Keçmiş nazirdən sensasiyalı təkliflər

Keçmiş nazirdən sensasiyalı təkliflərAzərbaycanın sabiq xarici işlər naziri, politoloq Tofiq Zülfüqarov Naxçıvan Muxtar Respublikasının blokadada saxlanılması məsələsi və Zəngəzur istiqamətində yaranmış durğunluqla bağlı maraqlı təhlil ilə çıxış edib.
KONKRET.az xəbər verir ki, o qeyd edib ki, Naxçıvanın blokadası hələ də həllini tapmayan əsas problemlərdən biridir və kommunikasiyaların blokadaya alınması beynəlxalq hüquqda hərbi əməliyyat forması kimi qiymətləndirilir.
T. Zülfüqarovun sözlərinə görə, Yaxın Şərq münaqişəsində boğazların blokadası nümunəsi bir daha sübut edir ki, kommunikasiyaların kəsilməsi beynəlxalq hüquqda məhz bu cür – hərbi fəaliyyət forması kimi tənzimlənir:
"Məlum 9-cu bəndin icra olunmaması və artıq TRİPP layihəsi çərçivəsində götürülmüş öhdəliklərdən yayınma Ermənistanın ölkəmizin bir hissəsinin blokadasını məqsədyönlü şəkildə davam etdirməyə çalışdığını göstərir".
Ekspert hesab edir ki, yaranmış vəziyyəti nəzərə alaraq, Azərbaycanın öz eksklavına gedən yolların açılması üçün geniş spektrli siyasi və güc tədbirləri görməyə tam haqqı çatır:
"Mümkün ssenarilərin hazırlanmasında aşağıdakı dörd əsas faktor baza kimi qəbul edilməlidir:
– Ermənistanın 9 noyabr 2020-ci il tarixli razılaşmalar və 2025-ci il Vaşinqton razılaşmaları çərçivəsində öhdəliklərindən yayınması;
– 1991-ci il Alma-Ata Bəyannaməsinə uyğun olaraq Azərbaycan SSR-in Zəngəzur (Mehri) dəmir yolu sahəsinə mülkiyyət hüququ probleminin tənzimlənməməsi;
– Rusiya sərhəd qoşunlarının (FSB) və Rusiya Dəmir Yollarının (RŽD) de-fakto və de-yure tam nəzarəti;
– Ermənistan ilə Azərbaycan arasında sərhədlərin delimitasiya və demarkasiyası üzrə danışıqlarda, o cümlədən bu sahil sahəsi üzrə nəticələrin hələ də əldə olunmaması (həmin ərazinin son mənsubiyyəti yalnız danışıqlar başa çatdıqdan sonra müəyyən edilə bilər)".
Tofiq Zülfüqarov hesab edir ki, bu reallıqdan çıxış edərək, Azərbaycan beynəlxalq tərəfdaşlarla (o cümlədən ABŞ və Rusiya ilə) aparılan bütün mövcud danışıq formatlarında tamhüquqlu iştirakını tələb etməli və qətiyyətli addımlar atmalıdır:
"Bu çərçivədə irəli sürülə biləcək təkliflər sırasına daxildir:
– Azərbaycan Mehri dəmir yolu xəttinin tam bərpa edilərək istismara verilməsini təmin etməyi təklif edə bilər;
– Dəmir yolunun statusu, mənsubiyyəti və istismar qaydaları gələcəkdə Azərbaycan ilə Ermənistan arasında aparılacaq danışıqlar zamanı müəyyənləşdirilə bilər;
– Bərpa işlərinin təhlükəsizliyini təmin etmək məqsədilə Azərbaycanın güc strukturları bu fəaliyyəti digər maraqlı tərəflərlə birlikdə həyata keçirə bilərlər".

Siyasi       Tarix: 08 oktyabr 2026
f Paylaş

Oxşar xəbərlər

Prezident Türkiyəni nəzərdə tuturdu? - Sərrast cavab

"YAP-nın VII Qurultayında çıxış edən ölkə başçısı bir sıra mühüm mesajlar verib. Hər birinin üzərində ayrıca dayanmaq istəmirəm, lakin istər Türkiyə, istərsə də Azərbaycan sosial şəbəkə seqmentində ciddi müzakirə oluna

Paşinyan Ermənistanda tutulan Azərbaycan əsgəri haqqında danışıb

"Sərhədi keçərək Şakidə saxlanılan azərbaycanlı hərbçi bir müddət Ermənistanda qalacaq". xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan bildirib. "Cinayət işi üzrə prosedurlar Ermənistanda həyat

Səfəviləri dəhşətə salan xəstəlik qayıtdı: ölənlər var – Bakı nə edəcək?

Rusiyada taun xəstəliyi ilə bağlı yayılan məlumatlar ölkədə ciddi narahatlığa səbəb olub. İddialara görə, taun üzrə araşdırmaların aparıldığı elmi müəssisədə çalışan 28 yaşlı Darya Şipilova bakteriya nümunəsinin saxlanıldığ

AKP-dən Azərbaycanla bağlı son dəqiqə açıqlaması: "İmkan verməyəcəyik"

"Türkiyə Ankara ilə Bakı arasına heç bir ölkənin və siyasi dairənin girməsinə imkan verməyəcək". KONKRET. -a istinadən xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini və sözçüs

Ruslar kütləvi zərbəyə hazırlaşır, məlumatımız var

Bu gün kəşfiyyatdan rusların kütləvi zərbəyə hazırlaşması ilə bağlı yenilənmiş məlumat aldıq. xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski oktyabrın 6-da hökumət rəsmiləri, hərbçilər və güc strukturların rəhbərlər

Azərbaycan-Nigeriya münasibətlərinin inkişaf perspektivləri barədə fikir mübadiləsi aparılıb

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə Nigeriya Federal Respublikasının xarici işlər naziri Bianka Odumeqvu-Ocukvu arasında telefon danışığı baş tutub. Bu barədə -a Azərbaycanın Xarici İşlər Nazirliyindən bildirilib

Hulusi Kılıçdan Azərbaycanla bağlı çağırış: Səsinizi kəsin

Türkiyənin Azərbaycandakı sabiq fövqəladə və səlahiyyətli səfiri (2008–2012), Türk Ağsaqqalları Birliyinin Türkiyə və Türk dünyası üzrə həmsədri Hulusi Kılıç sosial şəbəkələrin Türkiyə seqmentində Azərbaycanla bağlı bəz

Prezident Böyük Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul etdi - FOTOLAR

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev oktyabrın 6-da Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının Biznes, İnnovasiya, Elm və Ticarət Nazirliyinin Ticarət üzrə dövlət naziri, Birgə Hökumətləraras

Moskvadan Kiyevdəki xarici diplomatlara XƏBƏRDARLIQ

Rusiya Xarici İşlər Nazirliyi diplomatik missiyanın personalı da daxil olmaqla, xarici vətəndaşlara Kiyevdə və Ukraynanın hərbi təyinatlı obyektlərinin yaxınlığında olmamaq barədə bir daha xəbərdarlıq edib. KONKRET.azxəbə


yeni xeberler azerbaycan xeberleri son xeberler sonxabar cəbhədən yeni xəbərlər şou biznes xəbərləri en son xəbərlər bugün