Koronavirus dönəminin danılmaz gerçəyi: Niyə maska taxmalıyıq? - MÖVQE

Koronavirus dönəminin danılmaz gerçəyi: Niyə maska taxmalıyıq? - MÖVQE Koronavirus dönəminin danılmaz gerçəyi: Niyə maska taxmalıyıq? - MÖVQE
Koronavirusla mübarizədə ölkəmizdə görülən işlər, alınan qərarların bir məramı var: vətəndaşları bu bəladan xilas etmək, ən az zərərlə bu pandemiyadan qurtulmaq.
Dövlət, sözsüz ki, öz üzərinə düşəni edir. Vətəndaşlar isə öz məsuliyyətini dərk edib, qoyulan qaydalara əməl etməlidir.
Prezident İlham Əliyevin Ağdam və Ağcabədiyə səfəri zamanı maska taxması diqqətdən qaçmadı.
Dövlət başçısının qoyulmuş qaydalara ilk olaraq özünün riayət etməsi həm də pandemiyaya dırnaqarası baxan, dezinformasiya ilə cəmiyyətdə yanlış rəy formalaşdıranlara, ümumilikdə, ölkə əhalisinə əsl vətəndaşlıq nümunəsi və mesajdır.
Pandemiyanın ilk günlərindən istər Prezident İlham Əliyevin, istərsə də Birinci vitse-prezident Mehriban xanım Əliyevanın əhaliyə çağırışları, "Biz birlikdə güclüyük" devizi, bu çətin sınaqdan uğurla çıxmaq üçün mübarizə bizim özümüz, əzizlərimiz üçündür. İndiki şəraitdə cəmiyyətdə həmrəylik olmalıdır.
Hər bir vətəndaş koronovirus pandemiyasının gətirdiyi təhlükənin məsuliyyətini dərk etməlidir. Çünki pandemiya başa çatmayıb, virus qeyb olmayıb. Hər kəs özünü, öz yaxınlarını qorumalıdır, öz məsuliyyətini hiss etməli və ölkədə qəbul olunan qərarlara əməl etməlidir.
Koronavirus pandemiyası dövründə ölkədə sərt karantin rejiminin tətbiqinə başlanıldı. Təbii ki, bu da ölkədə virusa yoluxanların sayında azalmaya səbəb oldu. Amma karantin rejimi yumşaldıqdan sonra vətəndaşlarda arxayınlıq yarandı, vətəndaşlar maska taxmağı və qoruyucu gigiyenik tədbirlərləri sanki unutdular. Nəticədə, yoluxanların sayı sağalanların sayını üstələdi.
Pandemiyanın əhalinin təhlükəsizliyinə yaratdığı təhdidin qarşışını almaq üçün cümə günü axşamdan bazar ertəsi səhərə kimi tam qapadılma tətbiq olunacaq.
İctimai və fərdi nəqliyyatın hərəkəti, küçəyə çıxma, iş rejimi məhdudlaşdırılacaq, mağazalar bağlanacaq. Nazirlər Kabineti yanında operativ qərargahın verdiyi məlumatda belə deyilir.
Virusdan qorunma yolları ilə bağlı maarifləndirici, tövsiyə xarakterli məlumatlar verilir. Bəzən vətəndaşlar maska taxmamağı ölkədə maska qıtlığının olması ilə əlaqələndirirlər. Amma bu, düzgün deyil.
Bu gün gündəlik istehsal 500 min maskadır. Azərbaycanda isə müəyyən günlər 300 min maska istifadə edilib. Ölkədə 15 milyona qədər maska ehtiyatı var. Ona görə də ajiotaja ehtiyac yoxdur.
İlham Əliyev dəfələrlə vətəndaşların sağlamlığı üçün maska taxmalarının vacibliyini qeyd edib:
"Bəzi məsuliyyətsiz vətəndaşlar qaydalara əməl etmirlər, maska taxmırlar, məsafə saxlamırlar. Özlərini elə aparırlar ki, sanki virus məhv olub".
Dövlət başçısı bildirib ki, karantin qaydalarına riayət etməyən insanlara qarşı ciddi tədbirlər görüləcək:
"Hamı bunu bilsin və nəticə çıxarsın. Biz imkan verə bilmərik ki, hansısa məsuliyyətsiz vətəndaşlar insanların həyatını risk altına salsın. Bu, qətiyyən mümkün deyil".
Düşünmək lazımdır ki, vətəndaşlar maskadan istifadə etməsə, infeksiya artmağa başlayacaq. Bu zaman biz əvvəlki həyatımıza qayıda bilməyəcəyik. İnsanlar anlamalıdır ki, maska taxmalı, müəyyən müddət maskada gəzməlidir.
Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) və Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi (TƏBİB) dəfələrlə əhaliyə müraciət edib ki, insanlar maska taxmaq və sosial məsafə ilə bağlı qaydalara əməl etsələr, sərt qərarlar olmaz.
İnsanlar qoyulan qadağalara riayət etmir, gigiyenik vasitələrdən istifadəni zəruri saymır, maska taxmırsa, onda sərt tədbirlər tətbiq etməyə zərurət yaranır.
İnanırıq ki, insanlar özlərini, yaxınlarının sağlamlığını düşünəcək və tezliklə normal həyata qayıdacağıq.
Qeyd edək ki, Milli Məclisin növbədənkənar sessiyasının iclasında İnzibati Xətalar Məcəlləsinə dəyişiklik üçüncü oxunuşda müzakirəyə çıxarılıb.
Müzakirələrdən sonra layihə səsverməyə çıxarılaraq qəbul edilib.
İnzibati Xətalar Məcəlləsinə təklif edilən dəyişikliyə əsasən, tibbi maska taxmamağa görə cərimələr müəyyənləşib.
Epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövründə tənəffüs yollarını qoruyan fərdi vasitələrdən istifadə ilə bağlı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən tələblərin pozulmasına görə cərimələr müəyyən olunub.
Həmin tələblərin pozulmasına görə fiziki şəxslər 50 manat məbləğində, vəzifəli şəxslər 100 manat, hüquqi şəxslər 200 manat məbləğində cərimə edilir.
Bu xətanın inzibati tənbeh almış şəxs tərəfindən inzibati tənbeh vermə haqqında qərar qüvvəyə mindiyi gündən epidemiya əleyhinə, sanitariya-gigiyena və karantin rejimləri dövrü başa çatanadək təkrar törədilməsinə görə fiziki şəxslər 100 manat, vəzifəli şəxslər 200 manat, hüquqi şəxslər isə 400 manat məbləğində cərimələnir.
Layihənin qəbulundan sonra Prezident İlham Əliyev müvafiq sənədi təsdiqləyib və cərimələrin tətbiqi qüvvəyə minib. /oxu.az

Sosial       Tarix: 05 iyun 2020
f Paylaş

Ustalar.az ustalar sayti [newsid: 0-123300]

Oxşar xəbərlər

Hər uşağa görə aylıq 140 manat müavinət - Komitə üzvündən yeni açıqlama

"Milli Məclisin komitə iclasında təqdim etdiyimiz təkliflərdən biri də "çoxuşaqlı ailə" anlayışına yenidən baxılması ilə bağlıdır. Təklifə əsasən, mərhələli şəkildə üç və daha çox uşağı olan ailələrin çoxuşaql

İsmayıllıda baş vermiş kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb

İsmayıllı rayonu, Hacıhəsənli kəndində toy məclisində avqustun 20-də baş verən kütləvi zəhərlənmə hadisəsinin səbəbi açıqlanıb. Bu barədə -a Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyindən (AQTA) məlumat verilib

Neftin qiyməti 120 dollara yüksələ bilər

Yaxın Şərqdə dəniz gəmiçiliyinə hücumlar artarsa, "Brent" markalı xam neftin bir barelinin qiyməti 120 dollara qədər yüksələ bilər. azərtac-a istinadən xəbər verir ki, bu proqnozla ABŞ-nin qabaqcıl investisiya banklarında

Sabahın havası açıqlanıb

Sentyabrın 13-də gözlənilən hava şəraiti açıqlanıb. Bu barədə -a Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib. Bakıda və Abşeron yarımadasında gözlənilən hava. Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitini

Sosial şəbəkələrdə yeni dələduzluq tələsi meydana çıxıb - Diqqət

Sosial şəbəkələrdə saxta fal baxımı ilə məşğul olan bir sıra səhifələrin dələduzluq etdiyi bildirilir. Belə hallarda şəxslərdən müraciət zamanı kart hesablarına pul köçürmələri tələb olunur, ödəniş edildikdən sonra isə həmi

Sentyabrın 15-i ilə bağlı iki qurumdan birgə açıqlama

Yeni tədris ili ərəfəsində məktəb ətrafında təhlükəsizlik tədbirləri gücləndirilir. xəbər verir ki, bu barədə Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) birgə məlumat yayıb. Məlumat

Azərbaycanda dəhşətli qəza: 5 nəfər yanaraq öldü - FOTO

Zərdab rayonunda ağır yol-nəqliyyat hadisəsi baş verib. APA-ya istinadla xəbər verir ki, hadisə Zərdab-Ağcabədi avtomobil yolunda qeydə alınıb. Belə ki, KIA markalı minik avtomobili traktorla toqquşduqdan sonra alışaraq yanıb

Paytaxtın bu ərazilərində qaz olmayacaq

Sabah paytaxtın bəzi ərazilərində qaz olmayacaq. xəbər verir ki, bu barədə "Azəriqaz" İB məlumat yayıb. Belə  ki, "Qaz İxrac" İdarəsinə məxsus yüksək təzyiqli magistral qaz kəmərində aşkar olunmuş qa

"Dağ boyda oğul itirmişəm" - Ucal Bayramovun atası

"Mən dağ boyda oğul itirmişəm". xəbər verir ki, bunu "ölkə.az"a qısa açıqlamasında Şəkidəki "Şəki yaylası" istirahət mərkəzində baş verən "zipline" qəzasında faciəvi şəkildə vəfat edə


son xeberler azerbaycan xeberleri yeni xeberler kriminal xeber xeberler azerbaycan cəbhədən xəbər xeber.az