Karantin dövründə Azərbaycana ən çox Rusiya vətəndaşları səfər edib
Karantin dövründə Azərbaycana ən çox Rusiya vətəndaşları səfər edib
Dövlət Sərhəd Xidmətinin məlumatına əsasən, 2020-ci ilin yanvar-oktyabr aylarında Azərbaycana dünyanın 155 ölkəsindən 720,3 min əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
Oxu.Az-ın Dövlət Statistika Komitəsindən əldə etdiyi məlumata əsasən, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə, ölkəyə 3,7 dəfə az əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.
2020-ci ilin yanvar-oktyabr aylarında ölkəmizə gələnlərin 28 faizi Rusiya Federasiyası, 24,3 faizi Gürcüstan, 18,9 faizi Türkiyə, 8,6 faizi İran, 2,1 faizi Ukrayna, 1,8 faizi Hindistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,1 faiz olmaqla Pakistan, Türkmənistan, Birləşmiş Ərəb Əmirlikləri və Qazaxıstan, 1 faizi Küveyt, 0,9 faizi Böyük Britaniya, 0,8 faizi Belarus, hər birindən 0,7 faiz olmaqla, Özbəkistan və İraq, 0,6 faizi İsrail, 5,4 faizi digər ölkələrin vətəndaşları, 0,1 faizi isə vətəndaşlığı olmayan şəxslər olub.
Gələnlərin 79,6 faizini kişilər, 20,4 faizini qadınlar təşkil edib.
Ümumilikdə Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 5,7 dəfə azalaraq, 21,1 min nəfər, körfəz ölkələrindən gələnlərin sayı 4,7 dəfə azalaraq, 100 min nəfər, MDB ölkələrindən gələnlərin sayı dörd dəfə azalaraq, 245,7 min nəfər olub.
Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 69,3 faizi dəmir yolu və avtomobil, 28,3 faizi hava, 2,4 faizi isə dəniz nəqliyyatından istifadə edib.
Qeyd edilib ki, koronavirus pandemiyası ilə bağlı yaranmış vəziyyət digər ölkələrdə olduğu kimi, Azərbaycanın da turizm sektoruna təsirsiz ötüşməyib və mart ayından başlayaraq bu sahədə ciddi tənəzzülə səbəb olub.

Xalq artisti Naibə Allahverdiyeva xəstəxanaya yerləşdirildi
Kafedəki dəhşətli qətlə görə 9 nəfər tutuldu
DYP-dən hava ilə bağlı sürücülərə XƏBƏRDARLIQ
BDYPİ sürücülərə xəbərdarlıq etdi
Şahdağ və Kəlbəcərə qar yağıb
Xəzərdə qayıq qəzası: İtkin düşən ikinci şəxsin meyiti tapıldı
"Eşref Tek" nə vaxt yayımlanacaq?
Putin hökumətdə yerdəyişmələri təsdiqlədi
Rəsmi Bakı: Azərbaycan beynəlxalq sülh və təhlükəsizliyə sadiqliyini bir daha təsdiqləyir
Hindistan Azərbaycan üçün məhz bu səbəblərdən vacib ölkədir – AÇIQLAMA
Azərbaycan səfiri etimadnaməsini Belçika Kralına təqdim edib, iki ölkə arasındakı münasibətlər müzakirə olunub
Tovuzda bir nəfəri öldürən, bir nəfəri isə yaralayan şəxs saxlanılıb - YENİLƏNİB
Maaş və pensiya artımı gözləntisi: 2027-ci ildə əhalini nə gözləyir?
PAŞA Bankın təşkilatçılığı ilə KOB-ların idxal və ixrac fəaliyyətinə dəstək imkanları müzakirə olunub
Gürcüstanda saxlanılan İbad Hüseynovdan xəbər var