"Keçid balını endirdilər, amma yenə irəliləyiş yoxdur" - Ali məktəblərdə 10 000 plan yeri boşdur? + FOTO

"Keçid balını endirdilər, amma yenə irəliləyiş yoxdur" - Ali məktəblərdə 10 000 plan yeri boşdur? + FOTO
Abituriyentlərin ixtisas seçimlərinə sayılı günlər qalıb. Bir çox ali məktəblərdə qəbul planında yerlər artırılıb. İddia olunur ki, 10 minə qədər plan yeri boş qalacaq. Bunu abituriyentlərin ballarının aşağı olması ilə əlaqələndirirlər.
Bəs görəsən, plan yerlərinin boş qalmasının səbəbləri nədir? İddialar həqiqəti əks etdirirmi?
Mövzu ilə bağlı Oxu.Az-a açıqlamasında təhsil eksperti Nadir İsrafilov öncədən proqnoz verməyin əleyhinə olduğunu qeyd edib:
"Belə proqnozların əleyhinəyəm. Özüm də bu proqnozu gördüm. 10 000 yerin boş qalacağı deyilib. Düşünürəm ki, düzgün deyil. Bu şəkildə proqnozlar vermək cəmiyyətdə çaşqınlıq, panika yaradır. Gedişat özü göstərəcək. İndilərdə ayrı-ayrı ixtisaslar üzrə plan yerləri məlum olur. Daha sonra da ixtisas seçimi aparılacaq. Plan yerlərinin boş qalıb-qalmayacağı seçimdən sonra bəlli olacaq. Plan yerləri dolmayanda əlavə qəbul keçirilir. İndidən plan yerlərinin boş qalacağını demək düzgün deyil. Problemə çevirmək olmaz".
Ekspert qeyd edib ki, plan yerlərinin boş qalması faciə deyil:
"Plan yerinin boş qalmasını bəzən təhsilin keyfiyyətinin aşağı olması ilə əlaqələndirirlər. Bu, düzgün deyil. Seçimi düzgün aparmaq məsələsi də var. Elə universitet var ki, hansısa fakültəsinə 150 bal ilə daxil ola bilərsən. Eləsi də var ki, mümkün deyil. 300 bal ilə ödənişsiz oxuyanlar da az deyil. Seçimi düzgün aparmaq vacibdir. Plan yerinin boş qalması faciə deyil. 700 bal yığmayanlar da savadsız hesab olunmamalıdırlar".
N.İsrafilov ali məktəblərə marağın azaldığını dilə gətirib:
"Artıq peşə məktəblərinə maraq artıb. İnkişafyönümlü tendensiya gedir. Əvvəl hamı ali məktəbə qəbul olmağa çalışırdı. İndi isə yeni ixtisaslar, üstəlik, peşə təhsili səviyyəsində yaranır. İldən-ilə dəyişiklik olur. Elə ixtisaslar var ki, ona meyil və tələbat azalır.
Sovet təhsilində beşballıq şkala olub. 20 bal ən yüksək hesab olunurdu. Test sistemi olandan 700 bala keçdi. Əvvəl minimum keçid 350 bal idi. Ondan sonra gördülər ki, say azaldı, 350 toplayanların sayı az oldu. Yerlər boş qaldı. Keçid balını 200-ə düşürdülər. Daha sonra 150-yə düşürdülər. Lakin yenə irəliləyiş yoxdur".
"Ali məktəblərə qəbulun modeli dəyişilməlidir. 11 il bu uşaq oxuyub, qəbul imtahanında aşağı bal toplayırsa, illərin zəhməti hədər gedəcək. Zəhməti yerə vurmaq olmaz. Düşünürəm ki, vahid imtahana keçid olmalıdır. Dünyanın əksər ölkələrində belədir", - deyə N.İsrafilov əlavə edib.
Qeyd edək ki, Dövlət İmtahan Mərkəzindən verilən məlumata görə, ali təhsil müəssisələrinə qəbul olmaq üçün müsabiqə şərtlərini ödəyən abituriyentlərin (həmçinin, subbakalavrlar) ixtisas seçimi 16-28 avqust tarixlərində aparılacaq.
Nəzrin Vahid

Maraqlı       Tarix: 12 avqust 2023
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler