Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin təsdiqi idi

Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi qələbəsinin təsdiqi idiYüksək dağ zirvələri ilə əhatə olunmuş, zəngin fauna və florası, faydalı qazıntıları, otuz mindən artıq bulağı olan qədim qala və məbədlərlə tarixi yaşadan Kəlbəcər rayonu təbiətin muzeyi, vətənimizin əsrarəngiz diyarıdır. 
Kəlbəcər Azərbaycanın yüksək dağlıq rayonlarından biridir. Rayonda əsasən dağ-çəmən və qonur dağ-meşə torpaqları yayılmışdır. 1138-ci ildə güclü zəlzələ zamanı yerin qabarması,  çatlaması nəticəsində əmələ gələn İstisu mineral bulaqları öz kimyəvi tərkibi və fiziki xüsusiyyətlərinə görə dünyada yek və nadir hesab olunur.
Kəlbəcər rayonu özünün  filiz və qeyri-filiz  faydalı qazıntıları o cümlədən qızıl, xrom yataqları ilə zəngindir. Bundan əlavə sənaye əhəmiyyətli ehtiyatlar, onlardan istismar olunan 200 tondan çox civə, tuf, gil, perlit və digər yataqlar mövcuddur. 
Arxeoloji araşdırmalar zamanı burada yerləşən Zar mağarasının  Üst  paleolit, Qoçdaş abidəsinin Orta tunc dövrünə aid olması aşkar olunmuşdur. Qaragöl və Zalxa göllərinin sahillərində təsvirlərin çoxu Tunc dövrünün başlanğıcına (e.ə. 3-cü minillik) aid olan qayaüstü rəsmlər, qədim yaşayış yerləri, Alban xristian məbədləri, qalalar vəs. dövlət qeydiyyatına alınmışdır. Kəlbəcər rayonundakı Xudavəng və Gəncəsər monastr kompleksləri təkcə Azərbaycanın deyil, bütün Qafqazın xristian memarlığının şah əsərlərindən hesab edilir. Kəlbəcər dağlarında qalan müdafiə tikililərin ən monumentalı isə XIII-XIV yüzilliyə aid  Lev qalasıdır. 
Azərbaycan ərazisində ulu əcdadlarımız tərəfindən əsrlər boyu yaradılan tarixi-mədəni abidələrin hamısı bizim milli yaddaşımızın tərkib hissəsidir. Bu ulu insan məskəninin istər daş-qayası, istər torpağı, suyu, istərsə də havası loğmandır.
Kəlbəcər rayonu 1993-cü il aprelin 2-də Ermənistan Silahlı Qüvvələri tərəfindən işğal olunub. İşğal nəticəsində rayonun 53 min nəfərdən çox əhalisi öz dədə-baba yurdundan didərgin düşüb. 511 dinc sakin öldürülüb, 321 adam əsir götürülüb və itkin düşüb.
Kəlbəcərin işğalından sonra BMT-nin Təhlükəsizlik Şurası Qətnamə qəbul etmişdi. Qətnamədə bütün işğalçı qüvvələrin Kəlbəcər və Azərbaycanın digər işğal olunmuş rayonlarından dərhal çıxarılması tələb olunurdu. Lakin ermənilər heç bir Qətnaməyə əhəmiyyət verməyərək işğalçı əməllərini davam etdirirdilər. İşğal etdikləri bütün ərazilərdə vandallıqla məşğul olaraq mülki evləri, obyektləri, muzeyləri, yeraltı, yerüstü sərvətləri talan edir, meşələri kəsib doğrayır, məscidlərimizi, milli-mədəni obyektlərimizi uçurur, hətta qəbristanlıqları dağıdaraq qəbir daşlarını belə satırdılar. Kəlbəcərin ərazisində olan Alban kilsələrinin isə erməni kilsəsi olduğunu iddia edirdilər.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev: "Qafqaz Albaniyasına aid olan tarixi abidələr, kilsələr bizim tarixi-mədəni sərvətimizdir. Biz bu kilsələri mədəni sərvətimiz kimi qoruyuruq." 
İşğal olunmuş ərazilərdə ekologiyaya ziyan vurulması və mülki obyektlərin dağıdılması beynəlxalq konvensiyalara görə hərbi cinayət sayılır.
44 günlük Vətən müharibəsi nəticəsində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ali Baş Komandanlığı ilə Azərbaycanın Şanlı Ordusu  ermənilərin özləri və orduları haqqında yaratdıqları mifi darmadağın etdi. Bir gün belə dayanmadan irəliləyərək hər gün yeni əraziləri erməni vandallarından təmizlədi. Haqqı-ədaləti öz gücü ilə bərpa etdi. Bu günü Azərbaycan xalqı neçə illər idi ki, səbirsizliklə gözləyirdi.
Azərbaycan Vətən müharibəsinin 44 günü ərzində 4 rayonu, Şuşa və Dağlıq Qarabağdakı digər torpaqlarımızın mühüm hissəsini hərbi yolla işğaldan azad etmişdisə, noyabrın 20-də Ağdamı, sonra isə Kəlbəcəri siyasi yolla nəzarət altına keçirdi.
Kəlbəcərin qaytarılması Azərbaycanın möhtəşəm tarixi Qələbəsinin daha bir təsdiqi idi. Bu gün Kəlbəcərdə yüksək səviyyədə genişmiqyaslı quruculuq-abadlıq işləri görülür.
Kəlbəcərlilər sevinclə doğma yurd-yuvalarına üz tuturlar.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Sərəncamına əsasən Şəhər Günləri təsis edilib. Sərəncama əsasən 25 noyabr Kəlbəcər Şəhəri Günü kimi qeyd edilir.
Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev:  "Müharibə bir daha göstərdi kim kimdir. Ermənistan məğlub edilmiş ölkədir. Azərbaycan zəfər çalmış ölkədir. Kəlbəcər bizimdir! Qarabağ Azərbaycandır!."
Könül Hüseynova
Abşeron rayonu, Məmmədli kənd tam orta məktəbin direktoru / azxeber.com

Siyasi       Tarix: 26 noyabr 2024
f Paylaş

Oxşar xəbərlər

İham Əliyev İliyana Yotovanı təbrik etdi

Prezident lham Əliyev Bolqarıstan Respublikasının Prezidenti İliyana Yotovaya təbrik məktubu ünvanlayıb. xəbər verir ki, təbrik məktubunda deyilir:. "Hörmətli xanım Prezident,. Bolqarıstan Respublikasının Prezident

Ərdoğan Türkiyə prezidentliyini ona təhvil verdi – FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Cənubi Koreyaya səfəri müddətində prezident vəzifəsini müvəqqəti icra edəcək şəxsin kimliyi bəlli olub. KONKRET. -a istinadən xəbər verir ki, bu barədə Türkiyənin "Rəsmi Qəzet"ind

Azərbaycan I Qarabağ müharibəsində itkin düşənlərlə bağlı BMT-də bəyanat yayıb

Azərbaycan I Qarabağ müharibəsi zamanı itkin düşmüş şəxslərlə bağlı BMT-də bəyanat yayıb. xəbər verir ki, bəyanatı Azərbaycanın BMT yanında Daimi Nümayəndəliyinin müşaviri Nahidə Bağırova "Növbəti dörddəbir əsrdə Qadınlar

Ceyhun Bayramov Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib

Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə görüşü çərçivəsində keçirilən Türk Dövlətləri Sivilizasiya Parkının açılış mərasimində iştirak edib. xəbər verir ki, bu barədə Azərbayca

İlham Əliyev əlcəzairli həmkarını təbrik etdi

Prezident İlham Əliyev Əlcəzair Xalq Demokratik Respublikasının Prezidenti Abdelmacid Tebbuna təbrik ünvanlayıb. xəbər verir ki, təbrikdə deyilir:. "1 Noyabr – İnqilab Günü münasibətilə Sizi və Sizin simanızda bütü

44 günlük müharibədə türk generalları nə edib? – Faktlarla CAVAB

Azərbaycanşünas erməni ekspert Tatevik Ayrapetyan növbəti dəfə heç bir ciddi fakta söykənməyən iddialarla çıxış edib. globalinfoaz-a istinadən xəbər verir ki, ümumilikdə, Ermənistan cəmiyyətində 44 günlük müharibənin ac

Bir aylıq 'qardaş' qaralama kampaniyası

Bu gün, oktyabrın 29-da Türkiyədə Respublikanın yaranmasının 103-cü ildönümünü qeyd edilir. Prezident İlham Əliyev türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanı səmimi təbrik edərək qardaş Türkiyəyə və onun xalqına sülh, rifa

Ermənistanda Azərbaycan irsinə qarşı vandalizm: 734 qəbiristanlığın aqibəti açıqlandı

Qərbi Azərbaycanda azərbaycanlılara məxsus tarixi-mədəni irsin taleyi uzun illərdir narahatlıq doğuran məsələlərdən biridir. Həmin ərazilərdə yerləşən bir sıra tarixi abidələrin ermənilər tərəfindən dağıdıldığı, vandalizm

Dövlət Ehtiyatları Agentliyinə sədr təyin edildi - SƏRƏNCAM

Səbuhi Əhəd oğlu Sadıqov Azərbaycan Dövlət Ehtiyatları Agentliyinin sədri təyin olunub. xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb


azerbaycan xeberleri son xeberler yeni xeberler cəbhədən şad xəbər maşın realiti şou en son xeberler sonxeber.az