Kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
Kirayə mənzil bazarında vəziyyət necədir? - VİDEO
Noyabr ayı olsa da, kirayə mənzil bazarında hələ də payızın əvvəllərində olan vəziyyət hökm sürür.
Yəni qiymətlər yüksək olaraq qalmaqdadır. Buna görə də mənzil axtarışında olanlar uyğun qiymətə kirayə ev tapa bilmir.
Kirayə mənzil bazarında ev axtarışına çıxanlar məyus qayıdır. Xüsusilə də tələbələr bu məsələdə çətinlik çəkir. Dərslərin bir neçə aydır ki, başlamasına baxmayaraq, onlar hələ də öz ciblərinə uyğun ev tapa bilmirlər.
Ekspertlər də təsdiq edir ki, kirayə mənzillərin qiymətində enmə müşahidə olunmur. Yaxın zamanda da ucuzlaşma gözlənilmir.
Kirayə evlərin qiyməti şəhərin mərkəzində adətən 300-400 manat arasında dəyişir, bu da nəinki bölgələrdən paytaxta üz tutan tələbələrin, həm də ailəvi yaşamaq istəyənlərin ciblərinə uyğun deyil.
Ekspertlərin fikrincə, ölkəyə turist axınının artması kirayə mənzil bazarındakı qiymətlərə da təsir edir. Turistlərin sayının artması ölkə üçün nə qədər yaxşı olsa da, yataqxanaların sayının az olduğu bir şəhərdə tələbələrin ev tapmaması bir o qədər də pis haldır.
İlhamə Kələyeva, Firdovsi Mərdanov /oxu.az
f Paylaş
Rusiya danışıqlar üçün şərt qoymur - Peskov
Elnarə Xəlilova da iynə ilə arıqlayır
Yeni mənzil alarkən maksimum qazanc əldə etməyin qaydası açıqlandı
Konqresmen: "Ermənistan və Azərbaycan Trampın prezidentliyinin sonuna qədər sülh müqaviləsi imzalaya bilərlər"
Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama
Heyvana işgəncə verənləri hansı cərimə gözləyir? - Məbləğlər açıqlandı
Azərbaycanda "rəqabət xəritəsi" hazırlanacaq, bəzi bazarlarda qaydalar dəyişəcək
ABŞ səfirliyi Azərbaycana təşəkkür etdi
Aşk-ı Memnu'nun aktrisasında xərçəng aşkarlandı - FOTO
Serhat Kılıçın rolu ona verildi - Foto
İsmayıl Kartal öz postunda qaldı
Futboldan ömürlük uzaqlaşdırıldılar
İngiltərə Premyer Liqasında ötən ayın ən yaxşı baş məşqçisi və futbolçusu açıqlanıb
Azərbaycanda bir sıra məhsul və xidmət bazarları rəqabətli modelə keçəcək
Qırmızı Ürəklər Fondunun "Onu Oxut" aksiyası yekunlaşıb