Kivinin faydaları

Kivinin faydalarıKivi təkcə dadlı desert deyil, həm də superqida adlandırıla bilən çox faydalı sağlamlıq məhsuludur.
Rusiyalı endokrinoloq Yekaterina Kazaçkova bildirib ki, birincisi, kividə böyük miqdarda C vitamini var.
"Ortaölçülü bir kividə portağaldan daha çox C vitamini var. Axı C vitamini immunitetimizin əsasıdır. O, orqanizmə viruslar və bakteriyalarla mübarizə aparmağa kömək edir, damar divarlarını möhkəmləndirir və hətta dərimiz üçün çox vacib olan kollagenin sintezində iştirak edir", – deyə mütəxəssis bildirib.
İkincisi, kivi liflərlə zəngindir. Müvafiq olaraq, bu məhsul bağırsaqlar üçün faydalıdır. Həkimin izah etdiyi kimi, lif bağırsaqda yaşayan faydalı bakteriyalar üçün qidadır. O, onların çoxalmasına və mikrofloranın sağlam balansını qorumağa kömək edir.
"Bundan əlavə, kivi aktinidin fermenti ehtiva edir. Bu ferment zülalların daha yaxşı həzm olunmasına kömək edir ki, bu da xüsusilə qidalanmasına diqqət edən və daha çox zülallı qida qəbul etməyə çalışanlar üçün vacibdir. Bununla yanaşı, kivi artıq çəki ilə mübarizədə kömək edə bilər. O, az kalorilidir, lakin yüksək lif tərkibi sayəsində toxluq hissi verir", – deyə endokrinoloq əlavə edib.
Həmçinin mütəxəssis maksimum fayda əldə etmək üçün kivinin düzgün istifadəsi barədə danışıb. İlk növbədə o qeyd edib ki, bir çox insan kivini qabığından təmizləyir, lakin əslində məhz qabığında çoxlu faydalı maddələr var.
"Əlbəttə, onun teksturu hamının xoşuna gəlmir, amma əgər buna dözə bilsəniz, daha çox fayda əldə edəcəksiniz", – həkim vurğulayıb.
Daha bir maraqlı fakt – kivi digər məhsullarla mükəmməl uyğunlaşır. Məsələn, onu salatlara, "smuzi"lərə əlavə etmək və ya hətta ət üçün marinad kimi istifadə etmək olar. Əvvəl haqqında danışdığımız aktinidin ət liflərini yumşaldaraq yeməyi daha zərif edir.
"Lakin ölçünü də unutmaq lazım deyil. Hər bir məhsul kimi, kivini də ağlabatan miqdarda qəbul etmək daha yaxşıdır. Gündə iki-üç meyvə bütün faydalı maddələri almaq və orqanizmi həddindən artıq yükləməmək üçün kifayət edəcək", – deyə Kazaçkova vurğulayıb.Oxu.Az / konkret.az

Sağlamlıq       Tarix: 03 noyabr 2024
f Paylaş

Tezbazar.az elanlar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Alzheimer və Parkinsondan qorunmağın yolu: Bir sadə hərəkətlə

Gündəlik fiziki hərəkətlərin beyin sağlamlığı üçün faydası gözləniləndən daha böyük ola bilər. Alimlər qarın əzələlərinin hərəkətinin beyində maye dövranını sürətləndirə və tullantıların xaric edilməsinə kömək edə biləcəyin

Çox işləmək piylənməyə səbəb olur

Kvinslend Universitetinin tədqiqatçıları belə qənaətə gəliblər ki, iş saatlarının azaldılması təkcə stressi deyil, ümumilikdə sağlamlığa da müsbət təsir edir. xəbər verir ki, onlarla ölkədən toplanan məlumatların təhlil

Qan qrupunuz sənəddə belə yazılıb: Bəs xəstəxanada yenidən yoxlanıla bilərmi?

Qan köçürülməsi zamanı xəstənin qan qrupunun düzgün müəyyən edilməsi həyati əhəmiyyət daşıyır. Vətəndaşların şəxsiyyət vəsiqəsində qan qrupu barədə məlumat qeyd olunsa da, bu məlumatın tibbi prosedur zamanı nə dərəcədə əsa

Ölkəmizdə Hantavirus yayılıb? - RƏSMİ

Bir sıra Avropa ölkələrində Hantavirus təhlükəsi ilə bağlı izolizasiya tədbirləri görülüb. Hətta qonşu ölkələrin bir neçə vətəndaşı da virus səbəbilə karantinə alınıb. Bəs görəsən, Azərbaycanda vəziyyət necədir? Virusa yoluxm

İnfarktın qarşısını almaq üçün vacib QAYDALAR

"Mütəmadi testlər infarktın qarşısını almağa kömək edə bilər. Bunlara lipidoqrammanı (xolesterin və onun fraksiyalarının göstəricisi), eləcə də qanda qlükoza səviyyəsini nəzarətdə saxlamaq daxildir". -a istinadə

Bu meyvələr diabet yaradır? - Həkimdən XƏBƏRDARLIQ

Yay aylarında ərik, gilas, çiyələk, qarpız kimi mövsümi meyvələrə maraq artır. Lakin insanlar arasında geniş yayılmış fikirlərdən biri də şirin meyvələrin həddindən artıq istehlakının şəkər xəstəliyinə səbəb olması ilə bağlıdır

Qızılca ilə bağlı son vəziyyət açıqlandı

Ötən ilin müvafiq dövrü ilə müqayisədə cari ilin ilk doqquz ayı ərzində qızılca üzrə qeydə alınan yoluxma göstəricilərində epidemioloji vəziyyəti narahatlıq doğuran dəyişiklik müşahidə olunmayıb. KONKRET.azxəbər verir ki

Süni intellektin köməyi ilə zəhər hazırladı, valideynlərini öldürmək istədi - ABŞ-da dəhşətli olay

OpenAI-a məxsus ChatGPT istifadəçilərin sorğularına əsasən bioloji silah və zəhərlərin hazırlanması ilə bağlı ətraflı və dəqiq təlimatlar verib. KONKRET.azxəbər verir ki, bu barədə The Wall Street Journal yazır. Nəşrin məlumatın

Oturaq həyat tərzi sürənlərə XƏBƏRDARLIQ: Bu, sizi təhlükədən qoruyacaq

Uzun müddət oturaq vəziyyətdə qalmaq sağlamlıq üçün ciddi risklər yarada bilər. Xüsusilə hərəkətsiz həyat tərzi keçirən insanlarda dərin venaların trombozu kimi ürək-damar problemlərinin yaranma riski artır. Damar cərrah


yeni xeberler son xeberler azerbaycan xeberleri cəbhədən xəbərlər siyaseti xeberler bugun en son xeberler bu gun idman xeberleri