Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdi

Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdiKapital Bank hər zaman sahibkarların daha rahat və fasiləsiz xidmət almaları üçün müxtəlif innovativ və onlayn yeniliklər təqdim edir. Bir neçə yeni xidməti təqdim etmək üçün Kapital Bank 22 iyun 2022-ci il tarixində sahibkarları, tərəfdaşları JW Marriott Absheron Baku Hotelə topladı. "Məsafə saxlamırıq!" şüarı ilə keçirilən tədbiri keçirməkdə məqsəd yeni onlayn xidmətləri real olaraq nümayiş etdirmək, həmçinin sahibkarları maraqlandıran sualları cavablandırmaq idi.
Tədbiri açılış nitqi ilə Kapital Bank-ın Korporativ və KOS Satış İdarəsinin Baş Direktoru Fərid Hidayətzadə açdı. O, çıxışı zamanı Kapital Bank-ın sahibkarlarla əməkdaşlığının inkişafı, görülən işlər, gələcək planlar və bəzi statistik məlumatlar barədə məlumat verdi. Sonra isə Kapital Bank-ın əməkdaşları tərəfindən təqdimatlar keçirildi.
Kapital Bank-ın KOS və Korporativ bankçılıq sahəsinin kreditləşmə məhsulları üzrə məhsul sahibi Bəhruz Camalov üz tanıma funksiyası ilə müqavilələrin məsafədən imzalanması imkanı, KOS və Korporativ bankçılıq sahəsinin ödənişlər və köçürmələr üzrə məhsul sahibi Rüfət Səbziyev Müştəri Bank Mobile tətbiqinin biznes adamlarının gündəlik iş həyatının bir hissəsi olması, KOS və Korporativ bankçılıq sahəsinin POS məhsulları üzrə məhsul sahibi Günel Talıbova rəqəmsal ödənişlərdə yenilik olan Mobile POS məhsulu barədə, KOS və Korporativ bankçılıq sahəsinin açıq bankçılıq və B2B inteqrasiyalar üzrə məhsul sahibi Cavidan Alıcanov isə açıq API portalının sahibkarların işinin asanlaşdırılması imkanı haqqında ətraflı məlumat verdi.
Rəsmi hissə bitdikdən sonra foyedə hazırlanan xüsusi stenddə bir neçə yeni onlayn xidmətlərin, həmçinin Mobil POS-un real həyatda nə cür işləməsi qonaqlara nümayiş olundu və suallar cavablandırıldı.
Qeyd edək ki, Kapital Bank mütəmadi olaraq müştərilərə göstərilən xidmətləri və təqdim edilən məhsulların şərtlərini sadələşdirərək məsafədən həyata keçirilməsi üçün müxtəlif yeniliklər təqdim edir. Bununla da müştərilər vaxta qənaət etməklə prosesləri daha sürətli yerinə yetirə bilirlər.
Kapital Bank sahibkarlar üçün tədbir təşkil etdiKapital Bank sahibkarlar üçün tədbir təşkil etdiKapital Bank sahibkarlar üçün tədbir təşkil etdiKapital Bank sahibkarlar üçün tədbir təşkil etdiKapital Bank sahibkarlar üçün tədbir təşkil etdi

İqtisadiyyat       Tarix: 23 iyun 2022
f Paylaş

Oxşar xəbərlər

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Qızıl ucuzlaşdı - Yeni qiymətlər

Qızıl bazarında qiymət dəyişikliyi müşahidə edilib. . Bir sıra əyarlı qızılların qiymətində kəskin ucuzlaşma baş verib. Ucuzlaşmanın qeydə alındığı qızıl növlərinin yeni qiymətlərini təqdim edirik:. 583 əyar: 125 AZN-də

Azərbaycanda kirayə mənzil mexanizmi üzrə qaydalar dəyişdi

Azərbaycan kirayə mənzil mexanizminin daha əlçatan olması, bu sosial layihədən mənzilə ehtiyacı olan daha çox vətəndaş faydalanması, iş proseslərinin daha da şəffaflaşdırılması, eləcə də sui-istifadə hallarının qarşısını

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl


son xeberler azerbaycan xeberleri yeni xeberler sou xeberler xankendi son xeberler bugun cəbhədən son görüntülər