Keçmiş səfirlərdən Baydenə müraciət
ABŞ-ın bir neçə keçmiş səfiri prezident Co Baydenə müraciət edərək Ukraynaya hücum edəcəyi təqdirdə Rusiyaya qarşı tətbiq olunacaq sanksiyaları dərc etməyə çağırıb.
KONKRET.az xəbər verir ki, "Associated Press"in yazdığına görə, bəyanatı imzalayanlar ABŞ-ın Rusiya və Ukraynada çalışmış keçmiş səfirləridir. Sənəd müəlliflərinin fikrincə, potensial iqtisadi sanksiyaların təfərrüatlarının açıqlanması eskalasiyadan əvvəl Kremlin qərarına təsir edəcək.
Dekabrın 30-u axşam saatlarında Rusiya və ABŞ prezidentləri arasında telefon danışığı olub. Ağ Evin yaydığı məlumatına görə, Co Bayden Vladimir Putini Ukrayna ətrafında yaranmış gərgin vəziyyəti aradan qaldırmağa çağırıb. Əks halda ABŞ-ın müttəfiqləri və tərəfdaşları ilə birlikdə "Ukraynaya qarşı növbəti təcavüzə qətiyyətlə cavab verəcəyini" açıqlayıb.
Kreml bildirib ki, Moskva "NATO-nun şərqə doğru hərəkətinə və təhdidedici silah sistemlərinin Rusiya sərhədlərinə yaxın ərazidə yerləşdirilməsinə qarşı möhkəm hüquqi təminat axtarır.
Bundan başqa, Almaniya kansleri Olaf Şolz da vətəndaşlara yeni il müraciətində Ukraynadakı təhlükəsizlik vəziyyəti xatırladıb. O, Avropa İttifaqı-nin yeni çağırışla üzləşdiyini qeyd edərək, sərhədlərin toxunulmazlığının sövdələşmə predmeti ola bilməyəcəyini vurğulayıb.
2021-ci ilin payızında media kəşfiyyat məlumatlarına istinadən Rusiya qoşunlarının Ukrayna ilə sərhəddə cəmləşməsi barədə məlumat yayıb.
ABŞ və Qərb ölkələri Moskvanın Ukraynaya qarşı hərbi müdaxiləyə hazırlaşdığını irəli sürür.

Seymur Cəfərov vəfat etdi
Azercell abunəçilərinə mənzil, avtomobil və iPhone hədiyyə edir
Prezident ona general rütbəsi verdi
Anım Gününə həsr olunmuş qanvermə aksiyası keçirilib - FOTO
Bakcell İçərişəhərin tarixi irsini rəqəmsal texnologiyalarla canlandıracaq
Unibank və FMO əməkdaşlığı bərpa edir: 50 milyon ABŞ dolları kredit sazişi imzalanıb
"Fənərbağça" bu tarixdə Azərbaycana gələcək
"Bütün keçmişimi və pulumu itirdim" - Roberto Karlos
Azərbaycan millisi 16:0 hesabı ilə məğlub oldu
Ukraynanın oyunu azərbaycanlı hakimə tapşırıldı
13 yaşlı oğlan faciəvi şəkildə öldü
Bakıda zibil maşını yaşlı kişini vurub öldürdü
Tehranda yeni savaş: Pezeşkian hədəf alındı – Hərbi çevriliş
Kərki Azərbaycana qaytarılır? - Müzakirələr qızışır
Kamran Əliyev Qarabağdakı bərpa işlərindən danışdı