Kartof qızartmalarındaki böyük təhlükə - Yeni araşdırma üzə çıxardı
British Medical Journal-da dərc olunan genişmiqyaslı araşdırma kartof qızartmasının müntəzəm istifadəsinin 2-ci tip diabet riskini artırdığını göstərib.
KONKRET.az xəbər verir ki, mütəxəssislərin sözlərinə görə, həftədə üç dəfə qızardılmış kartof yeyənlərdə risk 20 faiz, beş dəfə yeyənlərdə isə 27 faiz yüksəlir.
Tədqiqatda qeyd olunub ki, qaynadılmış, bişmiş və ya kartof püresi istehlakı da riski 5 faiz artırır, lakin bu göstərici qızardılmış kartofa nisbətən xeyli aşağıdır. 1984-2021-ci illəri əhatə edən araşdırmada 205 min ABŞ səhiyyə işçisinin pəhriz vərdişləri izlənilib.
Araşdırma həmçinin kartofu tam taxıllarla əvəz etməyin 2-ci tip diabet riskini 8 faiz azaltdığını üzə çıxarıb. Dietoloq Dr. Kawther Hashem bildirib ki, kartof sağlam pəhrizin bir hissəsi ola bilər, lakin bişirilmə üsulu çox önəmlidir:
"Haşlanmış, bişmiş və ya püresi yağda az, lif, C vitamini və kaliumla zəngindir. Qızardıldığında isə yağ və duz miqdarı artdığı üçün diabet və çəki riski yüksəlir."

İlham Əliyevin Türkmənistana işgüzar səfəri başa çatdı
Prezidentin sosial media hesablarında Türkmənistana işgüzar səfərinə dair paylaşım edilib
Putin İlham Əliyevi Rusiyaya dəvət etdi
40 yaşlı kişinin evindən meyiti tapıldı
Gəncədə 28 yaşlı şəxs bıçaqlandı
Necla Uyqur vəfat etdi
Elvin Əlizadəyə yüksək vəzifə verildi
Laçın sakini Ağcabədidə gölməçədə boğularaq ölüb
Güllünü öldürən doğma qızına bu cəza verildi
Zaqatalada maşın işıq dirəyinə çırpıldı - Xəsarət alan var
"Barselona"nın hücumçusu "Qalatasaray"la oyunu buraxacaq
Atilla Taşın qızı 14-cü mərtəbədən yıxılaraq öldü
Azərbaycanda bəzi kolleclər ləğv oluna bilər
İnsanların sizi sevmədiyini göstərən 7 gizli işarə
Mingəçevirdə 44 yaşlı kişi bıçaqlandı