Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏ

Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏKəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏ
Azərbaycan Respublikasının Prezidenti, Rusiya Federasiyasının Prezidenti və Ermənistan Respublikasının Baş nazirinin noyabrın 10-da imzaladıqları üçtərəfli Bəyanata əsasən Kəlbəcər rayonu Azərbaycanın nəzarətinə keçdi. Bura ölkəmizin ən gözəl guşələrindən biridir, eyni zamanda yeraltı və yerüstü təbii ehtiyatlarla zəngin bölgədir. Görkəmli kimyaçı alim E.E.Karstenski Kəlbəcər ərazisindəki mineral bulaqların suyunu analiz edərək, İstisunun müalicəvi xüsusiyyətlərini yüksək qiymətləndirmiş və onun bütün dünyada məşhur olacağını qeyd etmişdi.
"Kəlbəcər bölgəsi həqiqətən mineral termal bulaqlarla zəngindir. Ən məşhurları İstisu və Tutqun mineral-termal su hövzələridir".
Bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Geoloji Kəşfiyyat Xidmətinin (MGKX) rəisi Əli Əliyev Media.Az-a müsahibəsində deyib.
Kəlbəcərdəki termal sular Karlovı Varıdakılardan heç də geri qalmır - MÜSAHİBƏOnun sözlərinə görə, İstisu mineral-termal su hövzəsinə lokal bulaqlar daxildir: Yuxarı İstisu, Aşağı İstisu və Keşdağ. Bununla yanaşı Tutqun termal su hövzəsinə eyniadlı Tutqun, Qarasu, Mozçay və Qoturlu axır.
A.Əliyev onların hamısının vahid tektonik-maqmatik aktivasiya zonasında olduqlarını bildirib. Termal yeraltı suyunun dərinliyi 30-600 metrdir.
"Mineralogik tərkibə gəldikdə, bunlar əsasən hidrokarbonat, xlorid və sulfat-kalsium sulardır. Onlar xüsusi müalicəvi xüsusiyyətləri olan bor və brom da ehtiva edirlər. 80-ci illərdə İstisu bulağında böyük bir kurort və mineral su zavodu tikilib. Bu gün də onlar kurort və sanatoriya komplekslərinin yaradılması üçün əlverişlidir", - deyə Ekologiya Nazirliyinin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, Sovet dövründə kurort və sanatoriya kompleksi ildə 50 min insan qəbul edirdi. 
"Zavoda gəldikdə burada gündə 800 min litr mineral su istehsal edilirdi. Yeri gəlmişkən, bütün bunlar işğalçılar tərəfindən məhv edildi. Onlar bu yatağa çox böyük ziyan vurdular. Bu gün Kəlbəcər bölgəsi azad edildikdən sonra hər şeyi sıfırdan bərpa edəcəyik", - deyə A.Əliyev bildirib.
O, İstisunun mineral suyunun Kəlbəcərin regional büdcəyə böyük qazanc gətirməyə qadir təbii sərvəti olduğunu qeyd edib. Termal suların mineral ehtiyat bazasının ildə 5 milyard dollar (8,5 milyard AZN) olduğu təxmin edilir. 
"Bu potensialdan istifadə etsəydik, əla mənfəət əldə edərdik. Ermənistan bütün beynəlxalq qanunları pozaraq Kəlbəcər rayonunun işğalı zamanı xaricə böyük miqdarda mineral sular ixrac etdi", - deyə Ekologiya Nazirliyinin nümayəndəsi vurğulayıb.
Onun sözlərinə görə, İstisu qaz və kimyəvi tərkibinə görə digər mənbələrdən fərqlənir.
"Bu sular insan orqanizminə müalicəvi təsir göstərir. Bu sular müalicəvi xüsusiyyətləri baxımından Çex Respublikasındakı Karlovı Varının termal-mineral bulaqları ilə müqayisə olunur. Bu həqiqətən belədir, bizimki heç də geri qalmır. İstisuda suyun temperaturu səthdə 74 dərəcəyə, dərinlikdə isə 90 dərəcəyə qədər çata bilər. Eyni zamanda bir litr sudakı mineralların ümumi miqdarı 2-7 qram arasındadır", - deyə MGKX rəisi bildirdi.
Sonda Ekologiya Nazirliyinin nümayəndəsi Kəlbəcərin təbii bir muzey olduğunu qeyd edib.
Bölgədə termal sulardan əlavə 100-dən çox bulaq var.

Turizm       Tarix: 27 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO

AZAL Londonun daha bir hava limanına uçuşlara başladı - FOTO. Azərbaycanın milli aviadaşıyıcısı AZAL martın 17-dən Bakıdan Londonun daha bir hava limanına - Qetvikə reyslərin icrasına başlayıb. Bu barədə "Azərbayca

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO

Turizm sektorunda canlanma: "Viza tələbi ləğv olunmalıdır" - ARAŞDIRMA + FOTO. Azərbaycanda turizm sənayesi yenidən canlanır. Pandemiyadan sonra turizm sektorunda statistik göstəricilərin müsbətə doğru dəyişməs

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür

AZAL və ABB-dən yeni fürsət: Aviabiletləri artıq taksitlə əldə etmək mümkündür. Azərbaycanın milli aviadaşıyıcısı AZAL Azərbaycan Beynəlxalq Bankı (ABB) ilə əməkdaşlıq çərçivəsində aviadaşımaları və səyahətləri geniş auditoriy

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır

AZAL maydan Qroznıya müntəzəm reyslərə başlayır. Azərbaycanın milli aviadaşıyıcısı AZAL marşrut şəbəkəsini genişləndirməyə davam edir. Aviaşirkət mayın 8-dən etibarən Bakıdan Rusiyanın daha bir şəhərinə - Qroznıya müntəzə

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq

Milli Aviasiya Akademiyası Kapadokya Universiteti ilə birgə AZAL üçün mütəxəssislər hazırlayacaq. "Azərbaycan Hava Yolları" (AZAL) QSC-nin nəzdində fəaliyyət göstərən Milli Aviasiya Akademiyası (MAA) Türkiyəni

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif

AZAL-dan Bakı və Dubay arasında uçuşlara xüsusi təklif. Azərbaycanın milli aviadaşıyıcısı AZAL 7–23 may 2024-cü il tarixlərində Bakı və Dubay arasında olan uçuşlara xüsusi təklif təqdim edir. Bu barədə "Azərbaycan Hav

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI

Azərbaycandan ötən il Ümrə ziyarətinə gedən zəvvarların sayı AÇIQLANDI. "Ötən il Azərbaycandan Ümrə ziyarətinə gedən zəvvarların sayı 15 min nəfəri keçib". "Report" xəbər verir ki, bunu Bakıda səfərd

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO

Bakıdan Omska son 10 ildə ilk təyyarə reysi - FOTO. Bakıdan Rusiyanın Omsk vilayətinə son 10 ildə ilk dəfə yola düşən təyyarə təyinat nöqtəsinə çatıb. Bu barədə Omsk hava limanının mətbuat xidməti "Telegram" kanalınd

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO

2024-cü ilin turizm trendi: İnsanlar istirahət üçün hansı yerlərə üstünlük verirlər? - FOTO. Yaz fəslinin ikinci ayını başa vurmaq üzrəyik. Havaların isinməsi ilə əlaqədar turizm sektorunda da canlanma müşahidə olunur. 2020-c


son xeberler yeni xeberler azerbaycan xeberleri qarabag son xeber xeberler bu qun xeberler az