Kapital Bank "Zəfərdən Dirçəlişə" layihəsində iştirak etdi
17 dekabr 2021-ci il tarixində PAŞA Holding və holdinqə daxil olan şirkətlər, işğaldan azad olunan Zəngilan rayonunda "Zəfərdən Dirçəlişə" adlı aksiyada iştirak etdilər. Aksiya Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Qarabağ Dirçəliş Fondunun təşkilatçılığı ilə keçirilir.
Aksiya çərçivəsində Zəngilan rayonunda yeni meşə massivinin yaradılması məqsədilə 11 000 ağac əkiləcək. Tədbirdə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev, Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev, Kapital Bank-ın İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Pərviz Sədrəddinov, həmçinin PAŞA Holding-in, holdinqə daxil olan şirkətlərin, nazirliyin və fondun əməkdaşları iştirak edirdi.
Aksiyadan sonra iştirakçılar Zəngilan rayonunda 1-ci Qarabağ Müharibəsi zamanı salınan, sonra məfhum düşmən tərəfindən dağıdılan, lakin 44 günlük Vətən Müharibəsindən sonra yenidən bərpa olunan Şəhidlər Xiyabanını ziyarət etdilər, şəhidlərin qəbirlərinə gül dəstələri qoydular.
Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-a daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi - 104 filialı və 22 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün www.kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün - , BirKart sifarişi üçün - .

Azərbaycan və İƏT gələn il Bakıda keçiriləcək sammitə hazırlığı müzakirə edib - Yenilənib
Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR
Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib
Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti
Millimiz İsrail yığmasını məğlub etdi – FOTOLAR
Futbol əfsanəsi Samuel Eto'O Bakıya gəldi
İstanbul derbisində sevinən tərəf "Qalatasaray" oldu
"Qarabağ" - "Dinamo Zaqreb" matçının baş hakimi açıqlandı
Banklar kimlərə aşağı faizlə kredit verir? – Əsas şərt
Əkrəm Həsənovdan xəbərdarlıq: "Azərbaycanı ağır illər gözləyir"
Hindistan Azərbaycandan neft alışını 5 dəfə artırdı
Dövlət dəstəyi almaq istəyənlər üçün ŞƏRTLƏR AÇIQLANDI
Şamaxı şəhərində Xınıslı körpələr evi-uşaq bağçasının açılışı olub - FOTOLAR
Leyla Əliyeva Şamaxıda "Capybara Azerbaijan" fermasında olub - FOTOLAR