölkə İtaliyadır. Həmin ölkədə bu günə qədər 47 mindən çox insan virusa yoluxub, 4076 nəfər dünyasını dəyişib.
15 ildir ki, İtaliyada həkim kimi çalışan həmyerlimiz Bahar Yusifzadə pandemiya ilə bağlı Azxeber.com-a müsahibə verib. 
O deyib ki, Milanda yaşayır və bu şəhərdə vəziyyət çox gərgindir:
"İtaliyanın Milan şəhərində yaşayıram. San Rafael hospitalının kardiologiya şöbəsində həkiməm. Hazırda virusla bağlı ən kritik vəziyyət İtaliyanın şimal bölgəsindədir. Epidemiya ölkədə ilk dəfə elə bu əyalətdə başladı. Dəqiq hesablamalara görə, burada virusa yoluxanların sayı 41 min nəfərdir. Milanın ətrafında olan bölgələrdə yaşlı əhalinin sayının çox olması ilə əlaqədar ölənlərin sayı daha çoxdur". 
Bahar Yusifzadə koronavirusun İtaliyada nəyə görə bu qədər geniş yayılmasından da danışıb:
"Koronavirus ilk dəfə yayılanda heç kəs vəziyyətin bu qədər ciddi olacağına inanmırdı. Burada onu ciddiyə almadılar, hamı zarafatla qarşıladı. İndi isə qarşısını ala bilmirlər, hər kəs çarəsizdir. Düşünürəm ki, virus haqqında məlumat daxil olan kimi karantin rejimi elan edilməli idi. O halda bu qədər ölüm olmazdı".
Bahar Yusifzadə Azərbaycan xalqına da müraciət edib:
"Azərbaycan dövləti çox gözəl işlər, qabaqlayıcı tədbirlər görür. İtaliyada bunu etmədilər, çox gecikdilər. Mən, sadəcə, xalqımıza deyirəm ki, özlərini karantinə alsınlar, evdən çölə çıxmasınlar. Sizin qədər şanslı deyiləm, işimə görə hər gün xəstəxanaya getməliyəm. Evdə otursanız, xəstəlik geniş yayılmaz. Buradakı tələbələrə də deyirəm ki, Azərbaycana qayıtmaq lazım deyil. Onsuz da qayıdan kimi karantində qalacaqsınız, ondansa, burada evinizdə qalın".

/oxu.az

Sosial       Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az sonxeber axsam.az xeberler azerbaycanda son xeberler