Kim Çen In Şoyquya gizli dronları göstərdi - FOTO
Kim Çen In Şoyquya gizli dronları göstərdi - FOTO
KXDR rəhbəri Kim Çen In Rusiyanın müdafiə naziri Sergey Şoyquya Şimali Koreya istehsalı olan məxfi PUA-ları və qitələrarası ballistik raketləri göstərib.
Bu barədə Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) və Cənubi Koreyanın "Yonhap" Agentliyi məlumat yayıb.
"Yoldaş Kim Çen In Sergey Şoyqunu Koreya Əmək Partiyasının VIII Qurultayında irəli sürülən dövlətin müdafiəsinin inkişafı proqramına əsasən hazırlanmış və istehsal edilmiş silahlarla, həmçinin hərbi texnikalarla tanış etdi", - deyə KCNA-nın məlumatında bildirilib.
Bildirilir ki, bu pilotsuz təyyarələr ilk dəfə nümayiş etdirilib.
"Yonhap" nəşr olunan fotoşəkillərə istinad edərək belə qənaətə gəlib ki, nümayiş etdirilən bu texnikalar ABŞ-nin "Reaper" və "Globak Hawk" tipli PUA-larına bənzər yeni dronlardır.
O da vurğulanır ki, KXDR artıq bu PUA-ları sınaqdan keçirib.
Qeyd edək ki, Şoyqu 1950-1953-cü illər müharibəsində Koreya xalqının qələbəsinin ildönümünə həsr olunmuş bayram tədbirlərində iştirak üçün KXDR-ə gedib. Səfər zamanı o, Pxenyanda Kim Çen Inla görüşüb.





Mənbə: URA.ru / oxu.az
Turlar.az [newsid: 0-123300]

Bakı Hərbi Kollecinin kursantı vəfat etdi
Merz Aİ-nin büdcə planının bir neçə yüz milyard avro azaldılmasını istəyib
İranda benzin bahalaşdı, Azərbaycanda nə olacaq? - AÇIQLAMA
"Qarabağ"da qızlardan ibarət yeni komanda yaradıldı
Tramp müharibənin bitmə zamanını açıqladı
Natiq Cəfərli: "Bank faizləri aşağı salınmalıdır"
Azərbaycanda qızıl bahalaşdı
Zelenski o hərəkətinə görə tənqid olundu
Azərbaycanda maaş artdı
Zubir "Qarabağ"a qayıdır? – SÜRPRİZ
Bakıda mağazada qadın döyüldü
Məşhur türk aktyoru vəfat etdi
Azərbaycan Hava Yolları Ciddəyə müntəzəm uçuşları bərpa edir
Kərimin səhhətində problem yarandı
Azercell ilk yeni nəsil diller mağazasını istifadəyə verir - FOTOLAR