İyul ayında yeyə biləcəyiniz sağlamlığa ən faydalı meyvələr

İyul ayında yeyə biləcəyiniz sağlamlığa ən faydalı meyvələrİyul ayında piştaxtaları bəzəyən meyvə və giləmeyvələr əsasən tərkibindəki C vitamini və antioksidatlara görə olduqca faydalıdır.
KONKRET.az medicina.az-a istinadən xəbər verir ki, qastroenteroloq iyul ayında əsasən qaragilə, böyürtkən, moruq, albalı və qarağat yeməyi məsləhət görürlər.
Adı çəkilən giləmeyvələr immunitet sisteminə faydalı təsir göstərirlər.
Moruqda ürəyin fəaliyyətini dəstəkləyən və sinir sistemini gücləndirən B vitaminləri var. Həmçinin polifenollar və fitonsidlər baxımından da moruq olduqca zəngindir. Bunlar hüceyrələri zədələnmədən qoruyan və iltihabı azaltmağa kömək edən antioksidantlardır. Bütün bunlar sayəsində moruq soyuqdəymə üçün əsas vasitə hesab edilir.
Yeməli doqquzdon başqa növlərdən meyvəsinin yeməli, turşməzə olması ilə fərqlənir. Bu meyvədə iltihab əleyhinə və gözlər üçün faydalı olan yüksək səviyyəli antosiyaninlər, eləcə də bir sıra sağlamlığa faydalı minerallar – kalium, maqnezium, natrium, dəmir, fosfor var.
Böyürtkən isə dəriyə və gözə faydalı olan A və E vitaminləri ilə zəngindir. O, həmçinin kalsiumun və D vitamininin mənimsənilməsinə kömək edən, böyrəklərin və ürək-damar sisteminin fəaliyyətinə faydalı təsir göstərən K vitamininin gündəlik tələbatının 30%-ni ehtiva edir.
Qaragilə gözlər üçün faydalı olan giləmeyvə kimi tanınır. Tərkibində qan damarlarını daha elastik edən və onları zədələrdən qoruyan P vitamini var. Həmçinin antosiyaninlərlə zəngindir.
Bu mövsümdə süfrələri bəzəyən bir çox meyvə və giləmeyvə lutein, eləcə də zeaksantin ehtiva edir. Bunlar gözlərin qoruyucu funksiyasını yaxşılaşdıran və fotozədələrin sağalmasına kömək edən maddələrdir. Meyvələrdəki pektin isə bağırsaq divarları vasitəsilə zərərli maddələrin qana sorulmasını əngəlləyən təbii vasitədir.
Qara qarağatda çoxlu A, E, P, B vitaminləri və çoxlu miqdarda (limondan dörd dəfə çox) askorbin turşusu var.
Sarı böyürtkəndə A, E, və B vitaminləri, həmçinin kalsium, dəmir, fosfor və maqnezium var. Bu minerallar hematopoetik sistem və orqanizmdə hüceyrələrin inkişafı üçün faydalıdır.
Gilasda vitaminlərlə yanaşı sink, yod, mis və xrom, həmçinin qan laxtalanma riskini azaldan kumarin maddəsi var.
Bütün giləmeyvələr həzmi yaxşılaşdıran çoxlu pəhriz lifi ehtiva edir. Ancaq hər gün çox miqdarda giləmeyvə yeyirsinizsə, bu xüsusiyyətlər problemlərə səbəb ola, şişkinlik və ishal yarada bilər.
Mütəxəssislər mədə xorası, qastrit, xroniki pankreatit, bağırsaqlarda iltihab, mədənin yüksək turşuluğu zamanı yay giləmeyvələrini ehtiyatla istehlak etməyi məsləhət görürlər.

Sağlamlıq       Tarix: 22 iyul 2024
f Paylaş

Oxşar xəbərlər

Yüksək hərarət, qusma, bağırsaq pozğunluğu: Dünyadakı dəhşətli virus Azərbaycana da çatır?

İtaliyada Ebola virusuna yoluxma ilə bağlı iki ehtimal olunan hal qeydə alınıb. KONKRET.azxəbər verir ki, bu barədə "Daily Mail" nəşri məlumat yayıb. Məlumata görə, humanitar təşkilatlarda çalışan bir kişi və bi

Kimlərə qarğıdalı yemək olmaz?

Qarğıdalı güclü enerji mənbəyi olmaqla yanaşı, tərkibindəki lif, B və C vitaminləri, həmçinin kalium və maqnezium kimi minerallar sayəsində həzmi yaxşılaşdırır, ürək-damar sistemini qoruyur və göz sağlamlığını dəstəkləyir

Xərçəng xəstələri üçün yeni imkanlar: Görülən tədbirlər müalicə xərclərini azaldacaq

Xərçəng xəstəliyinin müalicəsinin dövlət tərəfindən daha geniş maliyyələşdirilməsi və onkoloji xəstələrə əlavə güzəştlərin tətbiqi son illərdə dünyada səhiyyə siyasətinin əsas istiqamətlərindən birinə çevrilib. Azərbaycand

Bu əməliyyat pulsuz edilə bilər - Sığorta ilə bağlı vacib açıqlama

Burun çəpərinin əyriliyi (septum deviasiyası) təkcə estetik deyil, həm də sağlamlıq baxımından ciddi narahatlıqlara səbəb olan problemlərdən biridir. Nəfəsalma çətinliyi, tez-tez təkrarlanan sinus iltihabları, xorultu v

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb

İspaniyada hantavirusa ilk yoluxma halı qeydə alınıb. Bu barədə   İspaniya Səhiyyə Nazirliyinin "X" sosial şəbəkəsindəki paylaşımına istinadən xəbər verir. Qurumun məlumatına görə, ötən gün aparılan test nəticəsind

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Kondisionerdən istifadə edənlərə diqqət: Həkim riskləri AÇIQLADI

Peyvənd mövsümü olmasa da, son günlər havaların qeyri-sabit keçməsi fonunda qrip və digər respirator infeksiyalara yoluxma halları yenidən müzakirə mövzusuna çevrilib. Temperaturun kəskin dəyişməsi, kondisionerlərdən intensi

Ödemi azaltmağa kömək edən bitki çayları - Hansı daha FAYDALIDIR?

Bədəndə mayenin normadan artıq toplanması nəticəsində yaranan ödem bir çox insanın qarşılaşdığı problemlərdən biridir. xəbər verir ki, xüsusilə isti havalarda, uzun müddət hərəkətsiz qalanda və ya duzlu qidaların həddində


azerbaycan xeberleri son xeberler yeni xeberler son xeberler bu gun axsam.az xeberler beynelxalq bank mezenne ən son xəbərlər bugün