İxrac və idxal əməliyyatları orta müddətli dövr üçün liberallaşacaq

İxrac və idxal əməliyyatları orta müddətli dövr üçün liberallaşacaqİxrac və idxal əməliyyatları orta müddətli dövr üçün liberallaşacaq.
Milli.Az bildirir ki, bunu İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin "Bir Pəncərə" İxraca Dəstək Mərkəzinin meneceri Nicat Hacızadə koronavirus (COVID-19) pandemiyasının məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı atılacaq addımları Trend-ə şərh edərkən deyib.
O bildirib ki, xarici ticarət fəaliyyətinin fasiləsizliyinin təmin edilməsi və sözügedən subyektlərin fəaliyyətində yarana biləcək maneələrin qarşısının alınması istiqamətində əhatəli yanaşmalar əks olunub:
"Hərtərəfli yanaşmalara ticarət-maliyyə alətlərinin tətbiqi, ticarət tarifləri və qeyri-ticarət baryer və tənzimləmələrinin orta müddətli dövr üçün təkmilləşdirilməsi aiddir. Pandemiyanın və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların Azərbaycan iqtisadiyyatına, makroiqtisadi sabitliyə, ölkədə məşğulluq məsələlərinə və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı hazırlanan Tədbirlər planında xarici ticarətin dəstəklənməsi istiqamətində müvafiq yanaşmalar "Pandemiyanın mənfi təsir etdiyi fəaliyyət sahələrində əlavə dəstək tədbirlərinin həyata keçirilməsi istiqamətində" indikatorunun 16 və 17-ci sub-indikatorları ilə əhatə olunur. Sahibkarlıq subyektlərinin ixraca olan marağının artırılması ilə əlaqədar mümkün risklərdən sığortalanması və bank zəmanətlərinin verilməsi beynəlxalq təcrübədə geniş tətbiq edilir. Bu istiqamətdə ixracın sığortalanması, faktorinq, akkretativlərin açılması və bank qarantiyalarının sığortalanması kimi ixrac-ticarət alətlərinin geniş tətbiqini əsas götürmək olar".
Nicat Hacızadə qeyd edib ki, planda yerli istehsalın qiymət rəqabətliliyinin artırılması ilə bağlı xüsusi bənd qeyd olunub:
"Burada yerli istehsalda istifadə olunan, lakin ölkəmizdə istehsalı olmayan (və yaxud müqayisəli üstünlük nəzəriyyəsinə görə potensial hesab edilməyən) xammal və ara mallarına gömrük rüsumu güzəştlərinin tətbiq edilməsi nəzərdə tutulur. Prezident İlham Əliyev pandemiyanın qarşısının alınması ilə bağlı həyata keçirdiyi müşavirə və görüşlərində yuxarıda qeyd edilən güzəştlərin tətbiqini daimi olaraq vurğulayıb. Müvafiq malların seçilməsidən sonra tətbiq ediləcək güzəştlər yerli istehsalla məşğul olan sahibkarların (güzəştlər yerli məhsulun qiymət üstünlünü artıracaqdır ki, bu da tələbi stimullaşdıracaqdır) məcmu buraxılışını artıracaqdır. Bu həm daxili tələbatı artıracaq ki, bu da iqtisadi fəallığın artmasına gətirəcək, həm də xarici bazarlara çıxmaq üçün ixracatçılara əlavə imkanlar yaradacaqdır. Bundan əlavə, ölkədaxili tranzit və müvəqqəti saxlama anbarlarının istifadəsi istiqamətində beynəlxalq təcrübəyə müvafiq tədbirlər bundan əvvəl də Dövlət Gömrük Komitəsi tərəfindən həyata keçirilib.
Əhalinin daha sərfəli ərzaq və tibbi ehtiyaclara əlçatanlığının artırılması ilə bağlı tədbirlər ticarət tariflərinin tənzimlənməsi ilə əlaqədardır ki, burada da ərzaq və tibbi ehtiyaclarla əlaqədar gömrük rüsumlarının "0" dərəcəyə endirilməsi və ya azaldılmasından söhbət gedir. Şübhəsiz ki, hal-hazırda bazarda əhalinin əldə etdiyi gəlirlərin yönəldiyi istehlakın diversifikasiyası obyektiv səbəbdən konsentrasiya olunub. Subyektiv səbəblərdən dolayı isə istehlak xərclənin yönələcəyi əsas ehtimal nöqtəsi ərzaq və tibbi ləvazimatlardır. Bu baxımdan 2020-ci ilin sonuna qədər zəruri hesab edilən adıçəkilən malların rüsumlarının liberallaşdırılması cari dövr üçün zəruri addım idi".
Nicat Hacızadə Tədbirlər planının qeyri-ticarət baryeri və tənzimləməri ilə bağlı hissəni də şərh edib:
"Sözsüz ki, gömrük adminstrasiyasında son illər aparılan islahatlar nəticəsində elektronlaşma və onlayn prosedurların tətbiqi istiqamətində nəzərəçarpacaq dərəcədə işlər görülüb. Bu baxımdan, zəruri hesab edilən məhsulların idxalı zamanı həyata keçirilən gömrük rəsmiləşdirilməsi, nəzarət və icazələrin (sertifikatların) verilməsi tədbirlərinin növbədənkənar (sürətləndirilmiş) tətbiqi üçün dövlət bütün gömrük alətlərinə malikdir. Qeyri-ticarət tənzimləmələri üzrə ölkəmizdə liberallaşdırma istiqamətində tədbirlərin davamı olaraq müvafiq "Tədbirlər Planı" əvvəzsiz rol oynacaqdır. Xüsusilə, məhsulların sertifikatlaşdırılması ilə əlaqədar "bir pəncərə" prinsiplərinin aidiyyəti orqanlarda yaradılması və implementasiyası adıçəkilən bəndin həyata keçirilməsi istiqamətində əlavə dəstək rolunu oynayacaqdır.
Nəticə etibarı ilə pandemiya dövründə xarici ticarətin davamlılığının təmin edilməsi həm bazar iştirakçıları, həm də iqtisadi institutların fəaliyyətinin davam etməsi vacibdir. Bundan əlavə, iqtisadi artımı təmin edən xalis ixrac əsasında, qeyri-neft sektorunun xarici ticarət balansında profisit yaratmaq yolunda liberallaşdırma siyasəti davam edəcəkdir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 05 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət xeber.az ən son xəbərlər xabar az