Keçmiş arvadını alimentsiz qoymaq istəyən biznesmen bütün pullarını yandırdı - FOTO
Keçmiş arvadını alimentsiz qoymaq istəyən biznesmen bütün pullarını yandırdı - FOTO
Vaxtilə Ottava merliyinə namizədliyini irəli sürən 55 yaşlı sahibkar Bryus Makkonvil keçmiş arvadına aliment ödəməmək üçün bütün pullarını yandırıb.
Bu barədə "Ottawa Citizen" xəbər yayıb.
Ehtimal olunur ki, o, varidatını və biznesini arvadının xəbəri olmadan satıb, sonra isə bir milyondan artıq Kanada dollarını (təqribən 1300700 AZN) bank hesabından çəkərək yandırıb. O, bu yolla keçmiş arvadını alimentsiz qoymaq istəyib.
Makkonvil pulları yandırdığı barədə məhkəməyə sübut təqdim edə bilməyib. O, yanında şahid olmadığını və prosesi videoya çəkmədiyini deyib. Ali Məhkəmənin hakimi isə onun sözlərinə inanmayıb və onu məhkəməyə hörmətsizlikdə təqsirləndirib.
Hakim vurğulayıb ki, Makkonvil pulları yandırıbsa belə, uşaqlarının rifahı üçün çalışmadığına görə təqsirkardır. Varidatı barədə məlumatı gizlətmək cəhdinə görə kişi 30 gün müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, o, 2000 Kanada dolları məbləğində cərimələnib.
Bununla belə, biznesmen maliyyə məlumatlarını məhkəməyə təqdim etmədiyi üçün uşaqlarına və keçmiş xanımına ödənəcək məbləğ barədə hakim qərar verə bilməyib. Nəticədə, sahibkar onlara heç nə ödəməyib.






Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb