Kapital Bank-ın dəstəyi ilə "Yay Futbol Düşərgəsi" keçirilir
Kapital Bank Sumqayıt şəhərində 7-12 yaşlı uşaqlar arasında keçirilən ənənəvi "Yay Futbol Düşərgəsi" layihəsinin rəsmi tərəfdaşıdır.
Azxeber.com xəbər verir ki, layihəni keçirməkdə əsas məqsəd, gənc və yeniyetmə şagirdləri futbola cəlb etmək, onlar arasında bu idman növünün təbliği, futbolun kütləviliyinin artırılması və gəncləri sağlama həyata yönləndirməkdir.
1 iyul 2021-ci il tarixində start götürən layihə 9 gün müddətində 3 qrup üzrə keçiriləcək. Ümumilikdə, bu layihədə Sumqayıtda yerləşən 48 məktəb və liseyin tədris ilində fərqlənən 100-dən artıq oğlan və qız şagirdi iştirak edəcək. Düşərgənin ilk qrupunda iştirak edən şagirdlər Vətən müharibəsində şəhid və qazi olan igidlərimizin övladlarıdır.
Qeyd edək ki, 2014-cü ildən keçirilən layihə Kapital Bank-la yanaşı, Təhsil Nazirliyi, Sumqayıt Şəhər İcra Hakimiyyəti, Sumqayıt Şəhər Təhsil Şöbəsi, Azərikimya İB və "Sumqayıt" Futbol Klubunun təşkilatçılığı ilə keçirilib.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holdinq-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi — 103 filialı və 20 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz.

Naxçıvanda yeniyetmə bıçaqlandı
Nuranla Nigar Camal duet oxuyacaq - Bəstəkarı özüdür
Yaşar Gülər Türkiyə-Azərbaycan hərbi əməkdaşlığının inkişaf etdiyini bildirib
Bank of Baku növbəti ağacəkmə aksiyasını təşkil etdi - FOTOLAR
Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR
Dünyada bu meyvə bahalaşacaq
Azərbaycan ECOSA-nın Daşkənddə keçirilən sammitinə qatılıb
Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR
Qadınlarla kişilərin maaşı arasında fərq açıqlandı
Baxçalı: Azərbaycanla Türkiyə arasındakı qardaşlıq köklü və dərindir
Hörmüz boğazında internet kabelləri sıradan çıxsa, Azərbaycanda nə baş verəcək? - SENSASİON MƏQAMLAR
Mərkəzi Bankdan ödəniş kartları ilə bağlı yeni açıqlama
İsmail Kartal 5-ci dəfə "Fənərbaxça"dan getdi
Əhaliyə XƏBƏRDARLIQ: Qışda bu ərzaqların qiyməti qalxacaq
Bu səhvi çoxları edir: Dərman içirlər, amma sağalmırlar