Kənd təsərrüfatı ilə məşğul olanlar karantin dövründə necə hərəkət edəcək? - Qərar

Kənd təsərrüfatı ilə məşğul olanlar karantin dövründə necə hərəkət edəcək? - QərarNazirlər Kabineti "Koronavirus (COVID-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 2 aprel tarixli 124 nömrəli Qərarında dəyişiklik edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, bununla bağlı Baş Nazir Əli Əsədov qərar imzalayıb.
Qərara aşağıdakı məzmunda 1.2-1-ci bənd əlavə edilib:
"Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı məsələlər bu Qərarın 3 nömrəli əlavəsi ilə tənzimlənir".
Kənd təsərrüfatı və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı təlimat xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin, o cümlədən yardımçı sahələrdə (xammal, istehsal vasitələrinin (gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, texnika və materialların, aqrokimyəvi maddələrin) istehsalı, idxalı, satışı və aqrotexniki xidmətlərin göstərilməsi) fəaliyyət göstərən şəxslərin hərəkəti ilə bağlı qaydaları müəyyən edir.
Xüsusi karantin rejimi dövründə kənd təsərrüfatı məhsullarının istehsalı, emalı ilə məşğul olan şəxslərin və yardımçı sahələrdə fəaliyyət göstərən şəxslərin hərəkətinə aşağıdakı hallarda yol verilir:
- kənd təsərrüfatı məhsullarının və xammalının istehsalı, idxalı, tədarükü, təchizatı, saxlanması, daşınması, emalı, satışı, utilizasiyası ilə bağlı fəaliyyət;
- heyvandarlıq sahəsində fermer fəaliyyəti: baytarlıq tədbirlərinin aparılması, heyvanların yemlənməsi, məhsullarının toplanması, daşınması (heyvan və ya məhsul), satışı, kəsilməsi, soyuducuya yığılması, utilizasiyası; iri və xırdabuynuzlu heyvanların qış otlaqlarından yay otlaqlarına aparılması;
- bitkiçilik sahəsində fermer fəaliyyəti: şum, səpin, əkin, suvarma, budama və digər aqrotexniki qulluq (dərmanlama, gübrələmə və s.), məhsul yığımı, daşınması, anbara yığılması;
- gübrə, pestisid, toxum, baytarlıq preparatlarının, bitki mühafizə vasitələrinin, suvarma və kənd təsərrüfatı texnika və materiallarının, aqrokimyəvi maddələrin istehsalı, idxalı, daşınması, satışı, qurulması və tətbiqi;
- aqrotexniki və baytarlıq xidmətlərinin göstərilməsi;
-heyvanlar üçün yem satış məntəqələrinin fəaliyyəti.
Bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən aşağıdakı şəxslərin rayon və şəhərdaxili, habelə rayonlar və şəhərlərarası hərəkətinə icazə verilir:
- fermerlər (kənd təsərrüfatı məhsullarının istehsalçıları);
- tədarükçülər və təchizatçılar;
- aqronomlar;
- baytar həkimlər;
- zootexniklər;
- süni mayalanma mütəxəssisləri;
- mövsümi işçilər (budama, alaqlama, məhsul yığımı və s. sahələrdə);
- mexanizatorlar (kənd təsərrüfatı texnikalarını idarə etmək hüququ olan şəxslər);
- bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələr üzrə fəaliyyət göstərən şəxslərin işçiləri.
Bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslər ilə birgə onların istifadəsində olan nəqliyyat vasitələrinin hərəkətinə icazə verilir.
Şəxslərin hərəkətinin təşkili
Hüquqi şəxslər və hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslər - bu Təlimatın 2.1-ci bəndində göstərilən sahələrdə fəaliyyət göstərəcək əməkdaşları barədə məlumatları elektron imza vasitəsilə "icaze.e-gov.az" portalına daxil etdikdən sonra onların şəhərlərarası, rayonlararası, habelə rayon daxilində hərəkətinə (nəqliyyat vasitələri ilə birgə) yol verilir.
Bu Təlimatın 4.1-ci bəndində göstərilənlər istisna olmaqla, bu Təlimatın 3.1-ci bəndi ilə müəyyən edilən şəxslərin hərəkəti aşağıdakı qaydada həyata keçirilir:
- olduğu kənd daxilində - sərbəst qaydada;
- olduğu rayon daxilində (kəndlərarası, rayon-kənd, kənd-rayon) - yerli icra hakimiyyəti orqanlarının ərazi nümayəndəliklərinin arayışı ilə (1 nömrəli əlavə);
- rayonlar arasında - mexanizator, "Elektron Kənd Təsərrüfatı" informasiya sistemində (bundan sonra - EKTİS) qeydiyyatdan keçmiş fermer, təchizatçı, tədarükçü - olduğu rayon dövlət aqrar inkişaf mərkəzinin (bundan sonra - DAİM), digərləri - olduğu rayon yerli icra hakimiyyəti orqanının arayışı ilə (2 nömrəli əlavə);
- Bakı-Sumqayıt şəhərləri - rayon arasında - Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyi və Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin arayışı ilə (3 nömrəli əlavə).
Bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilən qurumlar müvafiq arayışların verilməsi zamanı xüsusi karantin rejiminin tələblərinə ciddi riayət etməlidirlər.
Bu Təlimatda nəzərdə tutulmuş qaydada şəxslərin hərəkəti zamanı şəxsiyyəti təsdiq edən sənədlərin, habelə bu Təlimatın 4.2-ci bəndi ilə müəyyən edilmiş sənədin üzərlərində olması məcburidir.
Bu Təlimatda nəzərdə tutulmuş qaydada hərəkətin təşkili, habelə hərəkət zamanı xüsusi karantin rejiminin tələblərinə əməl olunmasına nəzarət Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi tərəfindən həyata keçirilir.
Bu Təlimatın tələblərinə əməl etməyən DAİM və Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin yanında Aqrar Xidmətlər Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyinin Çağrı Mərkəzinə (1652) müraciət edə bilərlər.
Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyinin Çağrı Mərkəzinə (1003) müraciət edə bilərlər.
Bu Təlimatın tələblərinə əməl etməyən Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin əməkdaşları barədə şəxslər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Zəng Mərkəzinə (102) müraciət edə bilərlər.
Müraciət əsaslı hesab olunduqda, bu hal əməkdaşın intizam məsuliyyətinə cəlb edilməsi üçün əsasdır.
Bu Təlimatın tələblərinin pozulması halları xüsusi karantin rejiminin pozulması kimi qiymətləndirilməklə, Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət məcəllələrində nəzərdə tutulmuş məsuliyyətə səbəb olacaqdır.
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 05 aprel 2020
f Paylaş

Kurslar.az kurslar [newsid: 0-123300]

Oxşar xəbərlər

Bank kartında pul saxlamaq təhlükəlidirmi? - Ekspert riskləri açıqladı

Müasir dövrdə nağd puldan istifadə getdikcə azalır, rəqəmsal ödənişlər və bank kartları isə gündəlik həyatımızın ayrılmaz hissəsinə çevrilir. Bank kartları sürətli və rahat ödəniş imkanı yaratsa da, vətəndaşların maliyy

Çoxuşaqlı anaların pensiya yaşı dəyişir?

2026-cı il iyulun 1-dən Azərbaycanda qadınların ümumi pensiya yaşı 65-ə çatıb. Beş və daha çox uşağı olan analar isə qanunvericilikdə nəzərdə tutulan şərtlərlə pensiyaya beş il daha tez – 60 yaşında çıxa bilirlər. Bəs çoxuşaql

Biləcəridə yeni 2 otaqlı st. mənzillər satışda – 50,16 kv.m-dən başlayan təkliflər

"Kristal"ın Avtovağzalmetro stansiyasının yaxınlığında yerləşən Biləcəri Yaşayış Kompleksində yeni2 otaqlı studiya mənzillərin satışına başlanılıb. Sahəsi 50,16 kv.m-dənbaşlayan mənzillər tikinti mərhələsində, sərfəl

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Hədəfinə çat, əlavə faiz qazan: Yelo Bank-dan yeni əmanət məhsulu

Yelo Bank yığım vərdişini oyuna, hədəfə çatmağı isə qazanca çevirən yeni əmanət məhsulunu – "Yelo Hədəf"i təqdim edir. Məhsulun əsas yanaşması sadədir: müştəri əmanət açarkən özü üçün hədəf məbləğ müəyyən edir

Qızıl və gümüş bahalaşdı

Nyu-York birjasında qızıl və gümüşün qiyməti artıb. COMEX əmtəə birjasında qızıl fyuçerslərinin dəyəri 0.58% artaraq 4.031 ABŞ dollarına bərabər olub. COMEX-də gümüşün unsiya üzrə fyuçersləri isə 0.68% bahalaşaraq 54.31 AB

Sahibkarların iştirakı ilə "44" bədii filminin xüsusi nümayişi keçirildi - FOTOLAR

Oktyabrın 28-də Marsol Group və İş Adamları Cəmiyyətinin Milli Assosiasiyasının (İCMA) təşkilatçılığı, sahibkarların iştirakı ilə 44 günlük Vətən müharibəsində qazanılmış Zəfərə həsr olunan "44" bədii filminin xüsus

Birbank-dan "7 gözəl gün": bonuslar və 70%-dək endirim fürsəti

Ölkənin ilk rəqəmsal bankı Birbank 26 oktyabr – 1 noyabr tarixlərində müştərilərinə daha sərfəli alış-veriş imkanı yaradan "7 gözəl gün" kampaniyasını təqdim edir. Kampaniya çərçivəsində müştərilər ödənişlərində

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən son vəziyyət xeber.az ən son xəbərlər xabar az