Koronavirus Azərbaycanda yeni peşələrin yaranmasına səbəb oldu

Koronavirus Azərbaycanda yeni peşələrin yaranmasına səbəb oldu"Koronavirus pandemiyası iqtisadiyyatın bir çox sahələrinə ciddi zərər vurmaqla yanaşı bir sıra sahələrin də önə çıxmasına səbəb oldu".
Milli.Az xəbər verir ki, bunu Trend-ə Milli Məclisin deputatı Vüqar Bayramov deyib.
V.Bayramov bildirib ki, pandemiya dövründə avtomatlaşdırmaya marağın artması və bu sahənin önə çıxması müşahidə olunur:
"Güman olunur ki, pandemiyanın davam edən aylarında, o cümlədən post-pandemiya dövründə xüsusən də avtomatlaşdırmaya daha çox önəm veriləcək. Bu da birbaşa pandemiya dövründə və gələcəkdə belə şoklar yaranarsa, onlayn menecmentin daha çox inkişaf etdirilməsi məqsədi daşıyır".
Deputatın fikrincə, pandemiya xüsusən ərzaq məhsullarının istehsalında qablaşdırmanın önə çıxmasına səbəb oldu: "Nəzərə alsaq ki, əvvəlki dövrlərdə açıq şəkildə satılan bir sıra ərzaq məhsulları artıq qablaşdırılır, qablaşdırma artıq bir yan sənaye olaraq önə çıxdı və guman olunur ki, növbəti dövrlərdə də həm qablaşdırma, həm qablaşdırma ilə bağlı dizayn sahəsinin inkişafı müşahidə olunacaq".
V.Bayramov əlavə edib ki, onlayn xidmətlər də pandemiya dövründə önə çıxır və inkişaf davam edəcək:
"Onlayn təhsil və hətta internet vasitəsilə fərdi şagird və tələbə hazırlığı da önə çıxdı. Eyni zamanda bir sıra sektorlarda, xüsusən dərman peraparatlarının istehsalında bəzi məhsullara tələbatın artması müşahidə olunur və həmin məhsulların istehsalının genişlənməsi, o cümldən strateji ərzaq məhsullarının və emal edilmiş, qablaşdırılmış məhsulların istehsalının da genişlənəcəyi və önə çıxması müşahidə edilməkdədir".
Milli.Az /news.milli.az

İqtisadiyyat       Tarix: 17 iyul 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Qızılın qiyməti kəskin ucuzlaşdı

Dünya bazarında qızılın qiyməti iyulun sonundan bəri ilk dəfə bir troya unsiyası üçün 4 00 dollardan aşağı düşüb. Trend-ə istinadən xəbər verir ki,  qızıl avqust ayında qeydə alınan pik qiymətlə müqayisədə təxminən 15 fai

Alimentin artırılması boşanmaların sayına necə təsir edəcək?

2027-ci il yanvarın 1-dən Azərbaycanda alimentin minimum məbləğinin 260 manatdan 274 manata qaldırılması təklif olunur. Bu, "Azərbaycan Respublikasında 2027-ci il üçün yaşayış minimumu haqqında" qanun layihəsind

Quba Palace Hotel və Çin Qolf Assosiasiyası arasında əməkdaşlıq memorandumu imzalandı - FOTOLAR

Bu ilin 22–24 oktyabr tarixlərində Quba Palace Hotel-in nəzdində fəaliyyət göstərən Azərbaycan Milli Qolf Klubunda TURAN CUP silsiləsindən olan növbəti beynəlxalq qolf turniri keçirilib. xəbər verir ki, TURAN CUP 2026 Beynəlxal

Mobil telefonlardan POS-terminal kimi istifadə mümkün olacaq

Azərbaycanda mobil telefonlar POS-terminal kimi istifadə ediləcək. xəbər verir ki, bu məsələ Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılan "Elektron ticarə

İpoteka krediti qaydaları dəyişdi

Azərbaycanda ipoteka kreditlərinin verilməsi qaydalarına dəyişiklik edilib. xəbər verir ki, bu barədə İpoteka və Kredit Zəmanət Fondu məlumat yayıb. Dəyişikliyə əsasən, Fondun satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsind

Bank Respublika regionlarda sahibkarlıq üçün AİB-dən 40 milyon dollar cəlb edib

Bank Respublika və Asiya İnkişaf Bankı (ADB) regionlarda mikro, kiçik və orta sahibkarlığın, eləcə də aqrar sektorun maliyyələşdirilməsinə yönəlmiş 40 milyon ABŞ dolları məbləğində kredit sazişi imzalayıblar. Vəsait kən

Qışda bu məhsullar bahalaşa bilər – İqtisadçıdan xəbərdarlıq

Havaların soyuması və qış mövsümünün yaxınlaşması ilə ərzaq bazarında bəzi məhsulların qiymətində dəyişikliklər gözlənilə bilər. Xüsusilə mövsümi meyvə-tərəvəz, süd məhsulları və ət bazarında mümkün qiymət artımları istehlakçılar

"Cahan Şirkətlər Qrupu"nun "BE Group" şirkəti "BakuBuild" sərgisində böyük maraqla qarşılanıb - FOTOLAR

Ölkəiqtisadiyyatına töhfələri, sənaye və istehsal sahəsində həyata keçirdiyi layihələrləseçilən "Cahan Şirkətlər Qrupu" 14–16 oktyabr 2026-cı il tarixlərində"BakuBuild" beynəlxalq tikinti sərgisində təmsi

PAŞA Bankın maliyyə dəstəyi ilə Azərbaycanda regionun ən böyük enerji saxlama layihəsinin icrasına başlanılır

Azərbaycanda yeni enerji saxlama layihəsi PAŞA Bankın maliyyə dəstəyi ilə reallaşacaq. Ümumi dəyəri 58,6 milyon ABŞ dolları olan layihənin maliyyələşdirilməsi üçün Bank 40 milyon ABŞ dolları ayıracaq. Layihə üzrə sazişi


azerbaycan xeberleri son xeberler yeni xeberler en son xeber sonxeber az şou biznes xəbərləri metbuat