Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqal

Köçəryanın gizli görüntüləri ilə bağlı yeni qalmaqalErmənistanda keşmiş prezident Robert Köçəryanın hava limanındakı görüntülərinin mediaya sızdırılması ətrafında qalmaqal böyüyür.
KONKRET.az xəbər verir ki, Ermənistan Ədliyyə Nazirliyinin Şəxsi Məlumatların Mühafizəsi Agentliyi mediada yayılan Robert Köçəryanın "Zvartnots" hava limanındakı görüntülərinə hüquqi qiymət verməyib.
Qurum bildirib ki, əvvəlcə videonun mənbəyinin videomüşahidə sistemi olub-olmadığı, həmin görüntülərə kimin və hansı əsaslarla çıxış əldə etdiyi müəyyənləşdirilməlidir. Bunun üçün müvafiq dövlət qurumları, o cümlədən Korrupsiyanın Qarşısının Alınması Komissiyası tərəfindən daxili xidməti araşdırma başlana bilər.
Agentlik qeyd edib ki, dövlət qulluqçuları və ya yerli özünüidarəetmə orqanlarının vəzifəli şəxsləri barəsində xidməti araşdırma və ya intizam icraatı aparmaq onların səlahiyyətinə daxil deyil.
Bununla yanaşı, vəzifə səlahiyyətlərindən sui-istifadə və ya digər qanun pozuntularına dair şübhələr yaranarsa, müraciət edən şəxslərin hüquq-mühafizə orqanlarına cinayət barədə ərizə təqdim etmək hüququ var.musavat.com

Siyasi       Tarix: 29 iyun 2026
f Paylaş

Oxşar xəbərlər

Mehriban Əliyeva Hacıqabul rayonundan paylaşım edib

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Hacıqabul rayonundan sosial media hesablarında paylaşım edib. xəbər verir ki, Mehriban Əliyeva rayon ərazisindən keçərkən qarşılaşdıqları göy qurşağının görüntülərin

Şimali Kiprin tanınması üçün... - Ərdoğan

Türkiyə olaraq Şimali Kipr türk xalqını heç vaxt tək və ya köməksiz qoymayacağıq. Bütün dünya bunu bilməli və nəzərə almalıdır. KONKRET.azxəbər verir ki, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan jurnalistlərə açıqlamasınd

Dövlət Bayrağı Günü azadlıq və müstəqillik ideallarının simvoludur

"Azərbaycan Bayrağı, sadəcə, bayraq deyil. O, bizim dövlətçiliyimizin, müstəqilliyimizin rəmzidir. Bu, bizim müstəqil dövlətimizin rəmzidir".  . Heydər Əliyev Azərbaycan Xalqının Ümummilli Lideri . Prezident İlha

Qantz Netanyahunu əvəz edəcək? İsraildə hakimiyyət savaşı

İsraildə keçirilən seçkilərdən sonra ölkədə hakimiyyətin formalaşdırılması ilə bağlı siyasi proseslər diqqət mərkəzinə düşüb. Seçkilərdə Benyamin Netanyahunun rəhbərlik etdiyi "Likud" partiyası 53 mandat qazans

Rusiyalı səfir sui-qəsdin qurbanı olub? - Rəsmi açıqlama

Rusiyanın ABŞ-dəki səfiri Aleksandr Darçiyev Moskvada xroniki xəstəlikdən vəfat edib. xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova açıqlama yayıb. "Aleksandr Nikitiç Darçiyevin vəfat

Dövlət Komitəsi Göy məscidin mərasim zalına erməni şairin adının verilməsinə etiraz edib

İrəvanda yerləşən, Azərbaycan xalqının qədim tarixi-mədəni irsinin nümunələrindən biri olan Göy məscidin mərasim zalına erməni şairi Yeğişe Çarentsinin adının verilməsi tarixi-mədəni kimliyin təhrif olunmasına yönəlmiş növbət

Azərbaycan və daha 3 ölkə təmiz enerji sazişi imzaladı

Antalyada COP31 çərçivəsində "Azərbaycan Respublikası, Bolqarıstan Respublikası, Gürcüstan və Türkiyə Respublikası hökumətləri arasında təmiz enerji sahəsində strateji tərəfdaşlıq haqqında Saziş" imzalanıb. xəbə

Rusiyadan Naxçıvanla bağlı yeni gözlənilməz addım – Mi-24 helikopterinin vurulması…

Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkinin 9 noyabr 2020-ci ildə Naxçıvan istiqamətində vurulan Mi-24 helikopterinin həlak olmuş heyət üzvlərinin xatirəsini yad etməsi siyasi mesaj kimi qiymətləndirilir. Tədbirin məh

Lora Lumer qalmaqalı: Trampın yaxın tərəfdaşı siyasi paylaşımlara görə on minlərlə dollar alıb

ABŞ Prezidenti Donald Trampın ən nüfuzlu tərəfdarlarından biri hesab olunan 33 yaşlı sağ-mühafizəkar fəal Lora Lumer The Washington Post qəzetinin araşdırmasından sonra qalmaqalın mərkəzinə düşüb. Qəzetin araşdırmasına görə


son xeberler azerbaycan xeberleri yeni xeberler xeber.az bu gunun xeberleri haqqinda melumat axsam az xeberler xəbər