Kölndəki Azərbaycan icması ilə görüş keçirildi - FOTOLAR

Kölndəki Azərbaycan icması ilə görüş keçirildi - FOTOLARAlmaniyada səfərdə olan Diasporla İş üzrə Dövlət Komitəsi əməkdaşlarının Kölndə fəaliyyət göstərən Azərbaycan icması ilə görüşü baş tutub.
Azxeber.com xəbər verir ki, görüşdə Köln şəhərində və ətrafında yaşayan azərbaycanlılar, Almaniyanın aparıcı universitetlərində çalışan həkim soydaşlarımız, Türkiyənin Kölndəki konsulluğunun əməkdaşları, türk diasporunun və KİV-lərinin təmsilçiləri iştirak ediblər.
Tədbiri giriş sözü ilə açan Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov bir daha Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində əldə olunan parlaq və şanlı Zəfər münasibətilə soydaşlarımızı təbrik edib və həmin dönəmdə Azərbaycanın haqq səsini dünya ictimaiyyətinə çatdırmaq naminə nümayiş etdirdikləri birlik, həmrəylik və fədakar fəaliyyətə görə minnətdarlığını bildirib.
Komitə sədri Almaniyada ÜmumAvropa Qarabağ mitinqinin və digər izdihamlı tədbirlər keçirildiyini xatırladaraq, artıq qalib xalqın diasporunun həyatında yeni və mühüm mərhələnin başladığını nəzərə çatdırıb, diasporun güclənmiş şəkildə meydana çıxması üçün gənclərə böyük diqqət və qayğının göstərilməsini tövsiyə edib. "Biz birliyə nail olmalıyıq. Bu gün bizi birləşdirən dəyərlər daha çoxdur. İnsanları birləşdirən və bizi gücləndirən dəyərlərə daha çox diqqət göstərməliyik", - deyə sədr bildirib.
Tədbir Komitənin son illərdəki fəaliyyət istiqamətlərini, həyata keçirdiyi layihələri, o cümlədən diaspor fəallarının Şuşaya səfərini əks etdirən videoçarxların nümayiş etdirilməsi ilə davam edib.
Sonra isə Şimali Reyn Vestfaliya vilayətinin dövlət məmuru Elnur Rixter, Almaniyanın Ruhr Universitetinin dosenti, İngiltərənin Kembric Universitetində təhlükəsizlik iqtisadiyyatı qrupunun rəhbəri, Cənubi Afrikanın Cape Universitetinin qonaq dosenti Elxan Sadıqzadə, Almaniya Yazarlar Birliyinin üzvü, yazıçı, tərcüməçi, publisist Orxan Aras, Alman–Azərbaycan Dostluq
Cəmiyyətinin sədri Naibə Hacıyeva, İRKAZ təşkilatının üzvü, Almaniyanın "HennaMond" şirkətinin əməkdaşı Samir Həsənov, türk diasporunun üzvü Levent Taşkıran və başqaları çıxış ediblər. Onlar soydaşlarımız arasında birlik və həmrəyliyin böyük əhəmiyyət kəsb etməsindən, soykökünə, milli kimliyə bağlılığın vacibliyindən, Azərbaycan və Türkiyə diasporlarının birliyindən, alman ictimaiyyəti arasında, xüsusilə də mediada Azərbaycan həqiqətlərinin təbliği istiqamətində görülən işlərdən, nüfuzlu yerli KİV-lərlə əməkdaşlığın əhəmiyyətindən və bu sahədə mövcud olan çətinliklərdən danışıb, gələcək fəaliyyətə dair təkliflər irəli sürülüblər.
Görüş fikir mübadiləsi və sualların cavablandırılması ilə yekunlaşıb.
Kölndəki Azərbaycan icması ilə görüş keçirildi - FOTOLARKölndəki Azərbaycan icması ilə görüş keçirildi - FOTOLARKölndəki Azərbaycan icması ilə görüş keçirildi - FOTOLARKölndəki Azərbaycan icması ilə görüş keçirildi - FOTOLAR

Sosial       Tarix: 30 avqust 2021
f Paylaş

Turlar.az [newsid: 0-123300]

Oxşar xəbərlər

İlham Mirzəyev danışdı: 'Gücüm yoxdur

Bu gün Mərkəzi Klinikadan evə buraxılan teleaparıcı İlham Mirzəyev səhhəti ilə bağlı açıqlama verib. bildirir ki, bu barədə -a danışan teleaparıcı onunla maraqlanan hər kəsə təşəkkürünü bildirib. "İnanın ki, danışa bilmirəm

"Dəbdəbəli həyatı ilə gündəm olan "influenserlər" insanları qıcıqlandırır" - Tədbir görülməlidir

Sosial mediada "Vanlı Kara Haydar" ləqəbi ilə tanınan MehmetFatih Tançalanın sosial şəbəkə paylaşımları ilə bağlı barəsində cinayət işi üzrəaraşdırma başlanılıb. . Van Baş Prokurorluğu tərəfindən Tançalan barəsind

Daha çox maaş almaq istəyirsinizsə... – Bu bacarıq gəlirinizi artıra bilər

Xarici dil bilmək artıq yalnız əlavə bacarıq deyil, bir çoxsahədə işə qəbul zamanı namizəddən tələb olunan əsas meyarlardan birinəçevrilib. Xüsusilə ingilis və rus dillərini bilmək müxtəlifvakansiyalarda üstünlük kimi göstərilir

İnarə Mirhəsənovaya vəzifə verildi

İnarə Mirhəsənova TƏBİB-in icraçı direktorunun müşaviri vəzifəsinə təyin edilib. Bu barədə -a qurumdan məluma verilib. Bildirilib ki, İ.Mirhəsənova Bakı Dövlət Universitetində bakalavr və magistratura təhsilini fərqlənm

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Payız xəstəliyi, yoxsa gizli allergiya? - ƏLAMƏTLƏRİ

Havaların sərinləşməsi ilə birlikdə bir çox insan asqırma, burun axması, öskürək və halsızlıq kimi şikayətlərlə qarşılaşır. Bu əlamətlər isə bəzən payız allergiyası ilə soyuqdəymənin bir-birindən fərqləndirilməsini çətinləşdirir

Bəzi rayonlarda yağış yağır - FAKTİKİ HAVA

Sentyabrın 7-si saat 10:00-a olan faktiki hava açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bildirilib ki, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib, lakin 6-sı axşamdan bəzi rayonlard

"Tarixi abidəyə yazı yazmaq sadəcə vandalizm deyil, şəhərin yaddaşına müdaxilədir

Şuşaya səfər edən bəzi turistlərin şəhərin tarixi əhəmiyyət daşıyan qayaları üzərinə müxtəlif yazılar həkk etməsi gündəmə gəlib. . Yazıların bir qismi artıq təmizlənsə də, onların silinməsi zamanı Cıdır düzündəki qayalar


azerbaycan xeberleri yeni xeberler son xeberler xəbər en son xəbərlər bugün son xeber metbuat