Kino ittifaqlarının birləşməsinə münasibət: "Arvadın bir əri olar, iki əri olanda..." - SORĞU + FOTO

Kino ittifaqlarının birləşməsinə münasibət: Kino ittifaqlarının birləşməsinə münasibət: "Arvadın bir əri olar, iki əri olanda..." - SORĞU + FOTO
İyulun 26-da Azərbaycan Kinematoqrafçılar İttifaqı (AKİ) və Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının (ARKİ) İdarə Heyətlərinin birgə iclası keçirilib və hər iki təşkilatın birləşməsi haqqında qərar qəbul edilib. Birləşən təşkilatlar isə bundan sonra Azərbaycan Kinematoqrafçılar Birliyi adlandırılacaqlar.
Bəs görəsən, kino ittifaqlarının birləşdirilməsinə aktyorların münasibəti necədir? Onlar bu birliyin sədri olaraq kimi görmək istəyirlər?
Məsələ ilə bağlı Oxu.Az-ın əməkdaşı bir neçə aktyor ilə danışıb.
Xalq artisti Firəngiz Mütəllimova heç bir ittifaqa üzv olmadığını söyləyib:
Kino ittifaqlarının birləşməsinə münasibət: "Mən heç bir ittifaqın üzvü deyiləm. Ona görə də daxili işlərdən xəbərim yoxdur. Hər iki ittifaqın sədrinə böyük hörmətim var. Şəfiqə xanım da, Rasim bəy də bizim dəyərli sənətkarlarımızdır.  Hər halda üzv olanlar seçki edib, sədri seçəcəklər. Mən bilmədiyim məsələyə müdaxilə edə və münasibət bildirə bilmərəm. Teatr ilə bağlı olsaydı, fikrimi deyərdim".
Xalq artisti Valeh Kərimov kino ittifaqlarının birləşdirilməsinin çox düzgün qərar olduğunu vurğulayıb:
Kino ittifaqlarının birləşməsinə münasibət: "Hər iki ittifaqın vahid adda birləşməsi doğru qərardır. Bundan yaxşı qərar ola bilməzdi. Faydalarını görəcəyik. Əsas faydası odur ki, bir nəfərin sözü eşidiləcək. El arasında belə bir məsəl var ki, arvadın bir əri olar, iki əri olanda vəziyyət yaxşı olmur".
Xalq artisti, aktrisa Naibə Allahverdiyeva əlavə edib ki, barmaqlar yumruq kimi birləşəndə inkişaf da olacaq:
Kino ittifaqlarının birləşməsinə münasibət: "Düşünürəm ki, hər iki təşkilatın birləşməsi çox gözəl oldu. Barmaqlar yumruq halında birləşəndə, inkişaf da olacaq. Yalnız sənət naminə işlər görülməlidir. Lakin az da olsa, rəqabət də olmalıdır. Təşkilata ağıllı, kinoya dəyər verəni rəhbər seçsinlər, özünü düşünəni yox. Sənəti sevən olmalıdır ki, kinonun inkişafına səy göstərsin. Aktyorlara ata qayğısı göstərsin".
N.Allahverdiyeva filmlərdə aktrisa kimi lazımi qədər istifadə olunmadığını vurğulayıb:
"Mən çox istəyərdim ki, kinomuz inkişaf etsin. Aktrisa kimi fikirləşirəm ki, kinoda lazımi qədər istifadə olunmadım. Bizim nəsil kinoda müəyyən səbəblərə görə, o qədər də çəkilmədik. Çox istərdim kinostudiyamız təmir olunsun. Əvvəllər orada qızğın işlər gedirdi. İstərdim yenidən olsun. Mənə elə gəlir ki, olacaq. Buna inanıram. Hər halda kinonu, sənətini sevən, onun inkişafında əməyini sərf edən insan sədr seçilməlidir. Kreslo üçün sədr gəlməməlidir, kinomuza can yandırmaq lazımdır".
Xalq artisti Məleykə Əsədova kino ittifaqlarının birləşməsindən xəbərdar olduğunu söyləyib:
Kino ittifaqlarının birləşməsinə münasibət: "Bu aralar çox məşğulam. Lakin ittifaqların birləşməsindən xəbərdaram. Mənim sözün əsl mənasında bütün sənətkarlara böyük hörmətim var. Şəfiqə xanım da, Rasim bəy də hər ikisi böyük sənətkarlardır. Sənəti olan sənətkarları Allah var etsin! Yalnız bu qədər deyə bilərəm".
Nəzrin vahid

Maraqlı       Tarix: 09 avqust 2023
f Paylaş

Oxşar xəbərlər

Su sızması ustası hansı xidmətləri göstərir?

Su sızması ustası borularda, kranlarda və su bağlantılarında yaranan sızmaları tapır və təmir edir. Su sızması kiçik görünsə də, davam etdikdə divar və döşəmədə nəmlik yarada bilər. Buna görə problemin mənbəyini tapmaq v

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO

Evinə basqın edilərək saxlanılan türkiyəli müğənni ilə bağlı iddia: Tanınmışlara narkotik satırmış? - FOTO. Məşhur türkiyəli müğənni Kalben Sağdıç barəsində aparılan narkotik işi üzrə istintaq prosesində yeni təfərrüat ortay

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı

Beyninə çip yerləşdirilimiş ilk pasiyentin son vəziyyəti açıqlandı. İlon Maskın "Neuralink" proqramı çərçivəsində 2024-cü ilin martında ilk dəfə beyninə çip yerləşdirilmiş xəstənin son vəziyyəti açıqlanıb. Xəst

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır? - SƏBƏB. "Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Bu barədə rusiyalı revmatoloq Alina Puzakova danışıb

Ucuz generator almağın hansı riskləri var?

Ucuz generator dedikdə bazarda eyni güc kateqoriyasında olan digər modellərlə müqayisədə daha aşağı qiymətə təklif edilən generatorlar nəzərdə tutulur. Bəzi hallarda sadə funksiyalara malik modellər daha münasib qiymətl

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah

Wolt Market fəaliyyətini genişləndirməklə yanaşı sürət, davamlılıq və əlçatanlıq prinsiplərinə sadiqliyini gücləndirir

"Dark store" formatında fəaliyyət göstərən və sürətlə böyüyən onlayn supermarket şəbəkəsi Wolt Market (WM), keçmiş Nəsimi Bazarı ərazisində yeni mağazasının açılışını elan etməkdən məmnunluq duyur. Bu yeni mağaz

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas


azerbaycan xeberleri yeni xeberler son xeberler valyuta mezennesi son xeber 2026 son xeberler azerbaycan xeber.az son xeberler