"KiberDiplomatiya" tədbirinin ilk dəfə Azərbaycanda keçirilməsi strateji əhəmiyyətə malikdir
Xəbər verdiyimiz kimi, "Dövlət qurumları İT rəhbərlərinin IV Zirvə Toplantısı" keçirilib.
azxeber.com xəbər verir ki, tədbirdə çıxış edən Xüsusi Rabitə və Informasiya Təhlükəsizliyi Dövlət Xidmətinin Baş idarə rəisi general-mayor Azər Əhədov çıxışı zamanı Azərbaycanda keçiriləcək "KiberDiplomatiya" tədbirinin əhəmiyyətindən danışıb:
"KiberDiplomatiya" dünyada yeni yanaşma və trend olduğundan belə tədbirin region olaraq ilk dəfə Azərbaycanda keçirilməsi və ölkəmizi regional mərkəzə çevirməsi strateji əhəmiyyətə malikdir.
Diplomatik nümayəndələrin, eləcə də artıq bəzi ölkələrdə yeni diplomatik vəzifəyə çevrilən kibersəfirlərin, o cümlədən sahə üzrə qlobal aktorların diplomatiyanın informasiya təhlükəsizliyindəki rolunu müzakirə etmək üçün Azərbaycanda toplanması ölkəmiz üçün faydalı olacaqdır".
Qeyd edək ki, ötən il Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti ilə Rumıniyanın İnformatika üzrə Milli Tədqiqat və İnkişaf İnstitutu arasında imzalanan Anlaşma Memorandumuna əsasən KiberDiplomatiya üzrə Beynəlxalq Konfransın regional təmçiliyi ekskluziv olaraq Xidmətə verilmiş və cari ilin 25 sentyabr tarixində "KiberDiplomatiya" üzrə Beynəlxalq Konfransın Azərbaycanda keçirilməsi qərara alınıb.
Günel Hüseynli

Paşinyanın 2027–2028-ci il planı: Moskva ilə münasibətlər pisləşəcək
ABŞ-ın İrana qarşı düşmənçiliyi dəyişməyəcək - Xamenei
İlyas Yalçıntaş sərbəst buraxıldı
Metro və avtobusa tək ödəniş - Sistem nə vaxtdan işə düşüəcək?
Masallıda itkin düşən şəxs Bakıda tapıldı
Estoniya Azərbaycanla energetika və təhsil sahələrində əməkdaşlığı genişləndirmək niyyətindədir
Prezident Dövlət Ehtiyatları Agentliyinin əsasnaməsini və strukturunu təsdiqləyib
ICESCO-nun Baş direktoru Zəfər Günü münasibətilə İlham Əliyevi təbrik edib
Əli Kərimli və Məmməd İbrahimin məhkəməsi başladı
"Qırmızı Ürəklər" Təhsil Təqaüd Proqramı çərçivəsində daha 20 tələbəyə təqaüd ayrılacaq
Ramiz Mehdiyevin qızından atası haqda etiraf: Həmin sənəd…
Uşaqlar və pensiyaçılar üçün yaşayış minimumu açıqlandı
"Qalatasaray"ın ulduz oyunçusu Messi və Ronaldonu geridə qoydu