Kompüter oyunundan real meydana: Məğlubiyyətsizlik seriyası, cərimələr - Stillin qeyri-adi karyerası

Kompüter oyunundan real meydana: Məğlubiyyətsizlik seriyası, cərimələr - Stillin qeyri-adi karyerasıKompüter oyunundan real meydana: Məğlubiyyətsizlik seriyası, cərimələr - Stillin qeyri-adi karyerası
"Reyms" Fransa Liqa 1-in XXVII turunda səfərdə "Monako"nu məğlub edib - 1:0.
Oxu.Az xəbər verir ki, komanda çempionatda ardıcıl 19 oyundur ki, uduzmur. Bu, Top-5 liqalarında mövsümün ən uzun məğlubiyyətsizlik seriyasıdır.
Uğurlu seriyadan əlavə "Reyms" baş məşqçisi ilə də diqqət çəkir. Komandanın çalışdırıcısı Uill Stillin Pro lisenziyası yoxdur. O, məşqçiliyi "Football Manager" oynayaraq öyrənib.
Cəmi 30 yaşı olan belçikalının parlaq futbolçu karyerası yoxdur. O, yeniyetməlik dövründə ölkəsində "Mons" və "Sent-Tryuyden"də çıxış etsə də, elə böyük diqqət çəkməyib.
Still "Daily Mail"ə futbolçu kimi necə inadkar biri olduğundan danışıb:
"Mərkəzdə oynayırdım. Meydanda ən sürətli oyunçu deyildim, 100 metri 10 günə-filan qaçırdım. Amma heç dayanmırdım. Düşünürəm ki, rəqiblər mənə qarşı oynamağa nifrət edirdilər. Çünki məndən böyük əclaf yox idi. Rəqib oyunçuların ayaqlarını tapdalayır, boyunlarına zərbə vururdum. Əlbəttə, gündəlik həyatda belə deyiləm. Amma meydana çıxanda qəssaba çevrilirdim. Anam oyunlarıma baxanda utanırdı".
Still futbolun taktiki tərəflərini kompüter oyunu "Football Manager"in sayəsində öyrənib və bu sahəyə marağı yaranıb. Mütəxəssis bu oyundan asılı olduğunu etiraf edib:
"Axşam 10-a qədər oynayırdım. Öz-özümə deyirdim ki, bir oyun da oynayım, sonra dayanaram. Ama bir də baxırdım, gecə saat 4-dür və hələ oynayıram. Bir şey dəqiqdir, o da oyunun həddən artıq real olmasıdır".
17 yaşında məşqçi olacağını qətiləşdirən Still bu məqsədlə İngiltərəyə köçüb və təhsil almağa başlayıb. Oyundan sonra real həyatda ilk təcrübəsini "North End" klubunun U-14 komandasında qazanıb. Ardınca 2015-ci ildə uşaqlıqda çıxış etdiyi "Sent-Tryuyden"də video-analitik kimi çalışıb. Komandanın baş məqşçisi "Standart Lyej"ə keçdikdən sonra o da bu kluba üz tutub.
Sonradan digər Belçika klublarında skaut, məşqçi və ya analitik kimi fəaliyyət göstərib. 2021-ci ildə - 28 yaşı olanda gənc çalışdırıcı Belçika aşağı liqa klubu "Beerşot"un baş məşqçisi olub. Oradakı uğurlu nəticələrdən sonra Fransa Liqa 1-də çıxış edən "Reyms"də köməkçi məşqçi işləmək təklifi alıb. Bir neçə ay sonra "Reyms"dən "Standart Lyej"ə məşqçi köməkçisi postuna gedib. Bu qərarı verməsinin səbəbi Belçikada UEFA Pro kateqoriyası almasının asanlığı olub.
2021-22 mövsümünün sonunda "Reyms" Stilli geri çağırıb və o, yenidən burada köməkçi məşqçi kimi fəaliyyətə başlayıb. Mövsüm başlayandan iki ay sonra Oskar Qarsiya qovulub və Uill baş məşqçi təyin edilib.
Still qəribə karyerası ilə bağlı düşüncələrini "Coaches" Voice"la bölüşüb:
"Kimsə 30 yaşımda Liqa 1-də baş məşqçi olacağımı desəydi, ondan məni yumruqlamağını istəyərdim. 30 yaşımda Neymar, Mbape, Ramos, Verratti kimi ulduzların çıxış etdiyi, Kristof Qaltyenin baş məşqçisi olduğu komanda ilə mübarizə aparmaq da eyni qəbildəndir. "Football Manager" oyunumun həyatıma belə təsir edəcəyini düşünmürdüm. Amma yaşadıqlarımı nəzərə alanda, həqiqətən, təsir edib.
Uşaq vaxtı oyundan asılı idim. İndi real meydanın kənarında taktika verdiyimə görə, hesab edirəm ki, bu oyun içimdəki entuziazmı alovlandırıb".
Stillin rəhbərliyi altında "Reyms"in cəmi bir məğlubiyyəti var. Bu da ölkə kubokunda "Tuluza" ilə oyunda qeydə alınıb. Liqa 1-də komanda 17 oyunun 9-da qalib gəlib və 8 matçda heç-heçə edib. 27 turdan sonra 43 xalı olan "Reyms" 8-cidir və avrokubok zonasından cəmi 4 xal geri qalır.
Ən maraqlısı isə odur ki, Uill Stillin hələ də Pro lisenziyası yoxdur. Klub bu səbəbdən onun rəhbərliyi altında çıxdığı hər oyuna görə 25 min avro cərimələnir. Mövsümün bu hissəsinə qədər məbləğ artıq yarım milyon avronu keçib.
"Klub mənə deyib ki, qələbələrə davam etdiyin müddətdə biz karyerana sərmayə qoymağa hazırıq", - deyə U.Still cərimələr barədə danışarkən bildirib.
Faiq Tahirov

Maraqlı       Tarix: 13 mart 2023
f Paylaş

Oxşar xəbərlər

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT

Avropada minlərlə insanın ölüm səbəbi ilə bağlı maraqlı HESABAT. Avropada hər gün 10 min insanın ürək-damar xəstəliklərindən ölümünün əsas səbəbi həddindən artıq duz istehlakıdır. Bu barədə Ümumdünya Səhiyyə Təşkilatını

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz

Alimlərdən ömrün uzunluğu ilə bağlı sevindirici proqnoz. Alimlər əsrin ortalarına qədər gözlənilən ömür uzunluğunun nə qədər artacağını müəyyən ediblər. Beynəlxalq alimlər qrupu 2050-ci ilə qədər qlobal ömür uzunluğu il

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ

Mikrodalğalı sobada yeməyin zəhərə çevrilməməsi üçün nə etməliyik? - Mütəxəssisdən TÖVSİYƏ. "Mikrodalğalı sobada yeməkləri plastik qablarda qızdırmaq məsləhət deyil. Çünki materialdan benzol ayrılır, bu da DNT-nin mutasiyasına və zədələnməsin

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?

Həkim məsləhəti: Maqnit qasırğası zamanı səfərə çıxmaq olarmı?. "Maqnit qasırğası zamanı uçuşlar və avtomobil səfərləri xroniki ürək-damar xəstəlikləri olan insanlar üçün əlavə sağlamlıq riskləri yaradır. Onların vəziyyət

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO

Türkiyəli pilotlar möhtəşəm təbiət hadisəsini təyyarədən çəkdilər - FOTO. Ötən gecə Günəşdə baş verən böyük partlayışdan sonra ortaya çıxan qütb parıltısı Avropa ölkələri ilə yanaşı Türkiyənin bir sıra bölgələrində də görünüb

Chevrolet Ehtiyyat Hissələri seçərkən baxmalı olduğunuz 5 Məqam

Chevrolet ehtiyyat hissələri avtomobilin texniki sağlamlığını qorumaq, təhlükəsiz hərəkətini təmin etmək və uzunmüddətli istifadəsini mümkün etmək baxımından əsas rol oynayır. Bu hissələrin keyfiyyətsiz və ya uyğun olmaya

İki sifariş edin, bir çatdırılma haqqı ödəyin!

Wolt-un İkili Sifariş yeniliyini sizə təqdim edirik! Artıq sifariş etmək daha asan və daha sərfəlidir. İkili Sifariş ilə iki fərqli məkandan lazım olan hər şeyi bir saat və ya daha az müddətdə qapınıza çatdırırıq. Axşam yeməy

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI

İllərlə özünü büruzə verməyən təhlükəli xəstəliyin adı AÇIQLANDI. Hipertoniya illər boyu aşkar edilmədən ürəyə və böyrəklərə zərər verə bilər. Bu barədə rusiyalı həkim Olqa Malinovskaya məlumat verib. Həkimin sözlərinə görə

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır

İlon Mask insandakı telepatiya qüvvəsini sınamaq üçün könüllü axtarır. "Neuralink" şirkəti insana düşüncənin köməyi ilə qadcetləri idarə etməyə imkan verəcək "Telepathy" implantı ilə eksperiment üçün dah


azerbaycan xeberleri son xeberler yeni xeberler azerbaycan son xeber bugun meherremlik 2026 cəbhədən son xəbərlər xankendi