Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİ

Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİKoronavirusa yoluxmuş pasiyentlərin müalicə aldıqları, daha doğrusu onların həyatları uğrunda mübarizə aparıldığı reanimasiya şöbəsində çalışan fransız həkimin dedikləri (onun hər sözünə inanıram): "Əsl fəlakətdir. Dəhşətdir. Belə olacağını ağlıma da gətirə bilməzdim. Düşünürdüm ki, şöbəmizin pasiyentləri, əsasən, qocalar olacaqlar. Amma yaşı 40-dan az olanların sayı artır. Hələ pik nöqtəsinə çatmamışıq, yoluxmaların da sayı artır. İnan ki, çox çətindir, çox. Qoruyucu paltarda, maskada iki saatdan artıq durmaq olmur. Ürək bulanır, baş gicəllənir, ağızda dil quruyur. Ona görə hər iki saatdan bir paltarı dəyişirik. Pasiyentlərimiz arasında ağciyərlərin süni ventilyasiyası aparatına qoşulanlar artır. Pasiyentə narkoz vurandan sonra bu aparata qoşuruq. Adətən iki həftə həmin vəziyyətdə qalır. Nəfəs almasını yüngülləşdirmək üçün qarnı üstə çeviririk. Pasiyentlərin sayı artarsa, virusun öhdəsindən gələ bilməyəcəyik. Yeganə çıxış yolu karantin rejiminə tam riayət etməkdir. Kimisə aldatmağa çalışan, əslində, öz taleyi ilə rus ruleti oynayır..."
ABŞ-da və Avropa ölkələrində özlərinə "sığınacaq" tapmış "müstəqil bloqer"lər isə səs-səs verib buyururlar ki, qoymayın, Azərbaycanda polis rejimidir, diktaturadır və s. Səbəb? Ölkədə karantin rejiminin tətbiq olunması ilə bağlı küçələrdə polislərin olması, vətəndaşların yoxlanması və karantin rejiminin tələblərini kobud şəkildə pozanların cərimələnməsi.
AXCP sədri və bloqer Əli Kərimli də sözügedən rejim elan olunandan bəri isteriyadadır, "Azərbaycanı polis rejimli ölkəyə döndərirlər, insanlar cərimələnir, hüquqları pozulur" deyir.
Və bu şəxslər "misal" kimi başqa ölkələri göstərir, "digər dövlətlərdə hakimiyyət karantin rejimində vətəndaşlarla çox yumşaq davranır" söyləyirlər.
Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİGerçəkdən belədirmi?
COVİD-19 koronavirus pandemiyasının qarşısını almaq üçün dünya ölkələrinin tam əksəriyyətində karantin rejimi tətbiq olunub. Dövlət qurumları və həkimlər evdə qalmağı, küçəyə yalnız ərzaq almağa, aptekə və ya həkim müayisinə yollanmaq üçün çıxmağı tövsiyə edirlər.
İş yerlərinin tam əksəriyyətində (məsafədən çalışmağın mümkün olmadığı strukturlar istina olmaqla) məsafəli, yəni evdən çalışma rejiminə keçilib.
Karantin rejimini pozanları isə sərt cəzalar gözləyir.
Ölkələr üzrə cəzaların təsnifatına nəzər salaq%
Çin
COVİD-19 koronavirusunun başlandığı Çində infeksiya ilə çox sərt mübarizə rejimi tətbiq olunur. Çin Xalq Respublikasının Cinayət Məcəlləsi ən ağır cəzaları belə istisna etmir. Belə ki, COVİD-19 koronavirusuna yoluxma simptomlarını gizlədən şəxsi edam gözləyir.
Karantin rejimini ilk dəfə pozan 5 min yuan (təqribən 700 dollar) cərimələnir, təkrar pozuntular isə 3 ilədək həbslə cazalanır.
Koronavirusa yoluxduğu təsdiqlənmiş pasiyent müalicədən etiraz edirsə, izolyasiya rejimini pozursa, onu edam gözəyir. Pandemiya zamanı tibb işçisinə ağır xəsarət yetirən və ya tibb personalının müdafiə geyimini xarab edən şəxs də edam olunur.
İtaliya
Avropada ən sərt karantin rejiminin tətbiq olunduğu İtaliyada vətəndaş evdən çıxmaq istəyirsə, xüsusi sənədi doldurmalı, evdən çıxmasının səbəbini göstərməlidir. Bunu etməyəni 3 ayadək həbs və ya 206 avroluq cərimə gözləyir.
Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİCənubi Koreya
Cənubi Koreyada koronavirusla effektiv mübarizə aparmaq üçün qanunvericiliyə dəyişikliklər olunub. Hospitallaşdırma və ya karantin rejiminin pozulması ya 10 milyon vona qədər (təqribən 8200 dollar) cərimə, ya da 1 ilədək həbslə cəzalandırılır.
Rusiya
Moskvada ciddi səbəb olmadan yaşlarından asılı olmayaraq bütün vətəndaşlara evi tərk etmək yasaqdır. Karantin rejiminin ilk pozulması halı üçün 500 rubl cərimə nəzərdə tutulub. Rusiyanın bəzi bölgələrində fövqəladə hal elan olunarsa, karantin rejiminin pozulmasına görə cərimənin məbləği fiziki şəxslər üçün 40 min rubladək, vəzifəli şəsxslər üçün 150 min rubladək, hüquqi şəxslər üçünsə 500 min rubladək arta bilər.
Təkrar pozuntuya görə 1 milyon rubladək cərimə və ya 90 sutkayadək həbs istisna deyil.
Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİSinqapur
Sinqapurda karantin rejiminin tələblərini pozan şəxsi 10 min Sinqapur dollarınadək (təqribən 7 min ABŞ dolları) cərimə və ya 6 aylıq həbs gözləyir. İş yerində sosial izolyasiya tədbiri qismində 1 metrlik məsafə saxlamayanlar da eyni cəzaya tuş gələ bilərlər.
Hindistan
Bu ölkədə çox ciddi səbəb olmadan küçəyə çıxan istənilən şəxs "Təbii fəlakətlərin fəsadlarının aradan qaldırılması haqqında" qanunun tələblərinə uuyğun cəzalandırılır. Karantin rejimini pozanı 60 min rupi (təxminən 800 dollar) cərimə, təkrar pozuntuya yol verəni isə 2 ilədək həbs gözləyir. Əksər hallarda polis belə şəxsləri dəyənəklə döyür.
Hindistanda sosial izolyasiyada olmalı adamların hamısının sol əlinə yuyulmayan boya ilə xüsusi işarə vurulur.
Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİÖzbəkistan
Özbəkistanda karantin rejimini pozanı 1115000 som, yəni təqribən 117 dollar məbləğində cərimə gözləyir. Müvafiq icazə alandan sonra küçəyə çıxan şəxs mütləq şəkildə başqa adamdan minimum 2 metr aralıda olmalıdır.
Qırğızıstan
Qırğızıstanda karantin rejimini pozan şəxsi 300 min som (təqribən 4 min dollar) məbləğində cərimə, təkrar pozuntuya yol verəni isə 2,5 ildən 5 ilədək həbs gözləyir.
Qazaxıstan
Qazaxıstanda karantin rejimini ilk dəfə pozanı 12805 tenqe (34 dollar) məbləğində cərimə, təkrar pozuntuya yol verənləri isə 600 saatadək ictimai işlər və ya 2 ilədək həbs gözləyir.
Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİFransa
Fransanın İctimai Səhiyyə Məcəlləsinə uyğun olaraq hazırda ölkədə evdən yalnız dükana, aptekə və ya işə getmək üçün çıxmaq olar. Bunun üçün əvvəlcədən DİN-dən icazə alınmalı, evdən çıxmağın səbəbi göstərilməlidir.
DİN-nin saytından onlayn alınan icazə olmasa və ya səbəb ciddi sayılmazsa, ilk halda 200 avro məbləğində cərimə olur. Təkrar pozuntu 30 min avro məbləğində cərimə, bir ay müddətində 4 dəfə olan pozuntu isə 6 ayadək həbslə cəzalandırılır.
İspaniya
Karantin rejiminin pozulmasına görə ilk dəfə 1500 avro, sonrakı iki halda 60 min avroyadək cərimə nəzərdə tutulub. Rejimi üç dəfə pozan şəxsi 1 ilədək həbs gözləyir.
Britaniya
"Dumanlı Albion"da martın 26-dan qüvvədə olan karantin rejimini ilk dəfə pozanı 60 funt-sterlinq, təkrar pozanı isə 960 funt-sterlinq məbləğində cərimə gözləyir.
Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİİsveçrə
Karantin rejimini ilk dəfə pozan 152 İsveçrə frankı (147 dollar), iki həftə ərzində təkrar pozuntuya yol verəni isə 1585 frank cərimə ödəməlidir. Üçüncü pozuntunun cəzası 6 aylıq həbsdir.
Çexiya
Bu ölkədə karantin rejiminin pozulmasına görə cərimə 3 milyonadək çex kronuna (təqribən 130 min dollar) çatır.
Polşa
Karantin rejiminin pozulmasının cəzası 5 min zlotı (1212 dollar) məbləğində cərimə təşkil edir.
Rumıniya
Karantin rejimini pozan 20 min leyə (təqribən 4562 dollar) qədər cərimə ödəməyə hazır olmalıdır.
Xorvatiya
Karantin rejimini ilk dəfə pozan 8 min kun (1150 dollar) cərimələnir. Təkrar pozuntularda məbləğ 120 min kuna (17400 dollar) yüksəlir.
Karantin rejiminə məhəl qoymayanlarla nə etməli? - DÜNYA TƏCRÜBƏSİNorveç
Bu ölkədə "Evdə qal" çağırışına əməl etməyənləri 20 min krona (1900 dollar) cərimə və ya 15 günlük həbs gözləyir.
Malta
Maltada karantin rejiminin pozulmasının cəzası 3 min avro məbləğində cərimədir.
İsrail
Karantin rejimini ilk dəfə pozanı 3 min şekel (820 dollar) cərimə, təkrar pozanı 3 ilədək həbs, üçüncü pozuntuya yol verəni 7 ilədək həbs gözləyir.
Birləşmiş Ərəb Əmirlikləri
BƏƏ-də karantin rejiminin pozulmasına görə cərimələr 48 min dirhəmdən (13 min dollar) başlayaraq 100 min dirhəmədək çatır.
ABŞ
Ştatların əksəriyyətində karantin rejiminin pozulmasına görə çox sərt cəzalar nəzərdə tutulub. Məsələn, Vayominq ştatında belə pozuntu 10 min dollaradək cərimə və ya 1 ilədək həbslə cəzalandırılır.
Argentina
Bu ölkədə karantin rejiminin pozulmasına görə cəzalar 100 min Argentina pesosu (1600 dollar) məbləğində cərimədən başlayaraq 15 ilədək həbslə bitir.
Avstriya
İzolyasiya və karantin rejimi qaydalarına əməl etmək istəməyən şəxs 81 min Avstraliya dollarınadək (50 min ABŞ dolları) cərimə ödəməyə və ya 1 ilədək həbsə hazır olmalıdır.
Elçin Alıoğlu
Milli.Az /news.milli.az


Sağlamlıq     Baxılıb: 445   Tarix: 10 aprel 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Gözəl bir şüşədə kimyəvi zəhər: Azərbaycanda satılan ən zərərli yağları belə SEÇİN

Bazarlarda və mağazalarda satılan bəzi bitki yağları tərkibindəki kimyəvi əlavələr və keyfiyyətsiz istehsal səbəbindən insan sağlamlığına ciddi ziyan vura bilər. Bu yağlardan istifadə etmək bir çox xəstəliyin yaranmasın

Yeyirəm, amma doymuram - Niyə?

Doyduğunu hiss etməmək, adətən, yemək yeyərkən toxluq hissinin yaranmaması və ya bu hissi dərk etməmək vəziyyətidir. xəbər verir ki, bu hal bir neçə səbəbdən baş verə bilər. Məsələn, sürətli yemək yeyən insanlar beynin toxlu

Şəkərli diabet xəstələrinin dərmanları niyə verilmir?

Şəkər xəstələri dövlətin onlara verdiyi pulsuz dərmanları çətinliklə ala bilirlər. Bəzən isə ümumiyyətlə tapa bilmirlər. xəbər verir ki, bununla bağlı "Xəbər Ertəsi"nin qaynar xəttinə mütəmadi müraciətlər daxi

Bu insanlara kəsmik yemək tövsiyə olunmur - Təhlükəlidir

Kəsmik faydalı və zülal, kalsium kimi qidalandırıcı maddələrlə zəngindir. Lakin bəzi insanlar üçün bu qidanın istehlakı məhdudlaşdırılmalı və ya tamamilə dayandırılmalıdır. kəsmik yeməməsi tövsiyə olunan insanları təqdi

Bu çörəklərdən uzaq durun - Həzm sistemini məhv edir

Həzm sistemi üçün zərərli hesab edilən çörək növləri adətən emal edilmiş tərkibi və az qida dəyəri ilə seçilir. xəbər edir ki, bu növ çörəklər uzunmüddətli istehlakda həzm sisteminə mənfi təsir göstərə bilər:. Ağ çörək. Tərkibi

Niyə 25 yaşdan sonra orqanizmdə problemlər başlayır?

25 yaşdan sonra orqanizmdə ağrılar yaranmağa başlaya bilər, çünki bədən bir sıra fiziki və bioloji dəyişikliklərdən keçir. xəbər verir ki, bu dövr, bədənin inkişaf mərhələsinin sona çatması və həyatın yeni bir fazasına keçməs

Hər gün limon yesək, immunitet möhkəmlənər?

Limon soyuq aylarda yada düşən meyvədir. Əgər gündə limon yesək, orqanizmimizdə nə baş verər?. KONKRET. -a istinadən xəbər verir ki, endokrinoloq Yevgeni Belousov limonda olan yüksək miqdarda C vitamininin təsirindən danışıb

Yarpaq dolmasını qatıqla yeyənlərə xəbərdarlıq

Yarpaq dolmasını qatıqla yeməyin zərərləri əsasən fərdi qida həssaslığından və müəyyən tibbi hallardan asılıdır. . xəbər verir ki, sağlam insanlar üçün dolmanın qatıqla yeyilməsi zərərsizdir. Buna baxmayaraq bəzi hallar

Bananı zəhərə çevirən səhv

Banan sağlamlıq üçün ən faydalı meyvələrdən biridir. -a istinadən xəbər verir ki, qan şəkərini tarazlayan, həzm sistemini tənzimləyən və antioksidant təsiri olan banan toxluq hissi verdiyi üçün diyetlərdə rahatlıqla istehla


tezbazar azerbaycan xeberleri son xeberler yeni xeberler krimnal bugun xeberlər son xabarlar ən son xəbər