"Kapital Bank" "Qadın sahibkarların inkişafı proqramı"na dəstək verir
"Kapital Bank" ASC ötən il 8 Mart – Beynəlxalq Qadınlar Günü ərəfəsində "Women of Azerbaijan" platformasını təqdim etmişdi. Layihə çərçivəsində Azərbaycanda uğurlu qadın sahibkarlar biznes qurmağın yolları, uğur qazanmağın sirləri və öz dəyərli məsləhətləri ilə bölüşürdülər.
Bu il də bayram ərəfəsində "Kapital Bank"ın dəstəyi və "FemTech"in təşkilatçılığı həmin platformanın tərkibində "Qadın sahibkarların inkişaf proqramı" təqdim edilib. Proqram çərçivəsində startap/biznes ideyası və biznesinin ilkin mərhələsində olan sahibkar xanımlar ehtiyac olan bütün biliklərə yiyələnə biləcəklər. İştirak etmək istəyənlər 3 mart 2022-ci il tarixinə qədər saytı vasitəsilə qeydiyyatdan keçə bilərlər.
Azərbaycan qadını hər zaman öz məğrur xasiyyəti, ailə dəyərlərinə sadiq olması və cəmiyyətin formalaşmasında müstəsna rolunun olması ilə seçilib. Lakin bütün bu xüsusiyyətlərə baxmayaraq ölkədəki qadınlar kişilər ilə müqayisədə sahibkarlıq, karyera inkişafı və rəhbər vəzifələrdə təmsil olunmaları baxımından daha az göstəricilərə malikdirlər. Bu kimi layihələr qadın sahibkarların inkişaf etməsinə müsbət təsir göstərəcək.
Ölkənin I bankı olan "Kapital Bank" "PAŞA Holdinq" MMC-yə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi – 104 filialı və 23 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və yaxud Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – , "BirKart" sifarişi üçün – .

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Bakcell eSIM ilə eyni anda iki nömrədən istifadə edin
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR