Jalə Əliyeva: 'Azərbaycan jurnalistikası bu gün öz dövlətinin və xalqının yanındadır

Jalə Əliyeva: 'Azərbaycan jurnalistikası bu gün öz dövlətinin və xalqının yanındadırMilli Məclisin deputatı Jalə Əliyeva bu gün qonağı olduğu "Hədəf" verilişində Azərbaycan jurnalistikasının əlamətdar günü münasibətilə fikirlərini bölüşüb.
azxeber.com xəbər verir ki, o, öncə bütün jurnalistləri təbrik edib:
"Əvvəlcə, bu əlamətdar və xoş gün münasibətilə Azərbaycan jurnalistikasını ürəkdən təbrik edirəm. Dünən cənab Prezidentin sərəncamı ilə yüksək ada layiq görülən, təltif edilən bütün jurnalistlərimizi və media nümayəndələrimizi təbrik etmək istəyirəm. Xüsusilə sevindiricidir ki, onların arasında sizlər də varsınız."
Deputat qeyd edib ki, bu cür təltiflər dövlətin Azərbaycan jurnalistikasına göstərdiyi xüsusi diqqət və qayğının bariz nümunəsidir:
"Bu, jurnalistikanın inkişafına və təkmilləşməsinə yönəlmiş dövlət qayğısıdır. 150 il əvvəl böyük Həsən bəy Zərdabinin başlatdığı mətbuat ənənələri bu gün də yaşadılır və qorunur. Azərbaycan mətbuatı qaranlıqdan işığa doğru gedən bu yolu şərəflə keçib."
Jalə Əliyeva bildirib ki, Azərbaycan jurnalistikasının sürətli inkişafı ölkənin müstəqillik əldə etməsindən və xüsusilə də Ulu Öndər Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra daha da sürətlənib:
"Heydər Əliyevin xalqın tələbi ilə hakimiyyətə qayıdışı jurnalistikamızın qarşısında yaşıl işıq yandırdı. Bu dövrdən etibarən Azərbaycan jurnalistikası daha da böyük inkişaf yoluna qədəm qoydu."
O, dövlətin mətbuat nümayəndələrinə göstərdiyi davamlı diqqəti xüsusi vurğulayıb:
"Bu, ilk təltif deyil. Dövlətimiz Azərbaycan jurnalistlərinə hər zaman diqqət və qayğı göstərib. Azərbaycanın həqiqətlərini dünyaya çatdıran, ictimai-siyasi rəyin formalaşmasında aparıcı rol oynayan jurnalistlərimiz dövlətin daim dəstəyini hiss edirlər."
Sonda Jalə Əliyeva Azərbaycan jurnalistikasının bu gün dövlətin və xalqın yanında olduğunu bildirib:
"Bu təltiflər onu deməyə əsas verir ki, Azərbaycan jurnalistikası bu gün lazımi yerdədir. Dövlətinə, xalqına və torpağına layiqli xidmət göstərir. Eyni zamanda, ölkəmizin həyata keçirdiyi dəmir iradəli siyasətin, sağlam və obyektiv informasiya axınının təmin olunmasında jurnalistika mühüm rol oynayır."
Oksana Orucova

Siyasi       Tarix: 23 iyul 2025
f Paylaş

Oxşar xəbərlər

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

"Ceyhun Bayramov Azərbaycanı yüksək səviyyədə təmsil edəcək" - Deputat

"Diplomatiyada mühüm olan ayrı-ayrı tədbirlərdə kimin şəxsən iştirak etməsindən daha çox, dövlətlərarası münasibətlərin davamlılığı, qarşılıqlı hörmət və əməkdaşlığın qorunmasıdır". Bu sözləri -a açıqlamasında Mill

Bakıda keçirilən NATO qiymətləndirilməsi başa çatıb

NATO-nun Əməliyyat İmkanları Konsepsiyası Proqramı çərçivəsində Azərbaycan Hərbi Hava Qüvvələrinin "Mi-17-1V" tipli helikopter cütlüyünün 2-ci Səviyyəli (NEL-2) NATO qiymətləndirilməsi başa çatıb. Müdafiə Nazirliyində

Rusiya-Ukrayna-ABŞ danışıqları noyabrda keçiriləcək

"Rusiya və ABŞ Ukrayna müharibəsinin nizamlanması üzrə üçtərəfli danışıqların Birləşmiş Ərəb Əmirliklərinin paytaxtı Əbu-Dabidə keçirilməsi ilə bağlı hazırlıqlara başlayıb". KONKRET.azxəbər verir ki, bu barədə Rusiy

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Zelenskidən ÇAĞIRIŞ: "Dnepr vağzalı vuruldu, Rusiya ilə bağlı qətiyyətli addım atın"

Ukrayna Prezidenti Volodimir Zelenski Rusiyanın Dnepr şəhərindəki dəmir yolu vağzalına endirdiyi qanlı zərbədən sonra Qərb ölkələrinə sərt çağırış edib. O, Moskvaya qarşı sanksiyaların dərhal sərtləşdirilməsini tələb edib

Beynəlxalq axtarışda olan şəxs Albaniyada tutularaq Azərbaycana ekstradisiya edilib

İnterpolun Azərbaycandakı Milli Mərkəzi Bürosu tərəfindən beynəlxalq axtarışa verilən və yeri Albaniya Respublikasında müəyyən edilən daha bir şəxs oktyabrın 29-da nazirlik tərəfindən Azərbaycana ekstradisiya olunub. Bu barəd

Rusiya-Ukrayna münaqişəsində yeni diplomatik mərhələ: Nələr dəyişə bilər?

"Rusiya və Ukrayna arasında qarşılıqlı təhlükəsizlik təminatlarının müzakirəsi münaqişənin həlli istiqamətində mühüm diplomatik addımdır. Lakin bu proses yalnız iki ölkənin mövqeləri ilə məhdudlaşmır. Burada NATO-nu

Aqil Abbası tənqid etdi: Özü hədəfə alındı - FOTO

Millət vəkili Aqil Abbasın Milli Məclisdə Ağdama köçlə bağlı səsləndirdiyi fikirlər ətrafında müzakirələr səngimək bilmir. xəbər verir ki, ötən gün deputat Səbinə Salmanova da həmkarının fikirlərinə rəsmi sosial şəbəkə hesabınd


son xeberler yeni xeberler azerbaycan xeberleri son.xabar son.xeberler sonxeber.az azerbaycan son xeber bugun