KİV: ABŞ-nin NATO-dan çıxması ideyası güclənir, hərbçilər Avropadan çıxarılır
Yuta ştatından olan respublikaçı senator Mayk Li deyib ki, ABŞ NATO-dan çıxmalıdır.
AZXEBER. COM "Report"a istinadən xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Sloveniyanın NATO-ya kifayət qədər töhfə vermədiyini bildirən ABŞ prezidentinin xüsusi tapşırıqlar üzrə xüsusi nümayəndəsi Riçard Qrenellin şərhinə senator "NATO-dan çıxmaq vaxtıdır" yazıb.
Bu arada "Washington Post" qəzeti mənbələrə istinadən məlumat verib ki, ABŞ prezidenti Donald Tramp 20 min Amerika əsgərinin Avropadan çıxarılmasına göstəriş verə bilər ki, bu da Avropanın təhlükəsizliyi üçün əsl kabus olacaq:
"Tramp administrasiyasının avropalı müttəfiqləri ilə dərinləşən fikir ayrılığı və Amerika qoşunlarının sayını azaltmaq təklifləri Avropanın İkinci dünya müharibəsindən bəri təhlükəsizliyinin əsasını təşkil edən ABŞ ilə 80 illik müqaviləyə qitənin hələ də nə qədər arxalana biləcəyi ilə bağlı narahatlığını artırıb".
Qeyd olunub ki, Avropa liderləri Amerika kontingentinin hər hansı ixtisarı baş verərsə, bunun Vaşinqton və Moskva arasında danışıqların nəticəsi olmayacağına dair zəmanətlərə sahib olmaq istəyirlər.
ABŞ prezidenti Donald Trampın özü bəyan edib ki, təşkilata üzv olan digər ölkələr maliyyə öhdəliklərini yerinə yetirməsə, ABŞ NATO-dan çıxa bilər.
Dekabrın 3-də İsveçrə parlamentinin üzvü Jaklin De Kuatro isə bildirib ki, ABŞ-nin NATO-dan mümkün çıxması hərbi bloku zəiflədəcək. Öz növbəsində ABŞ dövlət katibi Marko Rubio NATO üçün yeganə təhlükəni hərbi blokda zəif orduya malik ölkələrin olması adlandırıb.

Prezidentin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb
Laos dövlət başçısı Prezident İlham Əliyevi rəsmi səfərə dəvət edib
Pezeşkiana çağırış edən QHT rəhbərləri danışdı: "Azərbaycanlı uşaqlar öz dilində oxusun
"Qarabağ" ev oyunlarını bu stadionda keçirəcək
Türk lirəsi tarixi minimuma düşdü
Azərbaycanı IMF-nin rəhbər orqanında Kristof Baumann-Kesten təmsil edəcək
"Sabah"ın oyunu bu hakimlərə tapşırıldı
"Sabah"ı Norveçdə nə qədər azarkeş dəstəkləyəcək?
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qaytarıla bilməyən kreditlər bağlanacaq
Veysəloğlu Şirkətlər Qrupunun tərəfdaşlığı ilə ADA Məktəbində "Məhsul bayramı" keçirildi - FOTOLAR
İranda virus təhlükəsi artır: Azərbaycana da yayıla bilər?
Azərbaycanda əsgər 14 yaşlı qıza görə həbs edildi
Kredit götürüb xaricə qaçsaq nə olar?
Batrakovun transfer qiyməti açıqlandı