KOBİA sahibkarlara çağırış etdi

KOBİA sahibkarlara çağırış etdiAzərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov sahibkarlara müraciət edib.
Milli.Az Trend-ə istinadən bildirir ki, müraciətdə deyilir:
"Hörmətli sahibkarlar!
Bu gün bütün dünya qlobal miqyasda koronavirus (COVİD-19) infeksiyası ilə mübarizə aparır. Azərbaycan da ilk gündən Ümumdünya Səhiyyə Təşkilatı ilə əməkdaşlıq çərçivəsində ölkə vətəndaşlarının sağlamlığının qorunması, infeksiyanın yayılmasının qarşısının alınması və təsirlərinin minimuma endirilməsi istiqamətində müvafiq preventiv və profilaktik tədbirlər həyata keçirir.
Qlobal pandemiyaya çevrilmiş koronavirus insanların sağlamlığı ilə yanaşı, dünya iqtisadiyyatına da neqativ təsir göstərməkdədir. Azərbaycan da dünya iqtisadiyyatının bir hissəsidir və qlobal miqyasda baş verən proseslər ölkəmizə də təsirsiz ötüşmür.
Koronavirusla bağlı bütün dünyada, o cümlədən ölkəmizdə iqtisadi, mədəni və idman tədbirlərinin təxirə salınması, sərhədlərin bağlanması, turizm, ticarət, ictimai iaşə, sərnişin və yükdaşımaları sektorlarındakı durğunluq, eləcə də ölkəmizdə müxtəlif sahələrdə xüsusi iş rejiminin tətbiqi və əhalinin sosial təcrid olunması təbii olaraq, işgüzar fəallığı zəiflədir, iqtisadiyyatın müxtəlif sahələrinin inkişafına, eləcə də, KOB subyektlərinə öz mənfi təsirini göstərir.
Bildiyiniz kimi, Azərbaycan Respublikasının Prezidenti daim, xüsusilə də ən çətin vaxtlarda hər bir Azərbaycan vətəndaşına öz diqqət və qayğısını əsirgəmir, sahibkarlıq və özəl sektorun inkişafına öz dəstəyini göstərir. Dövlət başçısının koronavirus pandemiyasının və bundan irəli gələrək dünya enerji və səhm bazarlarında baş verən kəskin dalğalanmaların ölkə iqtisadiyyatına, makroiqtisadi sabitliyə, məşğulluq və sahibkarlıq subyektlərinə mənfi təsirinin azaldılması ilə bağlı martın 19-da imzaladığı Sərəncam və ayrılmış 1 milyard manat həcmində vəsait bunu bir daha əyani şəkildə sübut edir. Eyni zamanda Prezident İlham Əliyevin tapşırığına uyğun olaraq, hazırda tətbiq edilən məhdudlaşdırıcı tədbirlər nəticəsində sahibkarların qarşılaşa biləcəyi itkilərin minimuma endirilməsi üçün hökumət tərəfindən müvafiq təkliflər paketi hazırlanır.
Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) də koronavirus infeksiyasının turizm, ictimai-iaşə, ticarət, yükdaşıma-logistika sektorlarına, xüsusilə də bu sahələrdə fəaliyyət göstərən kiçik və orta biznes (KOB) subyektlərinə təsirləri ilə bağlı müvafiq təkliflərin hazırlanması prosesində iştirak edir.
Məlumat üçün qeyd edim ki, koronavirus infeksiyasının kiçik və orta sahibkarlığa təsirinin müəyyənləşdirilməsi, yaranmış çətinliklərdən çıxış yollarının müzakirəsi, sahibkarların gözləntilərinin və təkliflərinin öyrənilməsi məqsədilə KOBİA tərəfindən 80-ə yaxın sahibkarın iştirakı ilə görüşlər keçirilib, 700-ə yaxın KOB subyekti arasında sorğular aparılıb. Bu görüşlərdə və sorğularda iştirak edən sahibkarlar, müddətli olaraq vergi və sosial müdafiə ödəmələrinin təxirə salınması, yaranan məşğulluq problemlərinə dəstək, kredit öhdəliklərinin və icarə xərclərinin ertələnməsi və digər gözləntilərdə olduğunu bildiriblər.
Koronavirus infeksiyası ilə bağlı ev şəraitində qalmağa üstünlük verən vətəndaşların gündəlik ərzaq və qida ehtiyaclarının qarşılanması, eləcə də mövcud vəziyyətdən ictimai iaşə və ticarət sektorlarının daha az təsirlənməsi məqsədilə KOBİA təchizatçı, pərakəndə satış və logistika şirkətləri ilə də müxtəlif görüşlər keçirib. Artıq bir sıra sahibkarlıq subyektləri çatdırılma xidməti ilə bağlı təkliflərlə Agentliyə müraciət ediblər. KOBİA bu təşəbbüslərə səlahiyyətləri çərçivəsində dəstək verəcək.
Sevindirici haldır ki, KOBİA-nın koronavirus infeksiyasının KOB-lara mümkün təsirlərinin azaldılmasına biznes tərəfdaşlığı platforması çərçivəsində dəstək göstərilməsi barədə çağırışına qısa müddətdə bir sıra banklar müsbət cavab verdi. Artıq müxtəlif banklar tərəfindən bank əməliyyatları, xarici pul köçürmələri ilə bağlı KOB-lara güzəştlər olunur.
Ölkə sahibkarlarının belə vaxtlarda səylərini və təşəbbüslərini birləşdirməsi, bir-birinə dəstək olması, sosial məsuliyyətini anlaması vacibdir. Sahibkarları ölkə vətəndaşlarının sağlamlığının qorunması məqsədilə müxtəlif sektorlarda tətbiq edilən məhdudlaşdırıcı qərarların məsuliyyətini daha yaxşı anlamağa, iqtisadiyyatın, xüsusilə də sahibkarlığın inkişafı naminə dövlətimizlə həmrəy olmağa səsləyirik. Qoyulan qaydalara ciddi əməl etməklə, ən əsası isə dövlətimizlə həmrəy olmaqla sahibkarlıq sektoru mövcud vəziyyətdən daha tez, dövlətimizin dəstəyi ilə isə az itki ilə çıxacaq.
Bir məqama da toxunmaq istərdim. Ölkə başçısının 19 mart tarixli Fərmanı ilə Koronavirusla Mübarizəyə Dəstək Fondu yaradılıb. Bu fondun vəsaitlərinin formalaşması mənbələri sırasında dövlət büdcəsi ilə yanaşı, fiziki və hüquqi şəxslərin könüllü ödəmələri də yer almışdır. Fürsətdən istifadə edərək, dövlətimizə həmrəylik əlaməti olaraq sahibkarları könüllülük və sosial məsuliyyət prinsipləri əsasında Koronavirusla Mübarizəyə Dəstək Fonduna dəstək göstərəməyə çağırırıq.
Bir olaq, dəstək olaq!".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 21 mart 2020
f Paylaş

Oxşar xəbərlər

Birbank-da köçürmələri SİMA İmza ilə təsdiqləmək daha rahatdır

Birbank tətbiqində pul köçürmələrinin təsdiqlənməsi prosesi yenilənib. Belə ki, Birbanklılar köçürmələrini SİMA İmza ilə təsdiqləyərək daha rahat və sürətli şəkildə həyata keçirə bilərlər. Beləliklə, SMS kodunu gözləməy

Azərbaycanda turistlər ən çox bu bölgələrə üz tuturlar

Azərbaycanda turizm sektorunun inkişafı və regionlara turist axınının artırılması ölkə iqtisadiyyatının şaxələndirilməsi baxımından mühüm əhəmiyyət daşıyır. Son illərdə həm yerli, həm də xarici turistlərin paytaxtla yanaşı

Veysəloğlu Şirkətlər Qrupunda Prezident təqaüdçüsü olan əməkdaş övladları ilə görüş keçirildi - FOTOLAR

Veysəloğlu Şirkətlər Qrupunun baş icraçı direktoru Aydın Veysəloğlu rəhbər heyətin iştirakı ilə Qrupun Baş ofisində Prezident təqaüdünə layiq görülən dörd tələbə və onların valideynləri ilə görüşüb. xəbər verir ki, şirkətlə

Yelo Bank-ın "Parlaq sahillər" aksiyası çərçivəsində Hövsan sahili tullantılardan təmizlənib - FOTOLAR

Sahil zolaqları təkcə istirahət məkanı deyil, həm də dənizin ekosistemini qoruyan təbii sərhəddir. Yerə atılan plastik və digər tullantılar zamanla dənizə düşərək canlı aləmə təsir göstərir, ona görə də sahillərin təmiz saxlanmas

"Crystal Group of Companies" ASC vergi borcu ilə bağlı yayılan iddialara aydınlıq gətirdi

Son günlər bəzi media resurslarında "Crystal Group of Companies" ASC-nin külli miqdarda vergi borcunun olması ilə bağlı həqiqətə uyğun olmayan məlumatların yayılması şirkətin etirazına səbəb olub. "Crysta

Mobil telefonların POS-terminal kimi istifadəsi sahibkarlara nə verəcək? - İqtisadçıdan AÇIQLAMA

Xəbər verdiyimiz kimi, Azərbaycanda mobil telefonların POS-terminal kimi istifadə edilməsi nəzərdə tutulur. Bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarıla

Planlarınızı reallaşdırmaq üçün AccessBank-dan 50 000 AZN-dək nağd kredit imkanı

Gündəlik xərclərdən daha böyük planlara qədər müxtəlif maliyyə ehtiyacları üçün AccessBank müştərilərinə 50 00 AZN-dək nağd kredit imkanı təqdim edir. Nağd kredit üzrə illik faiz dərəcəsi 9,5%-dən başlayır. Kredit müddət

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi

2027-ci il dövlət büdcəsi haqqında' qanun layihəsi Milli Məclisə daxil olub

"2027-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi Milli Məclisə daxil olub. xəbər verir ki, gələn il büdcənin gəlirləri 39 milyard 254 milyon manat, xərcləri isə 42 milyard 400 milyon manat (o cümlədən mərkəzləşdirilmi


son xeberler azerbaycan xeberleri yeni xeberler valyuta mezennesi 2026 son xeber 2026 xəbərlər.com hava haqqinda