"Kapital Bank" koronavirusla mübarizəyə yarım milyon manat ayırdı

"Kapital Bank" koronavirusla mübarizəyə yarım milyon manat ayırdı"Kapital Bank" koronavirusla mübarizəyə yarım milyon manat ayırdı
"Kapital Bank" korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq Koronavirusla Mübarizəyə Dəstək Fonduna vəsait ayırıb.
Bankdan Trend-ə verilən məlumata görə, bank fondun hesabına virusla mübarizə məqsədilə 500 000 manat məbləğində vəsait köçürüb.
Məlumat üçün bildirək ki, Azərbaycan Respublikası Prezidentinin 19 mart tarixli Fərmanı ilə yaradılmış Koronavirusla Mübarizəyə Dəstək Fondunun manat və xarici valyutalarda rekvizitləri açıqlanıb. Bir sıra iri holdinq və şirkətlər kimi, "Kapital Bank" da müəyyən məbləği qeyd olunan hesaba köçürməyi özünə borc bilib.
Qeyd edək ki, "Kapital Bank" Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) mikro, kiçik və orta sahibkarlara güzəştlər etmək çağırışına qoşulub. COVID-19-un yaratdığı çətinlikləri nəzərə alaraq, sahibkarlara müxtəlif bank əməliyyatlarında güzəştlər tətbiq edilib. Artıq sahibkarlar "Müştəri Bank" vasitəsilə xarici ölkələrə olan köçürmələrini endirimli komissiyalarla icra edə bilirlər. Həmçinin biznes kreditləri tam komissiyasız rəsmiləşdirilir.
Bundan başqa, müştərilər "BirBank" mobil tətbiqi vasitəsilə evdən çıxmadan əksər bank xidmətlərini, həmçinin ödəniş və köçürmələrini öz smartfonları vasitəsilə həyata keçirə bilirlər. Həm "BirBank", həm də "Müştəri Bank" 24/7 rejimində, fasiləsiz olaraq istifadəçilərin ixtiyarındadır.
Azərbaycanda ən böyük filial şəbəkəsinə malik olan "Kapital Bank" 101 filialı və 14 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, "196" Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. /oxu.az

Sosial       Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA

"İranda benzinin qiymətinin kəskin artırılmasının Azərbaycana ciddi iqtisadi təsir göstərəcəyini düşünmürəm. Azərbaycan və İran iki suveren dövlətdir və hər bir ölkənin öz iqtisadi siyasəti və reallıqları var"

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Bazarlarda mövsümi meyvələr bahalaşıb? - SON QİYMƏTLƏR

Yay fəslinin son günlərini yaşayırıq. Qarpız-yemiş mövsümünün də axır günləri olsa da, digər mövsümi meyvələr bazarlara çıxır. Xəzər TV-yə istinadla xəbər verir ki, bazarda mövsümü yeni başlayan meyvələrdən biri olan üzümü

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Bu gün Azərbaycandan Ermənistana dizel yanacağı göndərildi 

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib. xəbər verir ki, bu gün 5 vaqondan ibarət, çəkisi 355 ton olan buğda, 3 vaqondan ibarət, çəkisi 180 ton olan gübrə və 2 vaqondan ibarət

"Brent" ucuzlaşdı 

"ICE London" qitələrarası birjasında keçirilən ticarət əməliyyatlarının gedişində "Brent" neftinin ixracına dair 2026-cı ilin noyabr müqaviləsinin dəyəri 2,81% azalaraq 1 barelə görə 104,61 ABŞ dollar

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Maaş və pensiyalarla bağlı müjdə: artım olacaq – Konkret tarix bilindi

Dünya bazarlarında "Azeri Light" (CIF) markalı Azərbaycan nefti bahalaşaraq 113 dollar olub. Büdcəyə yenidən baxıla bilərmi? Maaş, pensiya və başqa ödənişlər artacaqmı?. KONKRET.azxəbər verir ki, -a danışan iqtisadç


yeni xeberler azerbaycan xeberleri son xeberler xeber az sonxeber axsam.az xeberler azerbaycanda son xeberler