Köhnə əsginasları toplayan kolleksioner: "Tariximizi pulla saxlamağın tərəfdarı deyiləm" - MÜSAHİBƏ + FOTO

Köhnə əsginasları toplayan kolleksioner: Köhnə əsginasları toplayan kolleksioner: "Tariximizi pulla saxlamağın tərəfdarı deyiləm" - MÜSAHİBƏ + FOTO
"Kolleksiya toplamağa uşaq vaxtından marağım olub. Amma məhz köhnə əsginasları toplamağa başlamağım Əfqanıstan pulu ilə bağlıdır. Onun da maraqlı tarixçəsi var. Atam qoymurdu götürüm, amma yaxşı ki, o pulu götürmüşəm".
Bunu Oxu.Az-a müsahibəsində pul kolleksiyası toplayan, köhnə əsginaslarla maraqlanan Rasim Salehli deyib.
Köhnə əsginasları toplayan kolleksioner: Rasim bəy özünü tam olaraq numizmat hesab etməsə də, bu sahəyə olan marağı, bilikləri heç də numizmatika elmi ilə məşğul olan şəxslərdən geri qalmır. Özü isə yerli mediada hərbi jurnalist kimi tanınır. 1984-cü ildə Bakıda anadan olub. Müxtəlif sahələrdə işləyib. Artıq 12 ildir ki, televiziyada fəaliyyət göstərir.
- Pullara maraq necə yarandı?
Köhnə əsginasları toplayan kolleksioner: - Açığını deyim ki, bu həvəs məndə uşaqlıqdan var. Bir dəfə üç nömrəli avtobusla Badamdara, əmimgilə gedirdik. Yanımızda bir Əfqanıstan vətəndaşı oturmuşdu. Bax bu pulu cibindən çıxardı. Mən görəndə dedim ki, "onu mənə ver". Atam dedi ki, etmə, lazım deyil. Əfqan pulu mənə uzatdı, götürdüm. Uzatmasa, bəlkə də, götürməyəcəkdim. Atam qoymurdu götürüm, amma yaxşı ki, o pulu götürmüşəm. Ondan sonra həvəs yarandı və hər dəfə haradasa köhnə əsginas görəndə maraqlı gəlirdi, götürüb saxlayırdım. Ən çox qədim və xarici dövlətlərin pullarına marağım var idi. Yerli pulların əksəriyyətini də elə uşaqlıqdan bir kənara atıb, saxlayırdım.
- Köhnə əsginasları necə toplayırsınız, hərracdan, yoxsa tanışlardan pulla alırsınız?
Köhnə əsginasları toplayan kolleksioner: - Xeyr, burada gördüyünüz kolleksiyaya bir qəpik də olsun, pul xərcləməmişəm. İmkan daxilində dostlarıma, tanışlarıma deyirdim ki, köhnə pullar tapanda mənə verin, kolleksiyama əlavə edim. Belə-belə topladım. Dövr keçdikcə özüm getdiyim ölkələrdən - Gürcüstandan, Türkiyədən və s. qayıdanda onların da pullarını gətirib kolleksiyaya qatırdım. Özüm hərbi xidmətdə Kosovoda olmuşam. O vaxt orada dövriyyədə olan 10, 20 manatlıq şax pulları saxlayırdım ki, kolleksiyaya qoyacağam. İndi şax əsginaslar hər dəfə ələ düşmür.
- Pulların, yəqin ki, hər birinin özünün maraqlı tarixçəsi var?
- İyirmi ildir, bu kolleksiyanı toplayıram. Hər birinin də olmasa, bir neçəsinin, bəli, maraqlı tarixi var. Məsələn, 1990-cı illərdə biz "Sovetski"də qalırdıq. Çörək növbəsinə dururduq, o zaman mağazada uzun növbələr olurdu. Atam pul verəndə baxırdım, görəndə ki şax puldur, xərcləmirdim.
Köhnə əsginasları toplayan kolleksioner: Bilmirəm, sizin yadınıza gələr, ya gəlməz, o vaxt 250 manata dondurma, tum alırdıq. 500, 1 000 manatlıq əsginasları üzərində şəkli həkk olunmuş məşhur insanların adı ilə adlandırırdıq.
İndi bəzən danışanda deyirik, "Şirvan"ın "Şirvan" vaxtları vardı (gülür). Düzdür mənim kolleksiyamda "Şirvan" (10 000 manatlıq əsginas – red.) yoxdur. Amma adam fikirləşəndə görür ki, pulun dəyəri, doğrudan da, ildən-ilə düşür.
- Kolleksiyanın ilk nümunəsi Əfqanıstana aid əsginasdır. Bəs bu sıralara sonuncu hansı əsginas qoşulub?
- Sonuncu dəmir 50 qəpiklik əlavə olunub. Onu da bəzi adamlar bilməzlər deyə qeyd edim: Hazırda dövriyyədə olan 50 qəpikliklər iki cürdür. Məhdud sayda dövriyyəyə buraxılan 50 qəpikliklər var ki, üzərində aypara şəkli var. Diqqət etsəniz, görərsiniz. Məhz o fərqə görə nümunə kimi birini kolleksiyaya əlavə etmişəm.
Köhnə əsginasları toplayan kolleksioner: - Sizin üçün əsginas toplamağın mənası nədir?
- Elə adamlar var, əsginasları seriya nömrələrinə görə toplayırlar, elələri  də var, satmaq üçün. Amma mən sırf maraq üçün toplayıram. Xüsusilə də xarici ölkələrin və qədim dövrlərin əsginaslarına diqqət edirəm. Mənə görə, əsginaslar, onların forması, dövriyyədə olduğu illər maraqlıdır. Çünki bu, tarixdir.
Kolleksiyamda Ukrayna, Qazaxıstan, Əfqanıstan, Özbəkistan, Estoniya, Türkiyə, Türkmənistan, Bolqarıstan, Gürcüstanda vaxtilə istifadə edilən əsginaslar var. Qədimdə bəzi əsginaslar ipəkdən hazırlanırdı. Onlar çox çətin tapılır. Kolleksiyamda onlardan bir neçə nümunə var.
1919-cu ilə aid olan əsginaslar, 1856-cı ilə aid dəmir pullar var. Özüm hazırda 1700-1800-cü illərə aid, üzərində detallar qeyd edilən köhnə əsginaslar axtarıram. Məndə elə əsginas var ki, yaşı bir əsrdən çoxdur. Üzərində dövriyyəyə buraxıldığı tarix olduğu üçün bunu əminliklə deyə bilirəm. Bəzi pullarda buna diqqət etmirlər. Amma mən düşünürəm ki, bütün ölkələrdə pulların üzərində dövriyyəyə buraxıldığı tarix qeyd edilməlidir.
- Auksionlara qoşulursunuz?
Köhnə əsginasları toplayan kolleksioner: - Açığı, vaxtım olmur. Mən vaxtımı tam da buna ayırıb, dərinliyinə qədər getməmişəm. Öz işlərimdən buna ayırmağa vaxt tapmıram. Fürsət düşəndə maraqlanıram, çünki dərinə getsəm, bu, qəliz məsələdir.
- Heç kolleksiyanızı satışa çıxarmısınızmı?
- Əslində, maraq üçün bir dəfə satacağımı elan etdim. Sözün düzü, heç zəng gəlmədi (gülür). Əvvəllər bu sahəyə maraq çox idi. Amma indi Nizami küçəsində köhnə əsginasların birini 5 manata satırlar. Tarixi dəyərsizləşdirdiklərini düşünürəm. Bəlkə də, buna görədir ki, numizmatikaya gənclər arasında maraq, demək olar ki, yoxdur. Köhnə kolleksiyaçılardan isə 20-25 nəfər qalıb, ya qalmayıb.
Amma sizə deyim ki, heç kolleksiyamı qiymətləndirməmişəm. Satışa çıxarsam da, qiymət qoymamışdım. Nə vaxtsa həqiqətən satmaq qərarına gəlsəm, ümumi bazarda qiymətlərlə maraqlanaram. Məsələn, say və keyfiyyət, əhatə etdiyi dövrə uyğun kolleksiyalar 500 manata satışa çıxarılıbsa, mən endirim edib, 400 manata sataram. Çünki bu gün İçərişəhər tərəfə getsəniz, məsələn, bir dənə köhnə qəpiyi orada beş manata təklif edirlər. O pul öz dəyərini itirib, çünki ona dəyər vermirlər. Mən tariximizi pulla saxlamağın tərəfdarı deyiləm. Köhnə əsginasları sırf bu məntiqlə pulla almaq istəmirəm.
- Kolleksiyanızı nə vaxtsa satmasanız da, eksponat kimi qorunması üçün hansısa quruma təqdim etsəniz, hansı şərtlərlə verərsiniz?
Köhnə əsginasları toplayan kolleksioner: - Vallah, o barədə düşünməmişəm. Amma mən onları bu günə qədər qorumuşam. Çalışaram ki, məhv olmasın, əsas ciddi şəkildə qorusunlar. Qiymət barədə isə vallah, heç nə deyə bilmərəm.
- Pullardan başqa nə ilə maraqlanırsınız?
- Köhnə, daha dəqiq desəm, 1990-cı illərin kasetlərini yığıram. O vaxt lenti qırılırdı, dırnaq boyası ilə birləşdirirdik, oxuyurdu. Keyfiyyət fərqi də özünü göstərirdi. O dövrdə kiçik, kasetli audiopleyerlər vardı. İndi də saxlayıram və işləyir. O vaxt Türkiyə müğənniləri Tarkanın, Mustafa Sandalın, "Enigma" və s. qrupların kasetləri populyar idi. Arada qoyub qulaq asanda o illərə qayıdırsan.
Köhnə əsginasları toplayan kolleksioner: Babamdan qalan qədimi medallar var. 1941-45-ci illərdə müharibə iştirakçısı olub. Bəzi şeylər var ki, mənim üçün mənəvi dəyəri var. Evdə qardaşım uşaqları medalları oynadırdılar, çalışırdım ki, qoruyum, xarab olmasınlar. Çoxlu qələmlər yığırdım, fərqli-fərqli. Xüsusilə mürəkkəblə işləyən qələmləri dostlara payladım. Atamdan mənə yadigar qalan saat var ki, bu gün onun 50 yaşı var. Mənəvi dəyərlərdir, onlara qiymət ölçmək düzgün deyil.
- Kolleksiyanızda 1 manatlıq əsginas gördüm, amma 10, 20, 50, 200, 500 manatlıq əsginaslar görmədim. Onlar da tez-tez tapılmır?
- Elə siz demiş, tapılmadığı üçün kolleksiyada yoxdur (gülür). Təbii ki, zarafatdır, onları hələ ki xərcləyirəm. Gələcəkdə, yəqin ki, əlavə edərəm.
Daha çox foto burada: PhotoStock.az
Könül Cəfərli

Maraqlı     Baxılıb: 315   Tarix: 21 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO

Son zamanlar uşaqlar arasında geniş yayılan xəstəliklərlə necə mübarizə aparaq? - AÇIQLAMA + FOTO. Son zamanlar bir çox insanlar, xüsusən də uşaqlar arasında göy öskürək yayılıb. İnsanlar bu xəstəlikdən can qurtara bilmədiklərini

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO

Bazarda mövsümi məhsullar ucuzlaşdı: Səbəbini ekspert ŞƏRH etdi - FOTO. Mövsümi meyvələrin ucuzlaşması ilə bağlı məlumatlar var. Xüsusən də alça və çiyələyin qiymətində azalma müşahidə olunur. Məhsullara hər yerdə, üstəli

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO

Ayağına mismar batan rusiyalı məktəblidə yaddaşsızlıq yarandı və saçları ağardı - FOTO. Rusiyada ayağına mismar batan uşaq faciə yaşayıb - onda yaddaşsızlıq yaranıb və saçları ağarmağa başlayıb. Dəhşətli hadisə orenburql

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO

Yerə oxşayan yeni planet aşkarlandı - FOTO. Alimlər bizdən nisbətən yaxın məsafədə - 55 işıq ili məsafəsində yerləşən "SPECULOOS-3b" adlı, ölçülərinə görə Yerə oxşayan daş planet aşkar ediblər. Araşdırma "Natur

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub

Fiziki fəaliyyətin xərçəng riskini necə azaltdığı məlum olub. "Fiziki fəaliyyət hüceyrə funksiyasını yaxşılaşdırır və orqanizmdə xərçənglə bağlı xroniki iltihabı aradan qaldırır". Bu barədə xərçəngin reabilitasiyas

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir? - TƏDQİQAT. Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. Tədqiqa

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT

Appendiksin çıxarılması bağırsaq xərçəngi riskini azalda bilər - TƏDQİQAT. Fukusima Tibb Universiteti və Harvard İctimai Sağlamlıq Məktəbinin alimləri müəyyən ediblər ki, appendiksin çıxarılması "Fusobacterium nucleatum"

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb

Arktikada strateji əhəmiyyət daşıyan torpaq sahəsi satışa çıxarılıb. Arktikada Şpitsbergen arxipelaqında torpaq sahəsi 300 milyon avroya (323 milyon dollar) satışa çıxarılıb. Qeyd olunub ki, geosiyasi əhəmiyyəti olan əraz


son xeberler azerbaycan xeberleri yeni xeberler cəbhədən ən son xəbər son xeberler bugun 2025 canli valyuta son xeberler bu gun