Kartdan karta köçürməyə gündəlik limit: ABA-dan açıqlama

Kartdan karta köçürməyə gündəlik limit: ABA-dan açıqlama"Azərbaycan Banklar Assosiasiyası" (ABA) və "Azərbaycan Fintex Assosiasiyası" (AzFina) İctimai Birlikləri bankların və elektron pul təşkilatlarının xidmətlərindən sui-istifadə risklərinin minimallaşdırılması məqsədilə ödəniş alətlərinə mədaxil əməliyyatları üzrə risk əsaslı yanaşmanın tətbiq olunması ilə bağlı razılaşma əldə edib.
azxeber.com xəbər verir ki, bu barədə ABA məlumat yayıb.
Sözügedən yanaşmaya əsasən, ödəniş xidməti istifadəçilərinə məxsus olan hər bir ödəniş aləti üzrə gündəlik olaraq maksimum 5 sayda, aylıq olaraq isə maksimum 20 min manata qədər mədaxil əməliyyatlarının həyata keçirilməsi imkanı nəzərdə tutulur. Bu çərçivədə, həmçinin, banklar və elektron pul təşkilatları tərəfindən ödəniş xidməti istifadəçilərinə onların hər bir hesabına bağlı istənilən maliyyə xidməti məhsulu üzrə yalnız bir ödəniş alətinin təqdim edilməsi nəzərdə tutulur. İndiki mərhələdə, ödəniş alətləri üzrə məxaric əməliyyatları ilə bağlı hər hansı limitin tətbiqi nəzərdə tutulmayıb.
"Bu yanaşma risk əsaslıdır və müştərilərin sağlam xarakterli mədaxil əməliyyatlarının məhdudulaşdırılmasını nəzərdə tutmur. Belə ki, bank və elektron pul təşkilatı müştərilərinin özlərinə və yaxın qohumlarına aid olan ödəniş alətləri üzrə mədaxil əməliyyatları qeyd olunan limitlərin tətbiqindən istisna edilir. Eyni zamanda, müştərilər tərəfindən aparılan əməliyyatlar barədə zəruri məlumatlar təqdim ediləcəyi və həmin əməliyatların müştərilərin risk profilinə uyğun olacağı hallar üzrə də limitlərin tətbiqi nəzərdə tutulmur. Analoji olaraq, ödəniş xidməti istifadəçiləri tərəfindən müvafiq əsaslandırmalar təqdim ediləcəyi təqdirdə, banklar və elektron pul təşkilatları tərəfindən onlara zəruri əlavə ödəniş alətlərinin təqdim edilməsi təmin olunacaq.
Sözügedən yanaşma sağlam ödəniş əməliyyatı təcrübəsinə malik olan ödəniş xidməti istifadəçiləri üçün hər hansı bir əlavə məhdudiyyət və ya çətinlik yaratmayacaq və onların gündəlik əməliyyatlarına mənfi təsir etməyəcək. Ödəniş xidməti istifadəçiləri rəqəmsal ödənişlərin üstünlüklərindən, o cümlədən təsərrüfat subyektlərində quraşdırılmış POS-terminal infrastrukturundan və elektron bankçılıq xidmətlərindən ənənəvi qaydada istifadə edərək öz ödəniş əməliyyatlarını icra etməyə davam edəcəklər", - deyə açıqlamada qeyd olunub.

İqtisadiyyat       Tarix: 03 avqust 2026
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

İnvestisiya üçün obyekt axtaranlara: Bakının bu ərazilərində yeni seçimlər var

Bu gün aldığın daşınmaz əmlak sabah nə qədər dəyərlənəcək?. İnvestisiya haqqında düşünəndə ən vacib suallardan biribudur: bu gün seçdiyin aktiv gələcəkdə sənə nə qazandıracaq? Düzgün lokasiyadavə düzgün seçimlə alınan əmlakı

Unibank bankomat şəbəkəsini yeniləyir

Unibank müştərilərə daha rahat və əlçatan xidmət göstərmək məqsədilə bankomat şəbəkəsinin yenilənməsi və genişləndirilməsi istiqamətində işləri davam etdirir. Hazırda Bank ölkə üzrə 187 aktiv UTM ilə Azərbaycanın 3-cü ə

Onların maaşı arta bilər

Bu həftə diaqnostik qiymətləndirmədə iştirak etməmiş müəllimlər üçün imtahanlar keçiriləcək. xəbər verir ki, bu barədə Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin İmtahan və qiymətləndirmə şöbəsinin müdiri Nurla

Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb

Qırmızı Ürəklər Fondunun aztəminatlı ailələrdən olan ibtidai sinif şagirdlərinə dəstək məqsədilə həyata keçirdiyi "Onu Oxut" aksiyası yekunlaşıb. 17-31 avqust 2026-cı il tarixində keçirilən aksiya çərçivəsində 70

Bakıda mal ətinin qiyməti 23 manat oldu - Azərbaycanda niyə heyvan sayı azalıb?

Xəbər verdiyimiz kimi Bakıda mal ətinin qiymətində artım müşahidə edilir. Sümüklü mal ətinin qiyməti 19 manat, sümüksüzün qiyməti isə 23 manata qaldırılıb. Satıcılar qiymət artımını heyvan azlığı ilə əlaqələndirirlər. İqtisadç

Bu şəxslər pensiya ala bilməyəcək

Əmək müqaviləsi ilə çalışan işçilər əmək və gələcək pensiya hüquqlarına sahib olurlar. xəbər verir ki, bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi məlumat yayıb. Qanunvericiliyə əsasən, işçi ilə işəgötürən arasınd

Azercell-in innovativ həlləri ABŞ-in Silikon Vadisində və Çində mükafatlar qazandı - FOTOLAR

Azercell-in texnoloji həlləri ABŞ-də keçirilən "Silicon Valley International Invention Festival" (SVIIF 2026) və Çinin Quançjou şəhərində baş tutan "International Exhibition of Inventions" (IEI 2026) sərgilərind

"Bank Respublika" "AccessBank"ı alır

Bank Respublika-nın və AccessBank-ın səhmdarları Bank Respublika tərəfindən AccessBank-ın səhmlərinin 100 faizinin alınmasını nəzərdə tutan strateji əqdin əsas şərtlərini təsdiqləyiblər. Əqdin 2026-cı ilin noyabr ayınadə

Birbank Taksit kartı sentyabrda daha çox qazandırır: 3% əlavə bonus

Birbank Taksit kartı istifadəçiləri Sentyabr ayında etdikləri alış-verişlərə görə əlavə 3% bonus qazanırlar. xəbər verir ki, belə ki, 2–30 sentyabr 2026-cı il tarixlərində keçirilən kampaniya çərçivəsində Birbank Taksit kart


azerbaycan xeberleri son xeberler yeni xeberler şou biznes xəbərləri sonxəbərlər son xeber.az havanın temperaturu