"Kaspersky" yayın sonuna kimi kiçik sahibkarları pulsuz qoruyacaq

"Kaspersky" yayın sonuna kimi kiçik sahibkarları pulsuz qoruyacaq"Kaspersky" yayın sonuna kimi kiçik sahibkarları pulsuz qoruyacaq
"Kaspersky" şirkəti mövcud çətin şəraiti nəzərə alaraq kiçik sahibkarlığa dəstək olub.
Oxu.Az xəbər verir ki, kiçik şirkətlərin və sahibkarların kiber müdafiəsi üçün hazırlanmış "Kaspersky Small Office Security" həllini 1 sentyabr 2020-ci ilədək pulsuz quraşdırıb istifadə etmək olar. 
"Kaspersky" şirkətinin Azərbaycandakı rəsmi nümayəndəsi Müşviq Məmmədov bildirib ki, karantin ilə əlaqədar olaraq müştərilər, tərəfdaşlar və podratçılarla ünsiyyət tamamilə rəqəmsal məkana köçürülür və işçilər evdə işləməli olurlar:
"Məsələn, fitnes klubda qrup təlimləri əvəzinə indi məşqçinin hərəkətləri canlı yayımda təklif olunur, restorana getmək əvəzinə, onlayn sifariş və çatdırılma təklif olunur, uşaq dərnəkləri əvəzinə video konfrans formasında qrup dərsləri təklif olunur. Ancaq kiçik müəssisələrin rəqəmsal fəaliyyətlərinin artması ilə sahibkarların kibercinayətkarların qurbanı olma riski də artacaq. 
Hələ özünütəcridetmə rejiminin tətbiqindən əvvəl, dünyada 50 nəfərə qədər işçisi olan 36% şirkətlər müştəri məlumat bazaları, gizli iş və digər sənədlərdə sızmadan əziyyət çəkdiklərini bildiridilər. Bundan əlavə, kiçik və orta bizneslərdə ən çox sızma korporativ cihazların zərərli proqramla yoluxması nəticəsində baş verir (bu cür hallar 250 nəfərə qədər işçisi olan şirkətlərin 42% -də qeyd olunun), eləcə də, işçilərin istifadə etdikləri şəxsi cihazlarına zərərli proqramların yüklənməsi ilə (kiçik şirkətlərdə respondentlərin 39% -i bunu təsdiqləyib). Biznesin rəqəmsal məkana keçməsi ilə əlaqədar olaraq, bu rəqəmlər daha da arta bilər.
"Kaspersky" şirkəti hazırkı durumun mürəkkəbliyini nəzərə alaraq, kiçik şirkətlər üçün "Kaspersky Small Office Security" qorunma həllinin xüsusi pulsuz versiyasını hazırlayıb. Bu həll "Mac" və ya "Windows" platformasında olan kompüterlərin, "Android" ilə işləyən smartfon və ya planşetlərin, eyni zamanda bir serverin təhlükəsizliyini təmin edəcək. Bundan əlavə, kiçik təşkilatların işçiləri parol menecerindən istifadə edə biləcəklər.
"Kaspersky Small Office Security" internetdə maliyyə əməliyyatlarının təhlükəsiz aparılmasına kömək edir, davamlı parollar yaradır və etibarlı şəkildə qoruyur, virus hücumlarını bloklayır və bütün faylların avtomatik nüsxələnməsini yaradır. Proqramla işləmək üçün sistem administratoruna ehtiyac yoxdur".
"Kiçik müəssisələrin təcrid şəraitində yaşamaları və sonra fəaliyyətlərini davam etdirməsi üçün sahibkarlar öz biznes modellərini ciddi şəkildə yenidən nəzərdən keçirməli və demək olar ki, tamamilə rəqəmsal məkana keçməlidirlər. Lakin kiçik təşkilatların infrastrukturu çox vaxt belə dəyişikliklərə hazır olmur. Biz onların işini heç olmasa informasiya təhlükəsizliyi baxımından asanlaşdırmaq istəyirik", - deyə M.Məmmədov qeyd edib.
Lisenziyanı linkə daxil olub əldə etmək olar:
Aksiya aprel ayının 15-dən sentyabrın 1-ə kimi aktivdir.

Sosial       Tarix: 21 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Sabah bu ərazilərdə su olmayacaq

Sabah Zərdab şəhərinə suyun verilişində müvəqqəti məhdudiyyət tətbiq olunacaq. Bu barədə -a Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) Regional Su Meliorasiya Xidmətindən məlumat verilib. Bildirilib ki, Külüllü–Zərda

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə

Meyvə-tərəvəz bol olacaq, amma... - Qiymətlərlə bağlı XƏBƏRDARLIQ

Payızın gəlişi ilə bazarlarda meyvə-tərəvəz bolluğu artır. Mövsümi məhsulların satışa çıxması alıcıların seçim imkanlarını genişləndirsə də, qiymətlərin necə dəyişəcəyi sualı gündəmdə qalır. Xüsusilə gündəlik tələbatda ola

Ağdamda traktor minaya düşüb

Ağdam rayonunda traktor şum işləri apararkən minaya düşüb. Hadisə rayonun Sarıcalı kəndində baş verib. İlkin məlumatlara görə, traktor texnika əleyhinə minaya düşüb. Partlayış zamanı texnikaya ciddi ziyan dəysə də, sürücünü

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"

İstehlak kreditlərinə tələbat günü-gündən artır. Gəlirləri ilə xərclərini qarşılamaqda çətinlik çəkən insanlar çıxış yolunu kreditdə görür, lakin zamanla borc yükünün artması, faizlərin yüksək olması ödəniş problemlərin

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm


yeni xeberler azerbaycan xeberleri son xeberler axsam.az xeberler krimnal bugun xeberler bugun ensonxeberler