Karantin qaydalarını pozub qəza törətdi: Sürücü və sərnişin həbs edildi - FOTO
Karantin qaydalarını pozub qəza törətdi: Sürücü və sərnişin həbs edildi - FOTO
Şəmkirdə karantin rejimini pozaraq qəza törədən şəxslər tutulub.
DİN-in Mətbuat Xidmətinin Gəncə regional qrupundan verilən məlumata görə, aprelin 10-da Şəmkir rayon sakini Orxan Hüseynov idarə etdiyi "Hyundai" markalı avtomobillə rayonun qərb istiqamətindəki çıxışında xüsusi karantin rejimi ilə bağlı yaradılan polis postuna yaxınlaşaraq, Tovuz rayonuna getmək istədiyini bildirib.
Polis əməkdaşları vətəndaşa karantin qaydalarını izah edərək bunun yol verilməz olduğunu bildiriblər və sürücüdən geri qayıtmasını tələb ediblər. Bu zaman Orxan Hüseynov polis əməkdaşlarının qanuni tələblərinə məhəl qoymayaraq postu qanunsuz keçib.
Məsuliyyətdən yaxa qurtarmaq məqsədi ilə ara yollarla Qazax rayonuna qədər gedib çatan sürücü geri qayıdan zaman yenə də Şəmkir rayonun Düyərli kəndi ərazisindəki polis postunu qanunsuz keçmək istəyib. Lakin cəmi bir neçə metr irəlilədikdən sonra idarəetməni itirərək qəza törədib.
Nəticədə sürücü və yanındakı sərnişin, Şəmkir rayon sakini Ülvi Süleymanov yüngül bədən xəsarətləri alıb. Polis əməkdaşları dərhal qəza baş verən əraziyə təcili tibbi yardım xidmətinin əməkdaşlarını çağırıb. Hər iki şəxsə ilkin tibbi yardım göstərilib, səhhətlərində ciddi problemin olmadığı aşkarlanıb.
Sürücü və sərnişin aidiyyəti məhkəmənin qərarı ilə 30 sutka həbs edilib. Bundan başqa Orxan Hüseynov bir illik sürücülük hüququndan da məhrum edilib.







Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb