Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri

Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri
Dünyanın bir çox şəhərlərində sərt karantin tədbirləri ilə əlaqədar küçələr boşalıb. İnsanlar koronavirusun yayılmasının qarşısını almaq üçün özünütəcrid rejimində evdə otururlar.
Maraqlıdır ki, şəhərlərin boşalmış küçələrində əvvəllər burada gözə dəyməyən vəhşi heyvanlar peyda olmağa başlayıb.
Dünyanın koronavirusa görə karantin fonunda vəhşi heyvanların qayıtdığı 10 şəhərini təqdim edirik:
1.Llandidno, Böyük Britaniya
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Llandidno Uelsdə yerləşən dənizkənarı kurort şəhəridir. Koronavirusun yayılması ilə əlaqədar şəhər hakimiyyəti əhalinin özünütəcrid rejimini tətbiq etməyə qərar verib. Bu yaxınlarda şəhərin küçələrində sərbəst gəzən və sakitlikdən zövq alan dağ keçiləri görünməyə başlayıb.
2. Odişa, Hindistan
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Hindistan da koronavirus pandemiyasının tüğyan etdiyi ölkələrdən biridir. Buna görə də insanlar evdə qalmağa və çölə mümkün qədər gec-gec çıxmağa məcbur olurlar.
Hindistanın Odişa şəhərində sahil boyu yaşıl tısbağaların sürüsü gözə dəyməyə başlayıb.
3. London, Böyük Britaniya
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Böyük Britaniyanın paytaxtı London yalnız bu ölkənin deyil, eləcə də dünyanın maliyyə və iqtisadi mərkəzidir. Lakin baş qaldıran pandemiya səbəbindən bu şəhərin də küçələri boşalıb. Nəticədə Britaniyanın paytaxtının şərqində maral sürüsü peyda olub. Hazırda onlar şəhərin rayonlarından birində məskunlaşıblar.
4. Tirupati, Hindistan
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Marallar, həmçinin Hindistanın Uttar-Pradeş ştatının Tirupati şəhərində görülüb. 500 min nəfərədək əhalisi olan şəhərin küçələri özünütəcrid rejiminə görə demək olar boşdur.
5. Berqamo, İtaliya
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri İtaliyanın şimalında, Berqamo bölgəsində yanında balaları olan qaban gözə dəyib. Heyvanlar insanlarla qarşılaşmaqdan qorxmayaraq boşalmış küçələrdə gəzişirdilər.
6. Santyaqo, Çili
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Məcburi karantin səbəbindən çətin günlər yaşayan Çilinin paytaxt sakinləri şəhərin küçələrində gəzişən puma görüblər. Kənd təsərrüfatı və heyvandarlıq Departamentindən bildirilib ki, puma ətraf dağlardan şəhərə qida tapmaq üçün düşüb.
7. Kerala ştatı, Hindistan
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Hindistanın Kerala ştatında yerləşən şəhərlərdən birinin küçələrində Malabar civeti gözə dəyib. Nəsli kəsilməkdə olan bu yırtıcı məməlilərə son illərdə çox nadir halda rast gəlinir. Hazırda populyasiyasında 250-dən az yetkin fərd qaldığı üçün, bu heyvanın şəhərin boşalmış küçələrində sərbəst dolaşması daha da maraq doğurub.
8. Barselona, İspaniya
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Küçələrini qabanların "işğal etdiyi" başqa bir şəhər isə Kataloniyanın paytaxtı Barselonadır. Şəhər sərt özünütəcrid rejimindədir. Karantin rejimini pozanlara qarşı cərimə tətbiq edilir. Sakinlərin qapalı qapılar arxasında oturmağa məcbur qaldığı bir vaxtda isə yabanı təbiət şəhərə qayıdır.
9. Meksika şəhərləri
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Meksikada da karantin elan edilib, lakin vəhşi təbiət bu səssizliyə sevinir. Belə ki, son günlər Meksikanın Kankun şəhərlərinin kanallarında timsahlar sakitcə üzüşürlər.
Həmçinin Kankunda dəniz tısbağası sahildə,  beşulduzlu "Grand Oasis" hotelinin yaxınlığında 112 yumurta qoyub.
Ölkənin daha bir şəhərində sakinlər küçələrdə yaquarın necə qaçdığını videoya çəkiblər.
10. Trinkomali, Şri-Lanka
Karantinin nəticəsi: Dünyanın vəhşi heyvanların qayıtdığı 10 şəhəri Marallar Şri-Lankada yerləşən Trinkomalidə də gözə dəyib. Şəhər koronavirusa görə karantinə bağlanıb. Beləliklə də, şəhər sürətlə boşalıb. Qısa müddətdən sonra isə küçələrdə marallar peyda olub.

Maraqlı       Tarix: 12 aprel 2020
f Paylaş

Oxşar xəbərlər

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO

ABŞ-də rüsvayçılıqla üzləşən ermənipərəst senator bütün günahı arvadının üzərinə atdı - FOTO. ABŞ-də rüşvətdə ittiham olunan Nyu-Cersi ştatının ermənipərəst senatoru Bob Menendesin vəkili bütün günahları onun arvadının üzərin

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək

Neandertal insanın sümüklərində tapılan qədim viruslara yeni həyat veriləcək. Bu gün də sirkulyasiya edən üç ümumi virusun genetik ardıcıllığı 50 min ildən çox əvvəl yaşamış neandertalların qalıqlarında tapılıb. San-Paul

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO

Səhrada uca göydələnləri, yamyaşıl bağları, fəvvarələri ilə heyrətamiz şəhər - BƏLƏDÇİ + FOTO. Əbu-Dabi - səhranın üstündə yüksələn şəhərdir. Birləşmiş Ərəb Əmirliklərinin yeddi əmirliyindən biri və ölkənin biznes, siyasi

Nirezo Official Azərbaycanın tanınmış endirim bloqu

Azərbaycanda sosial media üzərindən endirimlər, kampaniyalar və sərfəli alış-veriş imkanlarını izləyicilərə çatdıran Nirezo Official ölkənin ən tanınmış endirim platformalarından biri kimi fəaliyyət göstərir. Müxtəlif sosia

Azad Ajans – Azərbaycanda Yeganə Rəsmi TikTok Canlı Yayım Ajansı

Son illərdə sosial media platformalarında, xüsusilə TikTok üzərindən canlı yayım trendləri sürətlə artmaqdadır. Minlərlə istifadəçi öz istedadını nümayiş etdirmək, izləyici kütləsini artırmaq və gəlir əldə etmək məqsədil

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı. Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikl


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal bugun xeberler bugun ensonxeberler