Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib, bakal atıb - Xəsarət alan var

Kəmalə Günəşli mikrofonla toy sahibini təhqir edib, bakal atıb - Xəsarət alan varSumqayıtın Nizami küçəsində yerləşən "Park Palace" şadlıq sarayında keçirilən toy mərasimində məclis sahibi ilə müğənni Kəmalə Günəşli arasında dava-dalaş olub.
azxeber.com "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə dünən axşam saatlarda qeydə alınıb. 
Oğluna sünnət toyu keçirən V.Mikayılova 4 saatlıq çıxış üçün 4 min manata razılaşdığı Mirzəyevə Kəmalə Ələsgər qızının ifalarından razı qalmayıb. Bu da davaya səbəb olub.
Belə ki, toydan əvvəl V.Mikayılova K.Günəşlinin prodüseri ilə əlaqə saxlayaraq onu toya dəvət edib və tərəflər 4 min manata razılaşıblar. Toy sahibi qarşı tərəfin kart hesabına elektron qaydada 300 manat beh göndərib. Dünən vədələşdikləri kimi müğənni şadlıq sarayındakı məclisə gəlib. Lakin bir qədər sonra məclis sahibi K.Günəşlinin yalnız fonoqram ifa etdiyini, arzuolunan mahnıları oxumadığını deyərək ona irad bildirib və əvvəlcədən danışdıqları ödənişi etməyəcəyini deyib.
Bundan sonra onların arasında münaqişə yaranıb. İfaçı mikrofonla məclis sahibi haqqında təhqiramiz ifadələr işlədərək onu digər qonaqların yanında alçaldıb. Həmçinin dava-dalaş fiziki zorakılıqla müşayiət olunub. K.Günəşli masadakı içki bakalını götürərək V.Mikayılovaya atıb. Bakal oradakı qohumlardan biri olan oğlanın sifətinə tuş gəlib və gənc xəsarət alıb.
Hadisədən sonra hər iki tərəf polisə müraciət edib. K.Günəşli vəd edilmiş pulu tələb edib. Qarşı tərəf isə müğənninin xuliqanlıq etdiyini və qonağa, eyni zamanda məclis sahibinə xəsarət yetirdiyini bildirib.
Məsələ ilə bağlı aidiyyəti üzrə ekspertiza təyin edilib və araşdırmalar aparılır.

Şou Biznes       Tarix: 12 iyun 2025
f Paylaş

Oxşar xəbərlər

Şakiranın yeni sevgilisi odur? - Məşhur aktyordan şayiələrə CAVAB

Hollivud aktyoru və rejissoru Ben Afflek müğənni Şakira ilə münasibətdə olması barədə yayılan şayiələrə ilk dəfə münasibət bildirib. Aktyor bu iddiaları cəfəngiyat adlandırıb. "Mən bu cəfəngiyatı ilk dəfə eşidirəm. İnsanla

Ölən qızı 11 ay əvvəl boşanıbmış

Türkiyəli müğənni Atilla Taşın 14-cü mərtəbədən yıxılaraq həyatını itirən qızı Sezen Taşın keçmiş həyat yoldaşı Uğur Haliloğlu haqqında səsləndirilən iddialara cavab verib. Haliloğlu açıqlamasında Sezen Taşla 11 ay əvvə

Mauro İkardi Vanda Nara ilə rəsmən boşandı

Argentinalı futbolçu Mauro İkardi Vanda Nara ilə rəsmən boşandığını elan edib. Bu barədə hücumçu sosial şəbəkə hesablarında bəyan edin. İkardi Milan məhkəməsinin nikahın rəsmən ləğv edilməsi barədə qərar çıxardığını və 2024-c

Yenidən məhkəmədə üz-üzə gələcəklər

Dünyaca məşhur müğənni Şakira və "Barselona"nın sabiq futbolçusu Jerar Pike oğlanları ilə görüş qaydalarını müzakirə etmək üçün yenidən Barselona məhkəməsində üz-üzə gələcəklər. "EL PAÍS" nəşri xəbər veri

25 il sonra yenidən "Mumiya"da - Foto

Amerikalı aktyor Brendan Freyzer illər sonra "Mumiya" filmindəki "Rik O"Konnell" obrazına qayıdıb. Bu barədə "People" nəşri məlumat yayıb. 57 yaşlı aktyor filmin dördüncü hissəsinin çəkilişlər

Narkobaronla dava etdi deyə başqa yerə köçürüldü

"P.Diddy" kimi tanınan amerikalı reper Şon Kombs Nyu-Cersidəki həbsxanadan Pensilvaniyadakı Allenvud Federal İslah Müəssisəsinə köçürülüb. Bu barədə TMZ nəşri məlumat yayıb. Nəşr yazır ki, Allenvud həbsxanasınd

Türkiyəli məşhur aktyor 90 yaşında vəfat etdi

Türkiyənin tanınmış aktyoru, şair və yazıçı Nihat Ziyalan 90 yaşında vəfat edib. xarici mətbuata istinadən xəbər verir ki, uzun illərdir Avstraliyanın Sidney şəhərində yaşayan sənətçinin vəfatını "Kaktüs" dərgis

Danla Bilic yenidən əməliyyat olundu - Fotolar

Türkiyəli sosial media fenomeni Danla Bilic daha bir əməliyyat olunub. 9-cu dəfə əməliyyat masasına yatan Danla xəstəxanadan görüntülərini yayımlayıb. O, əməliyyatın 6 saat davam etdiyini bildirib. "Bu barədə sizə sonr

Evini 3,2 milyona satır - Fotolar

Amerikalı aktyor Ceyk Conson Los-Ancelesdəki evini satışa çıxarıb. "Yeni qız" ("New Girl") serialındakı Nik Miller obrazı ilə tanınan 48 yaşlı aktyorun müasir üslubda dizayn edilmiş evi 3 milyon 295 mi


son xeberler yeni xeberler azerbaycan xeberleri sonxeberler en son xeberler cəbhədən ən son xəbərlər ensonxeberler